Əsas məzmuna keç
Sayfa 3/3 İlkİlk 123
27 sonuçtan 21 ile 27 arası

Din və məcburiyyət???

  1. #21
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Din və məcburiyyət???

    Onlar gözlərini açandan o geyimi görüb oyrəşmişlər.Həm hicab elə pis geyim deyil ki...O dünyada hər kəs özünə cavabdehdi dedin...Amma ailə böyüyü də öz saxladiği ailəsindən sorumlu.Haqq-hesab var, o dünyada ailən üçün nə elədin,necə tərbiyyə verdin deyə.Bu tərəfi də var axi...Hər bir ana-ata öz övladinin geyim tərzinə də baxmalidi tərbiyəsi ilə birgə...Bu bizə belə qəribə gəlir,elə buna görə də anlamaq istəmirik,lakin onlarin seçimi düzgün məncə.[/quote]

    Əyər birinin öz secimidise sen deyendi.Amma məcburiyyətdən danişdiq.Məcbur edilənlərdə var!Mənim tanidığım iranlı xanimları var ki olardan olsa geyinməzlər.Secdikləri ücün deyil məcbur olduqları ücün geyinirlər. Eşitdiyimə görə Fransa dövləti qərar verib ki , iş yerlərinə baş örtüyü ilə girilməyəcək.Məncə bu da düz deyil! Biri istəyərək başını örtürsə o onun secimi.qarişilmamalı!!!
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  2. #22
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Din və məcburiyyət???

    Maraqli Movzudu
    [

  3. #23
    Junior Member
    Üyelik tarihi
    Jul 2010
    Mesajlar
    1

    Re: Din və məcburiyyət???

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    Dinde mecburiyyet yoxdu.Men razi .Bes onda niye İranda bütün qadinlar mecbur cadra geyirler?? Belke biri istemir? Bu nedi bes??? O dünyada her kes özüne cavab verecek.Ele deyil???Niye mecbur edilirler bes???
    Bilirsiz, qiraqdan bu bize qorxulu gorsene biler. Amma onlarin ichinde olsaniz gorersiniz bu hech de bele deyil. Men ozum iranda olmusham. Onlarin ekseriyyeti hicabi destekleyir. ve isteyerekden bu ishi edirler. chox az hissesi dinsizdir. ama o az hissenin sesi ele berk gelir ki sanki butun xalq bele isteyir.
    Sen bu neheng olkelerdeki, dunyani idare eden olkelerdeki haqsizligi niye demirsen????
    Amerikada, fransada muselmanlari sixishdirirlar, meger bu demokratiyadir???
    Bir bash ortu meger ne qeder ziyanli bir sheydir ki ona qarshi chixirsiniz!!!!!!!!

  4. #24
    Senior Member
    Üyelik tarihi
    Jul 2010
    Mesajlar
    512

    Re: Din və məcburiyyət???

    Benim bildiğime göre dinde zorlama vardır.

    Öncelikle Dinde zorlama yoktur kelimesini açıklıyorum. Dinde zorlama yoktur denmesi şundan ibarettir. Bir hristiyanı yahudiyi museviyi zorlayarak müslüman yapmak yanlıştır. İşte dinde zorlama yoktur kısmı burasıdır.

    Dinde zorlama vardır kısmıda İmam-ı Âzam demiştir ki: ''Bir müslüman namaz vaktinde namaz kılmıyor ise yakalayıp hapise atın.'' Bunun anlamı nedir. Dinde zorlama vardır. Eğerki müslüman biri namaz vaktinde namaz kılmıyor ve elini kolunu sallayarak geziyorsa diğer müslümanlara taşvik içeriyor anlamında söylenmiş bir sözdür. Aynı şekilde baş örtüsü de öyle. Ayrıca İran'ın izlediği yasaklılık politikasıda çok güzel birşey bence.
    Kahvenden bir yudum bile almamışsın, korktunmu beni 40 yıl sevmekten.

  5. #25
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.431

    "Dində məcburiyyət yoxdur" ayəsini şərh edərsinizmi?

