3 sonuçtan 1 ile 3 arası
-
02-27-2010, 02:20 AM #1Senior Member
- Üyelik tarihi
- Aug 2009
- Yer
- Baki
- Mesajlar
- 188
Söyləmədin ki....
Sən mənim “İmkansızımsan” deməyib
“Səninlə hər imkansızlıga hazıram” desəydin
Bəlkə bütün imkansızlıqları yox edərdim səninlə
Amma söyləmədin ki ...
"Sən mənimsən” deməyib, “Mən sənə aidəm” desəydin
Başqa ürəklərdə olsan da varlığını hiss edə bilərdim
Mənə aid olan həmişə məndə qalır deyə
Söyləmədin ki ...
“Sənin üçün hər zorluqla savaşıram” deyil də
“Səndən gələn heç bir şey zorluq deyil” desəydin
İnanardım ürəyinin sadəcə mənim üçün çarpdığına,cəsarətinə
Söyləmədin ki …
“Sən olmadan yaşaya bilmərəm” deməyib
“Sənsizlik deyə bir şey yox,sən var olmasan da mənimləsən” desəydin
İnanardım sevginin sonsuzluğuna, eşqin istiliyinə
Söyləmədin ki …
“Sən mənim röyamsan” deyil də
“Gerçəkləşən röyamsan” desəydin
Uzaqda da olsam yaşadardım bu gerçəyi səndə, röya olmaqdan çıxarardım bizi
Söyləmədin ki …
“Sən mənim ruhumsan” deyil də
“Sən əslində mənsən” desəydin
Yoxluğunda belə davam etdirərdim sən olmağı,özümü unutmaq olsa da sonu
Söyləmədin ki …
“Səni sevirəm” deyil də,“Səni həmişə sevəcəyəm” desəydin
Yalan da olsa sevgin, heç dönməyəcək olsan da inanardım mənə bir gün dönəcəyinə
Gözləyərdim ömrümün sonuna qədər gəlməyişlərini
Söyləmədin ki …
“Sən mənim üçün çox özəlsən” deməyib
“Özəl olan hər şey səndədir” desəydin
Özümü indi belə sadə hiss etməzdim,söylədiyin acı sözlərinin altında bu qədər əzilməzdim
Söyləmədin ki …sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.
-
02-27-2010, 02:41 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 1.955
Re: Söyləmədin ki....


-
02-27-2010, 03:02 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Söyləmədin ki....
cok gozel sagolun
HaKKım heLaL,Sewqim haRam oLsun


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri