Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

İllər və toylar.

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    İllər və toylar.

    ÇİT toyu ailə həyatı qurandan bir il sonra bayram edilir. Ər-arvad həmin gün bir-birinə çit yaylıqlar verərlər.

    AĞAC toyu ilə ailə həyatının beşilliyi bayram olunur. Yubilyarlar bir-birinə ağacdan düzəldilmiş əşyalar bağışlayarlar.

    SİNK toyu nigahın altı illiyində keçirilir. Mənası odur ki, ailə həyatı da sink çəkilmiş qab kimi müntəzəm pardaxlanmalıdır.

    MİS toyu ailə qurandan yeddi il sonra qeyd edilir. Ər-arvad gələcək xoşbəxtlikləri üçün bir-birinə mis pul verirlər.

    TƏNƏKƏ toyu nigahın səkkiz illiyi tamam olanda keçirilir. Həmin gün ər-arvad bir-birinə gözəl məişət əşyaları hədiyyə edir.

    QIZILGÜL toyu. Bu tədbir ailənin on illik yubileyidir. Oraya bəyin sağdişi, gəlinin rəfiqələri də dəvət edilirlər. Rəqs zamanı hamının yaxasında qırmızı qızılgüllər olmalıdır.

    NİKEL toyu toydan on iki il sonra təşkil olunur Ər-arvada xəbərdarlıq edilir ki, nigahlarının parıltısını solmağa qoymasınlar.

    ŞÜŞƏ toyu nigahın on beş illiyi münasibətiylə keçirilir. Həmin gün şüşə əşyalar bağışlanır ki, ər-arvad münasibətləri də həmin şüşə kimi parlaq və ləkəsiz olsun.

    ÇİNİ toyu ailə qurulmasının 20 illiyi münasibətilə qeyd edilir. Süfrəyə təzə çini qab dəsti qoyulur.

    GÜMÜŞ toyu nigahın iyirmi beş ilinin tamam olmasını bildirir. Tədbirə yaxın qohumlarda dəvət edilir. Həmin gün ər-arvad barmaqlarına qız üzüklə yanaşı gümüş üzük də taxırlar.

    MİRVARİ toyu ailə qurandan 30 il sonra qeyd edilir. Birgə keçən 30 il sapa düzülmüş mirvari dənələrinə bənzəyir.

    YAQUT toyu nigahın qırx illiyi münasibətilə təşkil olunur. Nişan üzüyünün üstünə məhəbbət və atəş rəmzi kimi yaqut daş saldırırlar.

    QIZIL toyu ailə həyatının 50 illik yubileyidir, həmin gün çox vaxt köhnə nişan üzüyü əvəzinə təzəsini taxırlar.

    BRİLYANT toyu nigahdan 60 il sonra keçirilir. Mənası budur ki, elə möhkəm nigaha heç nə təsir edə bilməz.

    FİRAVANLIQ toyu ailə həyatının 70 illiyi günü keçirilir

  2. #2
    Member
    Üyelik tarihi
    Feb 2010
    Mesajlar
    85

    Re: İllər və toylar.

    Iller hemin iller deyil.Amma toylar hemin toylardi ki hemin.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: İllər və toylar.

    thank you nico
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.