Gələcək üçün planlar quran, hər vaxt öz gözlədikləri şəkildə inkişafa inanan, başqa ehtimalları fikirləşməyən bir insan düşünək. Bir xəstəlik və ya bir qəza baş verdikdə, bu düşüncə sahibinin bir anda bütün həyatı alt-üst olacaq. Çünki qurduğu planlarda, bu insan nə xəstəlik, nə də qəzaya yer vermir. Hətta bir çoxu, sağlam bədənə sahib olduqlarından, hər gün minlərlə adamın başına gələ bilən bu tərz hadisələrlə, onların da qarşı-qarşıya gələ biləcəklərini düşünmürlər.
Belə insanlar bu kimi hallar meydana gəldiyində, dərhal üsyankar bir vəziyyətə girirlər. "Niyə mənim başıma belə bir hadisə gəldi?" və s. bu kimi düşüncələrlə qədər həqiqətinə son dərəcə tərs davranış göstərirlər. Bu səhv məntiqlə hərəkət edən, din əxlaqından uzaq olan insanlar üçün bir xəstəlik və ya qəza anında təvəkkül etmək ya da qarşılaşdıqları hadisəyə xeyir gözüylə baxmaq mümkün deyil.
Halbuki insan bir çox acizliklə yaradılmışdır. Çox tez xəstə ola bilər, kiçik bir virusun təsiriylə günlərlə yataqda qala bilər. Xərçəng, sarılıq, tifo kimi xəstəliklərlə müqayisədə, "sadə" olaraq xarakterizə edilən qrip belə, bir insanın bədən müqavimətinin ciddi mənada gücsüz qalmasına səbəb ola bilər.
Xəstəliyə Səbəb olan Virusları da Xəstəliyi Yaxşılaşdıran Dərmanları da Allah Yaradar
Qədər həqiqətini qavraya bilməyən insanlar, başlarına gələn xəstəliyin səbəbi olaraq yalnız virusları və ya mikrobları görərlər. Yenə eyni şəkildə bir yol qəzası keçirdiklərində, bunun tək səbəbinin pis avtomobil istifadə edən bir insan olduğunu zənn edərlər. Halbuki həqiqət belə deyil. Xəstəliyə səbəb olan hər mikroorqanizm və ya insana zərər verən hər vasitə, hər insan Allahın səbəb olaraq yaratdığı varlıqlardır. Və bu varlıqların heç biri başıboş deyillər və Allahın idarəsi ilə hərəkət edirlər. Əgər bir virus üzündən bir insan ağır bir xəstəliyə tutulursa, bu Allahın məlumatı daxilindədir. Əgər bir avtomobil bir insana dəyib onu şikəst edirsə, bu da Allahın yaratdığı qədərə tabe bir hadisədir. Xəstəliyi meydana gətirən Allahdır, müalicəni edən həkimi yaradan, ona bildiklərini öyrədən, dərmanı yaradan, udulmasını təmin edən və şəfaya vəsilə edən də Allahdır.
Bir insan nə edirsə etsin bunları dəyişə bilməz. Qədərindən tək bir anı belə çəkib çıxara bilməz, çünki qədər bir bütün olaraq yaradılır. Sonsuz qüdrət sahibi Allaha təslim olan, Onun sonsuz ağlına və rəhmətinə güvənib, səbr edən insan üçün xəstəlik də, qəza da, müsibət kimi görünən hadisələr də sonu xeyirlə bitəcək keçici imtahanlardır.
Vacib olan odur ki, Allaha iman edən, Onun yaratmış olduğu qədərə təslim olan insanların bu cür çətinlik və xəstəlik anlarında göstərdikləri gözəl əxlaqdır.
İman edən bir insan xəstələndiyində, şəfa üçün Allaha dua edər. Bu duanın təsiri həkimin yardımında özünü göstərər. Dərman istifadə etməyə başlar, ancaq tam əminliklə şəfanın Allahdan gəldiyini unutmaz. Allah Quranda bu həqiqəti Hz. İbrahimin bu sözləriylə bildirmişdir:
“O Rəbbki, məniyaratmış və mənidoğruyolayönəltmişdir;ORəbbki, məniyedirdirvə içirdir;ORəbbki, xəstələndiyimzamanmənə şəfaverir; O Rəbbki, məni öldürəcək, sonradirildəcəkdir;” (Şuəra Surəsi, 78-81)
Dərman təsir etsə də etməsə də iman edənlər bunda bir xeyr olduğunu bilərlər. Dərman təsir etməyəndə, həmin insan sağalmır kimi görünə bilər, amma o adamın Allaha olan imanı, təvəkkülü və gözəl əxlaqı səbəbiylə cənnətə gedə bilər və ya dərman dərhal təsir edib, adam yaxşılaşa bilər amma bu adam da cəhənnəmə gedə bilər.
