MENIM BU SEHERDE KIMIM VAR AXI
Menim bu seherde kimim var axi?
Her qapi doymeye uzum gelmeyir
Uzumu taleye tutub gedirem
Tale de hemise uze gulmeyir.
Ayagim altinda tanis sekiller
Onumde acilan menzere bozdur
Coxdan kohnelibdir eynimdekiler
Ne qeder cirpsam da yene de tozdur.
Gozden oxuyuram bic terifleri
Meqsedli sagliqlar hirsimi bogur.
Kiminse baslayir hesed agrisi,
Menimcun telefon hedesi dogur...
Menim bu seherde kimim var axi…
Taleyin verdiyi paya – paxilliq
Boyu ki, men ozum qazanmamisam,
Allahin verdiyi boya – paxilliq
Menim bu seherde kimim var, axi…
Kohne mehebbetin qiz tanislari...
Her seher gorduyum oyaq bir yuxu,
Salam tanislari, uz tanislari...
Bir de ilhamimin tanis nefesi
Onun da kusulu anlari coxdur.
Heftenin bes gunluk qazanc qefesi,-
Bes eder... nefsimin gozleri toxdur...
Menim bu seherde kimim var, axi…
Bu omrun sonuna gumanim azdir
Seyyah ayaqlarim, fehle ellerim
Bir de ki, dunyaya baxdigim gozdur:
Cicekleri gorur, tikani gormur.
Ustune firlanan sukani gormur,
Usaq guldurmeye koke axtarir,
Elinden alinan tikeni gormur.
Yaxsilar yolunda ciraq kimidir,
Yamanlar tulkutek pusquda durub
Sevinc de bir suse araq kimidir
Onu da verdisli eyyaslar vurub...
Size guvenirem yaxsi adamlar,
Sizin adiniza gelmisem bura
Qardastek, ogultek qoruyun meni
Bir insan omrunu vurum axira,
Menim bu seherde kimim var axi…
33 sonuçtan 21 ile 30 arası
-
12-01-2007, 12:38 AM #21
E’TIRAF
Fikirli gelirem, dalgin gelirem,
Qaygili gozlerin cekir seklimi.
Be’zen gec gelirem, yorgun gelirem
Bitirsen qapida benovse kimi...
Belke min sucumu bilmisen menim,
Birini uzume vurmamisan hec.
Eyhamla uzume gulmusen menim,
Birce yol uzume durmamisan hec.
Her kes taleyile gelir heyata,
Demirem, ureyi yumsaq olmusam.
Decel usaqlara mulayim ata,
Senincun en decel usaq olmusam.
Sensen daglar kimi sebrle dozen
Belke tereddudle cox doyusmusen.
Isti bir sevgiden yazmisam be’zen,
Soyumus cayimi sen deyismisen...
Uzumde kederden bir iz gorende,
Sirinim olmusan, acim olmusan.
Qohumdan, tanisdan pis uz gorende
Sen anam olmusa, bacim olmusan.
Bir kovrek se’rimden gozlerin dolub,
Ne deyim, ozgeden cox yazib qelem.
Ne qeder duyunlu gunumuz olub,
Duyunlu qasini gormemisem men...
Bir elin metbexde qabda-qasiqda,
Bir gozun istide, tustude olub.
Bir elin besikde ogul-usaqda,
Bir gozun hemise ustumde olub.
Yollar carpaz-carpaz, yollar qarisiq...
Gece yol gedirem qulagi sesde.
Bizim pencereden suzulen isiq-
Gozumun nurudur yolumun uste.
Fikirli gelirem, dalgin gelirem,
Qaygili gozlerin cekir seklimi.
Be’zen gec gelirem, yorgun gelirem
Bitirsen qapida benovse kimi...
qemini udmusam her nefesimde
bitib her isteyim her hevesim de
konlumun sizlayan kaman sesinde
son vida qemini caldi ayriliq
-
12-01-2007, 12:39 AM #22

