Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Var olan Sevgilər

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Var olan Sevgilər

    Dalğa ilə sahilin sevgisini bilirsənmi?Əvvəlindən baslayıb,sonsuzluğaa gedən dalğa, həmişə sevgiyə qovuşma həsrətiylə atılar sahilə.Dalğa sevən, sahil seviləndir.Toxunar barmaqlarının ucuyla sevdiyinə dalğa və dönər həmişə geriyə, bilər qovuşmayacağını amma həmişə can atar sahilə.Hər bir toxunuşda sevgisinə verər bədənini hesabsızca..
    Mən də səni belə sevirəm ...
    Bilirsənmi dağ başında açan uçurum çiçəklərini?Bilirlər görünməyəcəklərini... Sevilməyəcəklərini...Oxşanmayacaqlarını...A mma açarlar inadla,sevgiylə,həsrətlə.Həmişə gözləyərlər gəlməyəcək sevgilinin onu qucaqlamasını.
    Mən də səni belə gözləyərəİpəkqurdunun sevgisini bilirsənmi?Onun baramasının içində hördüyü o ipə olan sevgisini.Bilir o,hördüyü ipin özünün ölümü olacağını.Amma sevgisinə fəda edir özünü.Qurban verir özünü sevgisinə qorxusuzca.
    Mən də özümü belə verərəm sənə ...
    Ağac ilə meyvəsinin sevgisini bilirsənmi?Meyvəsini verməlidir ağac yenidən sevmək üçün.Elə çətindir ki, ayrilmaları.Bununla belə verər meyvəsini ağac.Meyvə toxum olar, toxum kök olar və yenidən var olar ağac,öz meyvəsindən.
    Mən də belə yox olmağı gözə aldım, təkrar sənlə var olmaq üçün.
    Bülbülün sevgisini bilirsənmi?Qızıl qəfəsdəki bülbülün heç nə ilə müqayisə olunmayacaq qədər bitib-tükənməyən sevgisini.

    Mənim də sənə olan sevgim heç nə ilə müqayisə olunmayacaq qədər əbədidir...
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Var olan Sevgilər

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    İpəkqurdunun sevgisini bilirsənmi?Onun baramasının içində hördüyü o ipə olan sevgisini.Bilir o,hördüyü ipin özünün ölümü olacağını.Amma sevgisinə fəda edir özünü.Qurban verir özünü sevgisinə qorxusuzca.
    Mən də özümü belə verərəm sənə ...
    Bu həftənin ən gözəl mövzusudur!

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Var olan Sevgilər

    behbeh oo

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Var olan Sevgilər

    tşk
    [

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Var olan Sevgilər

    sonsuzluğaa gedən dalğa, həmişə sevgiyə qovuşma həsrətiylə atılar sahilə

    NE YAZIQ BIZLERE DILSIZ DALQA QEDER DE OLA BILMIRIK

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.