Allah dərmanı xəstəliklərin yaxşılaşması üçün bir səbəb olaraq yaradar. Bir dərman eyni dəqiqliklə, ehtiyyatla tətbiq olunduğu, eyni üsullar istifadə edildiyi halda, eyni xəstəliyə düşmüş kəslərdən birinə təsir edib, digərinə təsir etməyə bilər. Bu, dərmanın yalnız bir səbəb olduğuna dəlildir. Xəstəliyi yaxşılaşdıran dərman olsaydı, üzərində eyni müalicə eyni şəkildə tətbiq olunan xəstələrin hamısı yaxşılaşardılar.
Xəstəliklər, qəzalar və bir çox hadisələr, möminlərin səbirlərini və əxlaqlarının gözəlliyini göstərə biləcəkləri və Allaha yaxınlaşmaq üçün istifadə edəcəkləri çox əhəmiyyətli fürsətlərdir. Allah Quranda çətinliklər qarşısında göstəriləcək səbrin əhəmiyyətini izah edərkən xəstəlik dövrünü də ifadə etmişdir:
… yaxşı əməlsahibləriAllaha, Axirətgününə, mələklərə, kitablara, peyğəmbərlərə imanedən, sevdiyimalı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrinazadedilməsinə sərfedən, namazqılıbzəkatverən, əhdbağladıqda əhdləriniyerinə yetirən, sıxıntı və xəstəlik üzverdikdə, habelə döyüşdə səbiredən şəxslərdir. Onlarimanlarındadoğruolanlardır. Müttəqiolanlardaelə məhzonlardır. (Bəqərə Surəsi, 177)
Xəstəliklər Allaha Yaxınlaşmağa Vəsilədir
Fiziki bir narahatlıqla qarşılaşan insan, gözəl əxlaq göstərmək üçün bütün bunların bir imtahan olduğunu, xəstəliyi də şəfanı da yaradanın yalnız Allah olduğunu düşünməlidir. Əgər insan xəstəliyindəki və ya düşdüyü qəzadakı xeyirləri və hikmətləri düşünsə- bunları o an hiss etməsə belə-səbir göstərsə, Allahın izniylə, qarşılaşdığı çətinlikdən həm dünyada həm də axirətdə çox qazanclı çıxar. Dünyada keçici bir çətinlik yaşaya bilər, amma Allahın izniylə axirətdə Rəbbimizə içdən təslim olmuş olmanın sonsuz gözəlliyi ilə mükafatlandırılar.
Xəstəliklərdəki Bəzi Hikmətlər
-Xəstəlik insana acizliyini və Allaha möhtac olduğunu xatırladar. Mikroskopik bir virusun bədənində meydana gətirdiyi zəifliyə maneə ola bilməyən insan, belə anlarda acizliyini və Allaha nə qədər möhtac bir vəziyyətdə olduğunu çox daha yaxşı hiss edər.
-Xəstəikən sağlam olmağın Allahın bir lütfü və neməti olduğu daha yaxşı aydın olar. Uzun müddət xəstə olmayan, bu səbəbdən bir narahatlıq, ağrı-acı hiss etməyən insan bu vəziyyətə alışar. Amma ani bir xəstəlik ilə qarşılaşdığında əslində sağlam olmanın Allahın bir lütfü olduğunun fərqinə varar.
-İnsan ciddi bir xəstəlikdə dünyanın keçiciliyini, ölümü və axirəti daha çox düşünə bilir. Bəzi insanlar həyati əhəmiyyəti olan bir xəstəliyə düşdüklərində ya da bir bədən üzvlərini itirdiklərində bunu özləri üçün pis bir hadisə olaraq qiymətləndirə bilərlər. Halbuki, bəlkə də bu adamın xəstəliyi dərd olaraq və ya bəla olaraq deyil, axirətdə qurtuluş tapması və yalnız Allaha yönəlməsi üçün bir vəsilə olaraq özünə verilmiş ola bilər.
-İnsanın Allaha olan duası və yaxınlığı artar. Ciddi bir xəstəliyin bədən üzərindəki əlamətləri artdıqca bir çox insan düşünməkdən qaçdığı ölümü düşünməyə başlar və bu vəziyyətdə adam bütün səmimiyyətiylə Allaha dua edərək sağlam olmağını istər.
- Xəstəliyi əvvəlində Allaha tam olaraq təslim olmamış bir adam bəlkə xəstəliyi sayəsində bu gözəl xüsusiyyətləri qazana bilər. Keçici dünya həyatındakı qısa davamlı çətinliklərinin qarşılığında sonsuz cənnət həyatının nemətlərinə qovuşmağı ümid edə bilər.
Allah diləsə insan heç bir zaman xəstə olmaz, ağrı-acı çəkməzdi. Amma əgər insan belə bir çətinliklə qarşılaşsa , bilməlidir ki bu çətinliyi yaşamasının, həm dünyanın keçiciliyini həm də Allahın sonsuz gücünü anlaya bilməsi baxımından bir çox hikməti vardır.
Unudulmamalıdır ki, bu həqiqəti ürəkdən qavraya bilmək və belə bir hadisəylə qarşılaşdığında gözəl əxlaq göstərə bilmək çox əhəmiyyətlidir.
(məqalə harun yahya)
Yer imleri