Ömər Xəyyam
Görünür mən kimi olmuş bu da bir aşiqi-zar,
Bağlamışdır onu zəncirinə bir zülfi-nigar.
Gördüyün qulpu çamur parçası zənn etmə, saqın,
Bir gözəl boynuna keçmiş qola çox bənzəri var!
***
Kiminin fikrinə hakim görünür məzhəbü din,
Kiminin saplanaraq qaldığı hər şəkkü yəqin,
Ansızın bir də baxırsın ki, çıxar bir nadi
Bağırır: "Hey, nə odur yol, nə bu, qafil, miskin".
***
O saraylar ki, buludlarla öpüşməkdə bu gün,
Üz sürərlərdi keçən şahlar onun xakinə dün.
İştə gördüm, qonaraq bürcümə bu qumru ötər,
Sanki der: "Hey gidi, hey! Nerde o gün? Nerde o gün?"
***
Bir böyük quş qonaraq bürcünə gördüm Yusun
Süzərək kəlləsini pəncədə Keykavusun,
Sanki söylərdi: "Hanı dünkü o həşmət, o cəlal?
Hanı keçmişdəki avazeyi-təblü kusun?"
Dünən meyxanada mən bir qocadan
Soruşdum ki: "Gedib bu qədər insan,
Onlardan xəbər ver". Dedi: "Şərab iç!
Gedənlər qayıtmaz bir də heç zaman".
15 sonuçtan 11 ile 15 arası
-
12-31-2009, 03:05 AM #11
Re: Ömer Xeyyam
Əlimdə olsaydı əgər iqtidar,
Bu köhnə fələyi yerindən yıxar.
Yerində elə bir cahan qurardım
Ki, hamı yaşardı azad, bəxtiyar.
-------------------------------------
Bu iki qapılı dünya ki, vardır.
Qəm çəkən, can verən insana dardır.
Anadan olmayan hətta bir nəfəs,
Həyat sürməyənlər nə bəxtiyardır.Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
12-31-2009, 10:10 AM #12Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Ömer Xeyyam
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
12-31-2009, 10:11 AM #13Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Ömer Xeyyam
İnsana daima qəm verir fələk,
Bir qursa, birini dağıtsın gərək.
Dünyaya gəlməyən bilsə, gələnlər
Nə çəkir, gəlməkçün bəsləməz dilək.
***
Dünən bir bazarda gördüm kuzəgər,
Çamırı təpiklə yoğurub əzər.
Çamır kuzəgərə dedi: "Yaxşı bax,
Mən də sənin kimi deyildim məgər?"
***
Bu fələk ki bizi hərlədir hər an,
Seçilməz sehrbaz fanuslarından.
Günəş çırağıdır, dünya fənəri,
Bizsə şəkil kimi içində heyran.
***
Biz qəflət toruna düşmüş bir quşuq,
Dünyanın dərdindən cana doymuşuq.
Nə gəlmək arzumuz olub, nə getmək
Bu damsız, qapısız yerə uymuşuq.
Ömər XəyyamYaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
12-31-2009, 11:38 AM #14
Re: Ömer Xeyyam
Dünən meyxanada mən bir qocadan
Soruşdum ki: "Gedib bu qədər insan,
Onlardan xəbər ver". Dedi: "Şərab iç!
Gedənlər qayıtmaz bir də heç zaman".
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
12-31-2009, 11:54 AM #15Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Ömer Xeyyam
Üzülme..Yeni il her il gelir
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri