Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Sağlamlıq

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Sağlamlıq

    1.Evdə on dənə pişiyiniz olmasın, amma həyatınızı bir canlıyla paylaşmaq sizi xoşbəxt edəcək.

    2.Həmişə eyni ağrı kəsicini istifadə etməyin. Çünki bədəniniz bu ağrı kəsiciyə alışar və fəaliyyəti azalar.

    3.Hər gün əlavə bir neçə stəkan su içməyə laqeyd yanaşmayın.

    4.Yataq otağının istirahət etdirici mühitə sahib olması üçün dekorasiyada qan təzyiqi səviyyələrini salan mavi ya da yaşıl rəngi seçin

    5.Səhər yeməyinə başlamadan əvvəl bir-iki boşqab meyvə yeyin və mütləq bir stəkan su için.

    6.Ani yaralanma yaşasanız yaranı bandajlamadan əvvəl üzərinə vazelin, yoxdursa tüpürcəyinizi sürtün. Tüpürcək yaxşılaşmanı sürətləndirəcək.

    7.Əgər gec yuxulayırsızsa nəfəs məşqi edin. Bunun üçün əlinizi mədənizə qoyun və altıya qədər sayarkən dərin nəfəs alın. Sonra üçə qədər sayaraq nəfəsinizi çölə verin. Bunu səkkiz dəfə təkrarlayın.

    8.Hər gün çantanızı çevirməli olaraq fərqli qollarınızda daşıyın. Əks halda çantanızı davamlı daşıdığınız qolunuzda əzələ ağrıları meydana gələ bilər.

    9.Sıx-sıx ayaq yoluna getmək məcburiyyətində qalırsınız? Əgər elə isə süni dadlandırıcı ehtiva edən qidaların istehlakını dayandırın.

    10.Ümumi sağlamlıq idarəsi üçün dırnaqlarınıza hər ay bir dəfə nəzarət edin, baxımlığına laqeyd yanaşmayın. Dırnaqların asan bir şəkildə qırılması dəmir ya da zülal əskikliyinə işarə ola bilər. Sarı rəngli dırnaqlar qan dövranının aşağı səviyyədə olduğunu göstərər.

    11.Gündə ən az 1.5 litr su için. Təzə və parlaq bir dərinin sirri bol su içməkdir.

    12.Bir dərman udacağınız zaman mütləq su istifadə edin. Çünki susuz dərman udmaq istəsəniz yemək borunuza ziyan verə bilərsiniz

    13.Əgər dəriniz sızanaq meydana gəlməsinə meyllidirsə fındıq, qoz və zeytun yağı istehlak edin. Bu qidalar bədəndəki həddindən artıq yağlanılmağı azaldar.

    14.Nanə, yaşıl alma və ya banan yağını üç dəfə iyləyərək içinə çək. Bu aromatlar iştahınızı kəsərək zərərli yeməklərdən uzaq dayanmanızı təmin edər.

    15.Cins şalvarınızın içinə girə bilmirsinizsə)) şaftalı, banan kimi kalium yüklü yeməklər yeyin. Kalium bədəndəki suyun atılmasını təmin edər

    16.Soyuqlama ya da qrip mikrobundan uzaq dayanmaq üçün asqıran ya da öskürən bir adamdan uzaq dayanmağa çalışın

    17.Zehninizi açmaq və özünüzü daha yaxşı hiss etmək üçün bir fincan qəhvə için, özünüzü xoşbəxt hiss etmənizi təmin edən seratonin və dopamin hormonlarının daha çox ifraz olunmasını təmin edər.

    18.Ofisdəki masanıza zanbaq, gül kimi qoxulu çiçəklər qoymağa laqeyd yanaşmayın. Bu bitkilərin qoxuları beyin kimyanıza təsir edər və özünüzü çox daha yaxşı hiss etmənizi təmin edər.

    19.Alkoqol aldıqdan sonra sabahısı gün özünüzü pis hiss etmək istəmirsinizsə içmədən əvvəl fındıq istehlak edin. Yağ, bədəninizdə spirtin sürətini yavaşladacaq və siz də bu sayədə sabahısı gün daha rahat olacaqsınız.

    20.Sizin üçün əhəmiyyətli olan bir tarixi xatırlamaq üçün o məlumatı oxuyarkən saqqız çiynəyin. Çünki saqqız çeynəyərkən beynə doğru olan qan axışı sürətlənər və bu da xatırlama gücünüzün yüzdə 40 nisbətində artmasını təmin edər.
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.