qemini udmusam her nefesimde
bitib her isteyim her hevesim de
konlumun sizlayan kaman sesinde
son vida qemini caldi ayriliq
-
12-01-2007, 09:53 PM #23Senior Member
- Üyelik tarihi
- Oct 2007
- Yer
- Sankt-Peterburq, Rusiya..Azəriyəm
- Mesajlar
- 845
Mənə qadan alım demə, əzizim,
Mən sənin başına d[
-
12-01-2007, 09:57 PM #24Senior Member
- Üyelik tarihi
- Oct 2007
- Yer
- Sankt-Peterburq, Rusiya..Azəriyəm
- Mesajlar
- 845
NİYƏ GƏLDİN....
Niyə gəldin, axı,
Səni mən[
-
12-01-2007, 11:14 PM #25Senior Member
- Üyelik tarihi
- Dec 2006
- Yer
- Baki
- Mesajlar
- 1.089
super...
gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.
-
12-02-2007, 09:57 AM #26
Nüsrət Kəsəmənli: DÜNƏN TOYUN İDİ
Sağlıqlqr deyildi çığır bağırla,
Üşüyən qəlbinə girən oldumu?
Gözündən qəlbinə düşən cığırla
Axan göz yaşını görən oldumu?
Cağlıqlar uzandı səhərə kimi
Çalıb-oynadılar, kef elədilər.
Çırpıb pillələrə son ümüdimi
Vağzalı üstündə dəfn eylədilər.
Son ümid! O mənim gərəyim idi..
Yoluna şam tutdu neçə qız gəlin.
Şam deyil o mənim ürəyim idi:
Son dəfə yanırdı yolunda sənin
Getdin o köhnə yol nur yolu idi.
İzin düşən yerdə gül açmadıki?!
Özgəylə keçirdin o yolu indi,
Ayağın altından yer qaçmadıki?!
Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər.
Düşüb qədəminə hər yoxuş, eniş
Niyə ürəyimə çəkilmədilər...
Başına gül çiçək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
Get deyib alnından öpdülər o gün
Alnından öpdülər o gün
Sınıq taleyini düzəltmədilər...
Güldün, Gülüşünün ömrü çox qısa.
Bir həsrət axırdı qanında sənin.
orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında senin.
Dünən toyun idi...
Xoşbəxt olasan!
Görünür bu bize qismet deyilmiş
Unut!
Elə bil ki,
Sevdiyin oğlan
Getdiyin oğlanmış,
Nüsrət deyilmiş...Görünmədən görmək
Ölmədən dönmək
-
12-02-2007, 06:51 PM #27Member
- Üyelik tarihi
- Oct 2007
- Mesajlar
- 34
Məhəbbətdən küsəndə
Yazırıq sevgidən ,
Yazırıq ancaq .
Elə sətirlərdə alışırıq biz .
Məhəbbət olubdur oyun - oyuncaq ,
Hansı məhəbbətdən danışırıq biz .
Odlara qlanmaq ötəri hissdir ,
Kəlmələr biçimli ,
Sözlər biçimli .
Çoxları diplomsuz mütəxəsisdir ,
Eh , ürək aldatmaq bir su içimi .
Sevimmi ?!...
Tərəddüd qət edə bilmir ,
Bəzən itiririk inam ümidi .
Ürək var duyğular fəth edə bilmir ,
Ürək var həndəsi fiqur kimidir .
Bir qəlbə girəndə boyalı sözlər ,
Görən öz sözünü ürək dedimi ?!
Axtarır ,
Axtarır ,
Axtarır gözlər ;
İşləyən bir saat kəfkiri kimi .
Təbəssümlər saxta , söz qiymətlidir ,
Yalanı yalanla alqışlayırlar .
Çoxları könüldən səxavətlidir ,
Hər qıza bir könül bağışlayırlar ...
Elə məhəbbətən yazırıq ancaq ,
Elə sətirlərdə alışırıq biz .
Məhəbbət olubdur oyun - oyuncaq ;
Hansı məhəbbətdən danışırıq biz !
Nüsrət kəsəmənliSözün böyüyü böyüyün sözüdür .
-
12-02-2007, 07:37 PM #28
-
12-02-2007, 11:59 PM #29Senior Member
- Üyelik tarihi
- Oct 2007
- Yer
- Sankt-Peterburq, Rusiya..Azəriyəm
- Mesajlar
- 845
Bir sevda ağlayır...
Gəl dedim, k[
-
12-03-2007, 01:22 AM #30Member
- Üyelik tarihi
- Oct 2007
- Mesajlar
- 34
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Kiminsə gözünə yaş gələcəkdir .
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bir daş qəmli-qəmli dikiləcəkdir .....
Dodaqdan gülüş tək silinər adım ,
Ömür - sonu gələn keçilən yoldur .
Dünya gəlişimdən xəbər tutmadı ,
Bəlkə gedişim də xəbərsiz oldu .
Köçüb gedəcəyəm günün birində ,
Hicran göyərəcək yerimdə mənim .
Kimlərinsə gizli cib dəftərində
Öləcək telefon nömrəm də mənim .
Qara çərçivədən baxacaq şəklim ,
Soyuq gözlərimdə daldalanar qəm .
Sinəmdə duyğu tək yatar əllərim
Oyadıb son şeri yaza bilmərəm .
Qara daş doğular ,
Soyuq , mən adda ;
Bir qadın hıçqırıb saçını yolar .
Ayrılıb gedərəm , tabutum altda
Dörd çiyin görüşər ,
Dörd ürək vurar .....
Mənim çarpayımda süküt uyuyar ,
Artar bir sakini qəbirstanın da .
Bir çiçək köksünü sinəmə qoyar ,
Rəngi ləçəklərə keçər qanın da .
Gəlib bu çiçəyi dərənim olmaz ,
Bahar göyərdəcək , qış solduracaq .
Kiçik bir təpədə çiçəklər hər yaz
Yorulmuş çiynində qəm qaldıracaq .
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bəlkə yüz il sonra , bəlkə də sabah .
Bəlkə bir Qu kimi çırpınıb bu gün
Nəğmə oxuyuram ölümdən qabaq ......
Nüsrət Kəsəmənli .
Hara gedirsən ?!
Şirin röyamısan ,
Ya xəyalmısan ,
Min cavab axtaran bir sualmısan .
Ümidim , nə yaman sən qocalmısan , -
De hara gedirsən ,
Hara gedirsən ?!
Yolların əvvəli , axırı varmı ,
Bu payız ömrümün baharı varmı ,
Çağırsam harayım sənə çatarmı ,
De hara gedirsən , hara gedirsən ?
Taleyin aldığı həsrətli ilsən ,
Necə gözləmişəm mən səni bilsən .
Sən səyyah deyilsən , yolçu deyilsən ,
De hara gedirsən , hara gedirsən ?
Günlərim əriyib , illərim axıb ,
Başımda nə qədər şimşəklər çaxıb ,
Mənim bu yıxılmış dünyamı yıxıb
De hara gedirsən , hara gedirsən ?
Sevincim ac qalıb , kədərim doyub ,
Rəngli günlərimi göz yaşım yuyub .
Məni bu kədərin əlində qoyub
De hara gedirsən ,
Hara gedirsən ?
Nüsrət KəsəmənliSözün böyüyü böyüyün sözüdür .


LinkBack URL
About LinkBacks






Alıntı ile cevapla

Yer imleri