1 sonuçtan 1 ile 1 arası
-
08-27-2010, 12:23 PM #1
İlk müsəlmanlar və onlara verilən işgəncələr
Peyğəmbər (s.ə.s.) Allahın (c.c.) əmrlərini təbliğ etməyə başladı. én əvvəl sədaqətli arvadı Hz. Xədicə (r.a.) Onun bu haqq mübarizəsini təsdiq etdi. Yəni Hz. Xədicə İslamı qəbul edən ilk müsəlman oldu. Hz. Məhəmmədə (s.ə.s.) peyğəmbərlik gələndə Hz. éli (r.a.) onun evində idi. Kainatın Əfəndisi (s.ə.s.) əmisi ébu Talibin kasıb olduğunu nəzərə alaraq, Hz. élini öz himayəsinə almışdı. Hz. Məhəmməd (s.ə.s.) Hz. Xədicə (r.a.) ilə Quran oxuyarkən Hz. éli onların nə ilə məşğul olması ilə maraqlandı. Hz. Məhəmməd (s.ə.s.) ona bunları başa saldı: “Biz kainatı yaradan Allaha səcdə edirik. O, mənə peyğəmbərlik verdi, bütlərə ibadət etməyi qadağan etdi. Allah birdir, şəriki və oxşarı yoxdur. Lat, Uzza boş şeylərdir. Bax, Allah mənə nələr vəhy edir”, - dedi və ona Qurandan ayələr oxudu. Peyğəmbər éfəndimiz (s.ə.s.) Hz. élini İslama dəvət edəndə o, əvvəlcə, tərəddüd edərək, atası ilə məsləhətləşməyi qərara aldı. Ancaq yarı yoldan qayıdaraq bu ibrətamiz cavabı verdi: “Allah məni yaratdığı zaman ébu Talibdən soruşmadı ki? Mən niyə Allaha ibadət etmək üçün ondan soruşum?” Beləliklə, o da şəhadət gətirərək ilk müsəlman gənc ünvanını qazandı.
Hz. élidən sonra peyğəmbərimizin azadlığa qovuşdurduğu Hz. Zeyd İslamı qəbul etdi. Dördüncü müsəlmanlıq şərəfi isə Hz. ébubəkirə (r.a.) qismət oldu. Yaşca iki yaş Peyğəmbər Əfəndimizdən kiçik olan Hz. ébubəkir çox alicənab və hörmətli bir insan idi. O, Hz. Məhəmmədin (s.ə.s.) ən yaxın dostu idi. Hz. ébubəkirin vəsiləsi ilə Hz. Osman ibn Affan, Hz. ébdürrəhman ibn Avf, Hz.Talha ibn Übeydullah (r.a.) və digərləri İslamla şərəfləndilər.
Bir müddət sonra vəhy kəsildi. Bəzi məlumatlara görə, bu müddət 40 gün və 3 il arasındadır. Sonradan “duha” surəsi ilə vəhy yenidən gəlməyə başladı. Peyğəmbər Əfəndimiz insanları İslama dəvət etdikcə müsəlmanların sayı artırdı. İlk müsəlmanlar arasında tacirə, qula və yoxsula da rast gəlmək mümkün idi. Onlar dinlərini gizli yaşayır, ibadətlərini gizli edirdilər. Müsəlmanların sayı artdıqca müşriklər daha çox narahat olurdular. Onların əksəriyyəti öz gəlir qaynaqlarını itirməkdən qorxurdular. Çünki Məkkə tacirləri bütlər sayəsində xeyli gəlir əldə edirdilər, Məkkəni ticarət mərkəzi halına gətirmişdilər. Allahdan (c.c.) açıq dəvət əmri gəldikdən sonra Peyğəmbər éfəndimiz qohumlarını, qonşularını, bütün məkkəliləri və ətrafdakı şəhərlərin və kəndlərin sakinlərini İslama dəvət etməyə başladı. İslamla şərəflənənlərin sayı gün keçdikcə artırdı. Təbii ki, bu artışla yanaşı, müşriklərin müsəlmanlara qarşı olan zülmü də çoxalırdı. Kainatın Əfəndisinin bu müqəddəs yolda əsas maneələrindən biri əmisi ébu Ləhəb éhət və ébü Cəhl idi. İlk müsəlmanlar əqidələrinə görə olmazın işgəncələrə məruz qalırdılar. Onlar ac-susuz saxlanılır, döyülür, təhqir olunur, qızmar günəş altında qumun üzərinə uzadılırdılar. Bu əziyyətlər onları dinlərindən döndərə bilmirdi. Bu isə müşrikləri bir az da azğınlaşdırırdı və onlar daha vəhşi üsullara əl atırdılar. Belə müsəlmanlardan Hz. Bilal Həbəşi “Allah birdir” dediyi üçün boynuna ip salınmış Məkkənin bir tərəfindən o biri tərəfinə sürülmüşdü. Hz. ébu Bəkir (r.a.) onu azad edərək bu əzablardan qurtarmışdı. Hz. Ammara (r.a.) isə işgəncələr verilməklə yanaşı, atası Hz. Yasir (r.a.) və anası Hz. Süməyyə gözlərinin önündə şəhid edilmişdilər. Onlar İslamın ilk şəhidləri ünvanına qovuşmuşdular.
Hz. Süheybi Rumi, Hz.Habbab ibn érət, Hz. ébu Fükeyhə, Hz. Lübeynə (r.a.) və digərləri olmazın işgəncələrə məruz qalmış ilk müsəlmanlar idilər. Lakin bütün təzyiqlərə baxmayaraq, İslama könül verənlərin sayı gün keçdikcə daha sürətlə artırdı.
ZamanDünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri