Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

On faydasız məsələ

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    On faydasız məsələ

    1.Əməl olunmayan elm
    2.İxlasla edilməyən əməl, həmçinin digərlərinin əməl etdiyi gözəl nümunələrə tabe olmamaq.
    3.üst-üstə toplanan pul. Belə ki, sahibi ondan nə bu dünyada ləzzət alır, nə də axirətdə heç bir savaba nail olmur.
    4.Allaha sevgi və Ona qovuşmaq, Ona yaxın olmağı arzulamaqdan, can atmaqdan uzaq olan qəlb.

    5.Allaha itaət və qulluq etməyən cəsəd

    6.Allahın əmrlərinə tabe olmadan və yaxud Onun razılığını ummadan Allahı sevmək

    7.Günahların yuyulmasına və yaxud saleh əməllər etmək üçün fürsət edinməyə sərf olunmayan vaxt

    8.Faydasız məsələlər haqqında düşünən ağıl

    9.İnsanı Allah yaxınlaşdırmayan və yaxud həyatınızda sizə fayda gətirməyən şeylərə xidmət etmək

    10.Allahın hökmü və Onun əli altında olanlara ümid bəsləmək və qorxmaq; halbuki o kəslər həmin insana heç bir fayda və yaxud ziyan verə bilməz, nə ölüm, nə də həyat verə bilər; nə də özü-özünü həşr edə bilməz.


    Bununla belə, bu məsələlərin daha böyüyü isə qəlbi və vaxtı israf etmək, itirməkdir. Qəlbi itirmək bu dünya həyatını axirətə üstün tutmaqla baş verir. Vaxtı israf etmək isə səngiməyən ümidlərə qapanmaqla olur. Hava və arzuların ardınca düşməklə,
    səngiməyən ümidlərə qapanmaqla insanın həlakı hasil olur. Halbuki xeyrin hamısı haqq yola tabe olmaqda və özünü Allah ilə görüşə hazırlamaqdadır.

    Necə də qəribədir ki, qul dünya problemi ilə qarşılaşdıqda Allahdan kömək diləyir, lakin qəlbi cahillikdən, qafillikdən, hava və arzularını yerinə yetirməkdən və bidətlər içində batmaqla məhv olmazdan qabaq qəlbini bunlardan müalicə etmək üçün Allahdan bunu heç vaxt istəmir. Həqiqətən də, qəlb ölərsə, insan heç zaman günahlarının böyüklüyünü və yaxud təsirini hiss etməyəcəkdir.

    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: On faydasız məsələ

    maraqli idi
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: On faydasız məsələ

    Allaha sevgi və Ona qovuşmaq, Ona yaxın olmağı arzulamaqdan, can atmaqdan uzaq olan qəlb. Allah qorusun................

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.