    Fəthullah Gülən - "Dində məcburiyyət yoxdur" ayəsini şərh edərsinizmi?
    Dinin ruhunda və mahiyyətində məcburiyyət yoxdur. Çünki məcburiyyət dinin ruhuna ziddir. İslam iradə və ixtiyarı əsas tutur və bütün münasibətləri bu əsas üzərində qurur. İkrah hissi ilə, məcbur edilərək edilən bütün əməl və hərəkətlər istər iman, istər ibadət, istərsə də münasibət baxımından qətiyyən qəbuledilməzdir və bunlara güvənmək olmaz. Həm də bu hal "əməllər niyyətlərə görədir" prinsipinə də uyğun gəlmir.

    Din öz məsələləri üçün məcbur etməni caiz (icazə verilən) görmədiyi kimi, başqalarının da İslamı qəbul etmələrinin məcburiyyət əsaslı olmasına yaxşı baxmır. O, qarşısındakını tamamilə sərbəst buraxır. Məsələn, qeyri-müsəlmanlar cizyə və xəracı qəbul etdikdən sonra İslam dini onların həyatını mühafizə edir. Bəli, İslamda tolerantlıq bu qədər genişdir.

    Onsuz da din zorla qəbul edilə və ya etdirilə biləcək bir sistem deyildir. Onda hər şeydən əvvəl iman əsasdır. İman isə tamamilə vicdan və qəlbə aid bir məsələdir. Heç bir məcburi təşəbbüs qəlb və vicdana təsir edə bilməz. Bir sözlə, əgər insanın ürəyindən gəlirsə və qəlbi imana meyllidirsə, iman edə bilər. Bu mənada da dində məcburiyyət yoxdur.

    Həzrəti Adəmdən bəri din heç kimi onu qəbula məcbur etməmişdir. Bu mövzuda güc tətbiq etmək daim küfür cəbhəsinin əxlaqı olmuşdur. Onlar insanları dinlərindən çıxarmaq üçün güc tətbiq etmişlər, fəqət heç bir mömin bir kafiri zorla müsəlman etməyə çalışmamışdır.

    Burda ağıla belə bir sual da gələ bilər. Qurani-Kərimdə savaş və cihadın fərz olması ilə bağlı bir çox ayə mövcuddur. Bəs bunlar bir mənada güc tətbiq etmək deyilmi?

    Xeyr, deyil. Çünki cihad qarşı tərəfin güc tətbiqinə cavab vermək üçündür. Beləliklə, insanlar İslamın dəyişməyən qaydası ilə qəbul etdikləri İslam dininə öz arzu və iradələri ilə girəcəklər. Bəli, İslamın fərz qıldığı cihad ilə belə bir anlayışa zəmin hazırlanmış olacaqdır. İradə hürriyyəti İslamın cihad əmri ilə yerini almışdır.

    Bu məsələni bir başqa prizmadan da belə dəyərləndirə bilərik:

    Bu ayənin hökmü müəyyən mərhələlərə aiddir. Bəlkə kamilləşmə və yer üzündən silinmə çağlarının bir-birini izləməsində bu mərhələlər yenə də olacaqdır, amma hökm yalnız o mərhələyə aiddir. Məsələn, "Kafirun" surəsində bildirilən "Sizin dininiz sizə, mənim dinim də mənə." hökmü də eyni şəkildə müəyyən bir mərhələyə məxsusdur.

    Bu mərhələ və bu dövr məsələləri həll etmə və maarifləndirmə dövrüdür. Məsələlər sözlə çatdırılacaq və qəbul üçün insanlar qətiyyən məcbur edilməyəcəkdir. Və bu dövr həm də başqalarının dinsizliyi, yoldan azması ilə məşğul olmamaq, onları təhrik etməmək və öz hidayətini mühafizə etməklə fərdi həyatında dini tətbiq etmək dövrüdür. Bu dövr və mərhələlərə aid hökmlər isə bütün dövrlərə aid deyildir; təbii ki, bu mənada aid deyildir. Yoxsa bu hökm artıq heç bir zaman tətbiq edilməyəcək demək səhv olardı. İslamın hər çağında bu mərhələ yaşanmışdır və günümüzdə də yaşanmaqdadır.

    Ancaq eyni ayənin bütün dövrləri əhatə edən bir hökmü də vardır ki, bu hökm hər zaman və zəmində qüvvədədir. O da İslam diyarındakı azlıqlara aid hökmlərdir ki, heç kimə İslam dininə girmək mövzusunda zor tətbiq edilməyəcək. Hər kəs öz dini inancında sərbəst olacaqdır.

    Tarixə nəzər yetirsək aydın şəkildə görərik ki, bizim aramızda daima xristian və yəhudilər olmuşdur. Qərblilərin bu mövzudakı etiraflarına görə, xristian və yəhudilər öz dövlətlərində belə, bizim içimizdə yaşadıqları qədər firavan yaşamamışlar. Onlar qeyri-müsəlmanlar kimi cizyə və xəracı ödəmişlər; müsəlmanlar da onları təminat altına alıb qorumuşlar. Fəqət heç bir zaman onları İslam dinini qəbul etməyə məcbur etməmişlər. Dünənə qədər onların xüsusi məktəbləri vardı və özlərinə aid xüsusiyyətlərinin hamısını, dini ayin və bayramlarını mühafizə edirdilər. Bizim ən möhtəşəm çağlarımızda belə onların yaşadığı mühitə daxil olanlar özlərini Avropada zənn edirdilər. Azadlıqları bu qədər geniş idi. Yalnız bizi yolumuzdan döndərmələrinə imkan və fürsət verilməmişdir. Bəli, gənclərimizi və qadınlarımızı yanlış yollara sövq etmələrinə göz yumulmamışdır. Bu da bizim öz cəmiyyətimizi qorumağımızın gərəyidir.

    Dinin bu qəbildən olan hökmləri heç bir zaman dində məcburiyyət deyil və sayılmamalıdır da. Bunun kimi hökmlər sərbəst iradələri ilə dini qəbul edənlərə aiddir ki, onlar da onsuz da bu hökmləri qəbul etməklə İslama girmişlər. Məsələn, bir insan İslam dinindən dönərsə, ona mürtəd deyilir və verilən müddət içində tövbə etməzsə, öldürülür. Bu əvvəl qəbul edilmiş bir əhdnaməyə müxalifətin cəzasıdır. Və tamamilə sistemin mühafizəsi ilə əlaqədardır. Dövlət müəyyən bir sistem ilə idarə edilir. Hər bir fərdin istəyinə görə hərəkət edilsə, dövlət idarəsindən söhbət gedə bilməz. Onun üçün də bütün müsəlmanların hüquqlarını mühafizə baxımından İslam mürtədə yaşama haqqı verməmişdir.

    Həm də İslam dinini qəbul edən insanlar bəzi şeyləri etmək, bəzilərini də etməməklə mükəlləfdirlər. Bunun da məcburiyyət ilə bir əlaqəsi yoxdur. Məsələn, namaza duran həddi-büluğ yaşında bir insan namaz içində səsli olaraq gülərsə, cəza olaraq həm namazı, həm də dəstəmazı pozulur. Ehramlı bir insan üzərindəki həşəratı öldürsə və ya tikişli bir paltar geysə, müxtəlif cəzalara məruz qalır. Halbuki, həmin adam namaz xaricində gülsə və ya ehramsız bir zamanda bunları etsə, heç bir cəzası yoxdur. Eynilə, İslam dinə girmə mövzusunda heç kimə güc tətbiq etməməklə bərabər, öz iradəsi ilə bu dini qəbul edəni də nəzarətsiz buraxmır. Əlbəttə onun özünəməxsus əmr və qadağaları olacaq və onu qəbul edənlərdən bunlara uyğun hərəkət etmələrini istəyəcəkdir. Bu qəbildən namazı, orucu, zəkatı və həcci əmr edəcək; içki, qumar, zina və oğurluğa da qadağa qoyacaqdır. Bu qadağalara məhəl qoymayanlara da günahlarının növünə görə cəza verəcəkdir ki, bütün bunların məcburiyyət və güc tətbiq etmə ilə heç bir əlaqəsi yoxdur.

