1 sonuçtan 1 ile 1 arası
-
08-29-2009, 02:08 PM #1
Qan qrupuna uyğun qidalan
İnsanın qida rasionunun ancaq əldə edə bildiklərindən ibarət olduğu dövr o qədər uzaqda qalıb ki, indi adama nağıl kimi görünür.
Halbuki qədim əcdadlarımız qidalanmaq üçün saatlarla dolaşır, daşdan, torpaqdan başqa tapdıqları hər şeyi qida kimi qəbul edirdilər. Bəli, qədimlərdə insanın yeganə problemi ölməmək üçün qidalanmaq idi.
Zaman ötdükcə, insanın indi adidən də adi görünən bu problemi yerini başqalarına verməyə başladı. Hər şeydən qida əldə etməyi öyrənən insan, çağdaş dövrdə ərzaq məhsullarının sayını elə bir həddə çatdırıb ki, artıq seçim etmək belə çətindir. Qidaların çoxçeşidli olması, yeni zamanda insanın fiziki fəallığının azalması səbəbindən yaranan problemin adı isə ARTIQ KİLOQRAMLARDIR. Qlobal miqyas alan bu problemlə bağlı bu günə qədər saysız-hesabsız tədqiqatlar aparılıb. Lakin xüsusi effektə malik hansısa konkret nəticənin əldə olunduğunu demək qeyri- mümkündür. Artıq çəki yenə də problem olaraq qalır.
Müxtəlif tədqiqatlardan sonra alimlər artıq çəkidən azad olmaq istəyən insanlara müxtəlif variantlar təklif edirlər. İndi sizi onlardan birilə tanış edəcəyik. Həkim-naturopat Piter D’Adamo, necə deyərlər, bu kəşfində yeniliyində eyni peşə sahibi olan atası Ceyms D’Adamonun tədqiqatlarına əsaslanıb. Ata-oğul sübut etməyə çalışırlar ki, XX-XXI əsrlərin insanlarının immun və həzm sistemi öz ulularının qəbul etdiyi qidalara meyllidir. Buna uyğun olaraq, qan və qəbul edilən qida arasında gedən kimyəvi reaksiya genetik irsin ayrılmaz hissəsi hesab oluna bilər. D’Adamonun nəzəriyyəsinə əsasən, müxtəlif qan qrupuna malik insanların dietik tələbatı birbaşa təkamül prosesilə bağlıdır. Yəni hər qrup insanın özünə uyğun qidası var. Birinci qrup - (I (0) ən qədim və ən geniş yayılmış qan qrupu hesab olunur. Bu qana malik olan insanlar əsilli-köklü "ovçulardır". Möhkəm qida traktına malik olan bu insanlar ən çox ətə meyllidirlər. Onlarda yüksək səviyyədə fəal immun sistemi mövcuddur, yeni pəhrizlərə uyğunlaşma isə minimum səviyyədədir. Həmişə enerjili və zərif bədən quruluşlu olmaq üçün onlar maddələrin effektli mübadiləsinə tələbat duyurlar. Stressi aradan qaldırmaq üçün onlara məhz intensiv fiziki hərəkətlər vacibdir.
Birinci qrup qana malik olan adamlar D’Adamonun təklif etdiyi pəhrizin uğurlu olması üçün qidada piysiz qara ətdən (dana və quzu əti), həmçini də toyuq və balıqdan istifadə etməlidirlər. "Ovçuların" həzm sistemi süd məhsulları və dənliləri yaxşı həzm etmir. Ona görə də adı çəkilən ərzaqlardan istifadə onlara məsləhət görülmür. Taxılın tərkibində olub çörəyə yapışqanlıq verən zülalli maddə - qlyuten də bu qan qruplu insanlara ziyandır. Qlyuten insulinin metobalizmasını zəiflədir və kalorinin effektiv istifadəsinə mane olur.
İkinci qan qrupunun (II (A) yaranması təsərrüfatçılıqla məşğul olan tayfaların meydana gəldiyi dövrlərə təsadüf edir. Bu qanın sahibləri dözümlü immun sisteminə və həssas həzm sisteminə malik "təsərrüfatçılar" - vegeterianlardır. Onlar ətraf mühitə və qidalanma şərtlərinə asanlıqla uyğunlaşa bilirlər. Onlar üçün stressi çıxarmağın ən yaxşı yolu özünətəsirdir (meditasiya). Zərif bədən quruluşunu və iş qabiliyyətini saxlamaq üçün onlara kənd təsərrüfatı məhsulları lazımdır. Bu qan qrupuna malik insanların qidasının ekoloji cəhətdən təmiz və təbii məhsullardan təşkil olunması vacibdir. Ən əsası isə onlar qida rasionlarından toksinlərlə zəngin əti çıxarmalıdırlar. Yeri gəlmişkən, bu insanlar ətdən imtina edən kimi arıqlamağa başlayırlar. "Ovçuların" orqanizmində enerji kimi sərf olunan ət, "təsərrüfatçıların" orqanizmində piyə çevrilir. Qəribə olsa da, bu insanlar süd məhsullarını da pis qəbul edirlər. Ürəyin fəaliyyətini çətinləşdirən və piylənməyə səbəb olan yağlarla zəngin süd məhsulları onlarda insulin reaksiyaları doğurur, maddələr mübadiləsini zəiflədir. İkinci qrup qana malik olan insanlar taxıl bitkilərindən istifadə edə bilərlər. Ancaq nəzərə almaq lazımdır ki, bu məhsulun həddindən artıq qəbulu əzələ toxumalarında turşuluğun normasının artmasına səbəb ola bilər.
Bəs ikinci qan qruplu insanlar əsasən nə ilə qidalanmalıdırlar? Aşağı yağlılığa malik olan çoxsaylı təbii məhsullar, tərəvəzlər və yarmalar onlar üçün ən faydalı ərzaq növüdür. Bitki yağı, soya məhsulları, tərəvəz və ananas onlar üçün daha xeyirlidir. Qeyd etmək lazımdır ki, bu insanlara paxlalıların tərkibində olan tərəvəz zülalları da çox yaxşı təsir edir. Balqabaq və günəbaxan to-xumları, badam və qoz D’Adamonun bu insanlara təklif etdiyi pəhrizə ən yaxşı əlavələrdir. Çəkilərini normallaşdırmaq üçün onlara dəniz məhsulları, yodlaşmış duz, qaraciyər, çox yağsız dana əti, ispanaq və kələm kömək edər. Kələmin ancaq yarpaqlısını, yəni adi olanını istifadə etmək olar, qara və gül kələmlər onlara uyğun deyil və yalnız çəkinin artmasına gətirib çıxarır.
Üçüncü qan qrupu (III (B) "köçərilərə" məxsusdur. Bu qan qrupu insan tayfalarının şimala, iqlim şəraitinin daha kəskin olduğu yerlərə köçməsi zəminində əmələ gəlib. Bu insanlar möhkəm immun sisteminə və çox dözümlü həzm sisteminə malikdirlər. Birinci və ikinci qrup qana malik olan insanlardan fərqli olaraq, onların qida seçimi zəngindir. Onlar süd məhsullarının əsas istifadəçiləridir. Zərif bədən quruluşu və yaxşı əhval-ruhiyyəni saxlamaq üçün onlara əqli və fiziki fəallığı eyni səviyyədə saxlamaq lazımdır. Stressdən azad olmaq üçün onlara yaradıcılıqla məşğul olmaq vacibdir. Qarğıdalı, mərcimək, qarabaşaq, yer fındığı və küncüt toxumu bu insanların kökəlməsinə gətirib çıxarır. Onların tərkibində maddələr mübadiləsini zəiflədən və qida qəbulundan sonra qanda şəkərin miqdarının artmasına səbəb olan lektinlər var. Ancaq bundan qorxmaq lazım deyil. Rasiondan zərərli məhsulları kənarlaşdırmaqla şəkərin miqdarını normada saxlamaq olar. Belə insanların özlərini yaxşı hiss etmələrində ətin də rolu az deyil. Mütəxəssislər təsdiq edirlər ki, onlar qidalarında mal və hind toyuğunun ətini quzu ətilə əvəz etsələr, immun sisteminin ardıcıl zəifləməsinin qarşısını ala bilərlər. Yeri gəlmişkən, toyuğu da balıqla əvəz etmək lazımdır. Taxılın tərkibindəki qlyuten zülalı da bu insanlara ziyandır. Buna görə də onlara taxıldan və taxıl məhsullarından istifadə məsləhət görülmür.
Bundan başqa, taxılın qarğıdalı, qarabaşaq, yer fındığı ilə sintezi (məsələn, ləzzətli bulka və pirojkilər) "köçərilərin" orqanizminə əsl dağıdıcı təsir göstərir. Buna görə də bu insanlar çox arıq olduqları halda belə taxıldan istifadə etməməlidirlər. Pəhriz zamanı yaşıl tərəvəzlər, ət, yumurta, az yağlı süd məhsulları, qaraciyər və şirin kök şirəsinin istifadəsi məqsədəuyğundur.
İnsanlarda dördüncü qan qrupu (IV (AB) min il əvvəl mövcud qan qruplarının qarışmasından əmələ gəlib. Bu qrupa malik olan insanlar özlərinə məxsus "xameleondurlar". Onlar ətraf mühitin və qidanın dəyişməsinə qarşı həssas olurlar. Onların həzm sistemləri həssas, immun sistemləri isə çox dözümlü olur. Bu insanlar özlərini formada saxlamaq üçün intellektual işi yüngül fiziki fəallıqla qarışdırmalıdırlar. Qarışıq irs onların əlavə kiloqram toplamalarına təsir edir. Bu problemdən azad olmaq üçün onlara ətdən uzaqlaşmaq, ya da onu tərəvəzlərlə birlikdə yemək məsləhət görülür. Bu insanların arıqlamasına səbəb olan məhsulların siyahısına dəniz məhsulları (konservləşmiş, quru və yağlı duzlanmış məhsullar istisna olmaqla), yaşıl tərəvəzlər, dəniz bitkiləri və ananas daxil edilir. Lobya, qarğıdalı, qarabaşaq və küncütə qarşı neqativ insulin reaksiyası bu insanlara üçüncü qan qrupuna malik əcdadalarından keçib. İkinci qrup qana malik əcdadlarının təsirilə onlar yer fındığını və mərcini rahatlıqla qəbul edə bilirlər. Hər iki əcdaddan fərqli olaraq, dördüncü qrup qanı olan insanlar buğdanı da yaxşı həzm edirlər. Ancaq çəkini azaltmaq üçün buğdanı da azaltmaq lazımdır.♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri