Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Mələklər haqqında bilmədiklərimiz

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Mələklər haqqında bilmədiklərimiz


    Mələklərdən,xüsusən öz mələyindən qorxma, çəkinmə.O,sizin ən xeyirxah və sadiq dostuna çevrilə bilər.Gələcəyin haqda fikirləşəndə ona sual verməyi unutma.O,sənə həyatda ən işıqlı yol göstərəndir.Nə qədər ki,onu yaxından tanıyacaq,onunla münasibət quracaqsan,mələyin bir o qədər güclü,sən isə bir o qədər təmiz,saf və xoşbəxt olacaqsan.
    Mələklər tam olaraq Allaha sadiq,itaətkar və ibadətkar,hec bir cismani,dünyəvi marağı olmayan,saf, şəffaf tüstüdən yaranmış xeyirxah varlıqlardır.ALLAH-Təala onları insandan əvvəl yaratmışdı.

    Bilin ki:

    * Mələklər insanın taleyinə qarışmır.

    * Onlardan kiminsə həyatı barədə heçnə istəyə bilməzsiniz.

    * Mələklər-xoş,mehriban sozləri,sevgi və qayğıkeşlik dolu mühiti xoşlayırlar.

    * Pis qoxudan,söyüşdən,qarğışdan,kobudluqdan,müb ahisədən xoşlanmır və həmin insandan uzaqlaşırlar.

    * Mələklər heç vaxt sizin istəyinizlə nifrət etdiyiniz,düşmən olduğunuz insanlara pislik edə bilməz.
    * Onlar tez-tez ağlayan,qəzəblənən və heç nədən depressiyaya düşən insanları sevmir

    * Mələklər ALLAHın qəzəbini,imtahanını və ya günaha görə cəzasının qarşısını ala bilməz

    * Mələklər dua və ibadət edən insanı sevər və onunla birgə dua edər.

    * Mələklər dizi üstə çöküb, əllərini açıb mələkdən kömək,istək diləməyin qəti eleyhinədirlər. Mələyə inamla ALLAHa inamla qarışdırmaq,səhv salmaq olmaz. Mələyə ibadət və səcdə ən böyük günahdır.Amma buna görə narahat olmağa dəyməz. Mələklər özləri insanın belə səhv düşünməsinə imkan yaratmayacaqlar.Onlar əksinə insanda Allaha inamı gücləndirməyə cavabdehdilər.

    * Mələklər gözəl ətirləri(ən çoxda qizilgül),təmiz dərini,gözəl və təmiz geyimi,sakit musiqiləri xoşlayırlar.

    * Mələklər siqaretə,içkiyə,narkotikaya,möhkəm qışqırtılı musiqilərə dözmürlər.

    * Mələyinlə ünsiyyət üçün ən gözəl vaxt: gecə,yuxudan əvvəl və səhər oyananda

    * Hər səhər bu sözləri təkrarlayın: "Mələyim mənimlədi", "Mələyim gün başladı","Sən irəlidə,mənsə arxanca gəlirəm"

    * Mələklər Adəm və Həvvaya bir çox elmləri və sənədləri öyrətmək üçün yerə eniblər

    * İbrahim peyğəmbər(ə.s) oglu İsmayılı qurban kəsmək istərkən, Mələk bir qoçla yerə enib peyğəmbərin əlini saxladı.

    * Həzrəti Məryəmə Mələk nazil olaraq Isa peyğəmbərin(ə.s) doğulacağını xəbər vermişdi

    * İslam peyğəmbəri Həzrəti Məhəmməd(s.ə.s) ömrünün sonuna kimi ən boyük Mələk olan Cəbrayılla(ə.s) həmsöhbət olmuş və onunla unsiyyətə can atmışdır.Bütün işlərinidə Mələyin gətirdiyi əmr və məsləhətləri ilə etmişdir.Qurani-Kərim Tanrı dərgahından peyğəmbərə Cəbrayıl Mələk(ə.s) vasitəsilə göndərilmişdir
    [

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Mələklər haqqında bilmədiklərimiz

    Men melekler haqqinda onu bilirem ki,sag-sol ciyinlerde olurlar.Birde sol ciyindeki meleye ALLAH-TEALA buyurub ki,bendem ureyinden kecirdiyi pis emelerini heyata kecirmeyince onun gunahini emel defterine yazma.Ama sag ciyindeki meleye buyurub ki,bendem yaxshi niyyetini heyata kecirmemishen hele emel defterine yaz.
    Movzu ucun tesekkur.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Mələklər haqqında bilmədiklərimiz

    cox sağ ol
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.