    Bir az düşündükdə bu qəbildən olan tədbirlərin insanların yararına olduğu dərk oluna bilər. Çünki fərd və cəmiyyətlər bu cür qanunlarla dünya və axirətlərini qorumuş olurlar. Bəli, bu mənada dində məcburiyyət var. Bu da insanları məcburən Cənnətə qoymaq istəməklə eyni mənada olan bir güc tətbiq etmədir...
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  6. #26
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Din və məcburiyyət???

    Məcburiyyət nələrə gətirib çıxarır? Bir örnək verək. İranlı qadınlar ölkəmizin sərhədlərini çadrada keçir, mehmanxanadan isə elə bir libasda çıxırlar ki, elə bil Hollivud manekenləridir.Bunlara aid deyil din və məcburiyyət..!Onsuz da kim nə istəsə edəcək,bu onlarin əlindədir.Amma din və məcburiyyət deyildikdə nədənsə ilk olaraq İran yada düşür.Şəxsən mən onlarda elə də məcburiyyət,zülm görmürəm..!Amma bir tərəfdən baxdiqda hicab,çadra pis geyimlər deyil əyər təmiz qəlblə,öz istəyinlə geyinirsənsə burda elə də pis bir şey yoxdur...Lakin Ninja kimi geyimlər yəni gözlərdən başqa hər yerin örtülməsi bu bir qədər də təhlukəlidir,nə biləsən bu geyimin altinda biçaq var,silah var bomba var?!Bir də bu geyimlərdə olan insanlari nə biləsən kişidi ya qadin?


    Azərbaycanda çadra taxan qadınlar digər qadınlara "əxlaqsız" gözü ilə baxır. Dəfələrlə deyilib ki,saçlar görünməli deyil,hicab geyinməyin bir səbəbəi də qadinin xarici gözəlliyinə yad,özgə əkscinslərin nəzərinə çarpilmamasi üçün müdafiədir...Amma deyən yoxdur ki,kişilərin 99% şorgözdürlər qadinlar neynəsinlər buna... Bunu əksinə də demək olar, onda gərək kişilər də bürünsünlər ki, həm qadınları yoldan çıxartmasınlar, həm də bəzi öz həmcinslərini...

  7. #27
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Din və məcburiyyət???

    Alıntı nauthly_girl Nickli Üyeden Alıntı
    Məcburiyyət nələrə gətirib çıxarır? Bir örnək verək. İranlı qadınlar ölkəmizin sərhədlərini çadrada keçir, mehmanxanadan isə elə bir libasda çıxırlar ki, elə bil Hollivud manekenləridir.Bunlara aid deyil din və məcburiyyət..!Onsuz da kim nə istəsə edəcək,bu onlarin əlindədir.Amma din və məcburiyyət deyildikdə nədənsə ilk olaraq İran yada düşür.Şəxsən mən onlarda elə də məcburiyyət,zülm görmürəm..!Amma bir tərəfdən baxdiqda hicab,çadra pis geyimlər deyil əyər təmiz qəlblə,öz istəyinlə geyinirsənsə burda elə də pis bir şey yoxdur...Lakin Ninja kimi geyimlər yəni gözlərdən başqa hər yerin örtülməsi bu bir qədər də təhlukəlidir,nə biləsən bu geyimin altinda biçaq var,silah var bomba var?!Bir də bu geyimlərdə olan insanlari nə biləsən kişidi ya qadin?


    Azərbaycanda çadra taxan qadınlar digər qadınlara "əxlaqsız" gözü ilə baxır. Dəfələrlə deyilib ki,saçlar görünməli deyil,hicab geyinməyin bir səbəbəi də qadinin xarici gözəlliyinə yad,özgə əkscinslərin nəzərinə çarpilmamasi üçün müdafiədir...Amma deyən yoxdur ki,kişilərin 99% şorgözdürlər qadinlar neynəsinlər buna... Bunu əksinə də demək olar, onda gərək kişilər də bürünsünlər ki, həm qadınları yoldan çıxartmasınlar, həm də bəzi öz həmcinslərini...

    [

Sayfa 3/3 İlkİlk 123

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.