Sayfa 1/2 12 SonSon
12 sonuçtan 1 ile 10 arası

Bizi təqib edən təhlükənin fərqində deyilik

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Bizi təqib edən təhlükənin fərqində deyilik

    Həyat tərzini asanlaşdırmaq üçün istifadə etdiyimiz cihaz və sistemlər çox təhlükəlidir.

    Təhlükəli mənbələrə həmçinin yüksəkgərginlikli elektrik xətləri, ötürücülər, radio-televiziya vericiləri və cib telefonları daxildir. Elektromaqnit dalğaları bu sistemlərə yaxın olanların sağlamlığına mənfi təsir göstərir.

    Radiasiya yayan cihazlar hansılardır?

    Televizor, radio, xətsiz kabellərlə istifadə edilən kompyuterlər, mikrodalğalı sobalar, fenlər və bunabənzər cihazlar radiasiya yayan cihazlardır. Radiasiyaya məruz qalan insanlar parkinson və göz xəstəliklərinə yoluxurlar.
    Araşdırmalara əsasən demək olar ki, orqanizmdə xərçəng xəstəliyinə yol aça biləcək hüceyrələr var və orqanizm elektromaqnit dalğalarına məruz qaldıqda immunitet sistemi zəifləyir və həmin hüceyrələr fəallaşır. Buna görə də xərçəng xəstəliyinin sürətli şəkildə inkişaf etməsinə əlverişli şərait yaranır.
    Cib telefonundan daha çox istifadə edənlərdə baş ağrısı, yaddaşsızlıq, xroniki yorğunluq, stress və s. kimi problemlər ortaya çıxır.
    Yüksək gərginlik xətləri ətrafında yaşayanlarda da xərçəngə tutulmaq ehtimalı çoxdur. Hətta bu vəziyyətdə arıların belə, balvermə qabiliyyəti aşağı düşür.

    Necə qorunmaq olar?

    1. İlk növbədə, cib telefonundan istifadəni minimuma endirin.
    2. Mikrodalğalı soba işlədərkən çox yaxınında dayanmayın.
    3. Yatarkən başınızın üzərində elektrik xətlərinin olmamasına çalışın.
    4. Uşaqlara televizora yaxından baxmağa icazə verməyin.
    5. Radiasiyadan qorunmada qidalanma əsas şərtdir. Yüksəkkalorili, xüsusilə də, qızardılmış qidalardan uzaq olun.
    6. Toksinlərin bədəndən xaric olunmasında və orqanizmin qorunmasında “pektin” maddəsinin rolu böyükdür. Ona görə də tərkibində həmin maddə olan meyvə-tərəvəzdən, süd məhsullarından istifadə etmək məsləhətdir.
    7. Yüksəkgərginlikli xətlər olan uşaq meydançaları, park və bağlar ləğv edilməlidir.
    8. Mərkəzi yerlərdən keçən xətlərin yerin altına keçirilməsi üçün layihələr hazırlanmalıdır.
    [
    Ya da
    [

  2. #2
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    İnternet ürəyi xəstə edir

    İnternet ürəyi xəstə edir



    İnternetin həyatımıza çox sürətlə daxil olması gəncləri ətraf aləmdən təcrid edərək hərəkətsiz həyat tərzinə məruz qoyur.

    Mütəxəssislər belə nəticəyə gəlmişlər ki, son vaxtlar ürək xəstəliklərinin gənclər arasında daha çox yayılmasının səbəbi internet, hərəkətsiz həyat tərzi və yemək mədəniyyətinə düzgün riayət etməməkdir.
    İnternetin həyatımıza çox sürətlə daxil olması gəncləri ətraf aləmdən təcrid edərək hərəkətsiz həyat tərzinə məruz qoyur. Bununla yanaşı, hazır yemək vərdişləri artır, rejimsiz qidalanma ortaya çıxır.
    [
    Ya da
    [

  3. #3
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Mesaj yazmaq barmaqlara zərərdir



    İsbat edilmişdir ki, cib telefonu ilə mesaj yazanların, kompyuter istifadəçilərinin barmaqlarında iltihablaşma meydana gəlir. Cib telefonu ürək və beyinə zərərli olduğu kimi, barmaqlar üçün də təhlükə mənbəyidir. Mesaj yazarkən xüsusən baş barmağa çox ağırlıq düşməməlidir.

    Süni kərə yağı ağciyərlərin düşmənidir

    Kərə yağında istifadə edilən diasetil adlı kimyəvi maddə burun və nəfəs yollarına, ağciyərlərə ziyandır.

    Süni ətirlər təhlükəlidir

    Təmizlik məhsullarında, eləcə də dərman və kosmetikada olan süni ətirlər sağlamlığımızı təhlükə altına alır. Belə ki, orqanizmimizə nəfəs yolu, ağciyər və ya dəri vasitəsilə daxil olan kimyəvi maddələr ağciyərə, gözə, dəriyə, buruna və beyinə də təsir edir. Saxta məhsullarda bu təhlükə daha çoxdur. Ona görə də belə məhsulları alarkən etibar etdiyiniz firmanın mallarına istinad etmək məqsədəuyğundur. Təbii ətir insanı canlandırır, şən əhvali-ruhiyyə yaradır, hətta özünəinam kimi xoş hisslər aşılayır.
    [
    Ya da
    [

  4. #4
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Telefonu qulağınıza yapışdırmayın



    Cib telefonu orqanizmə mənfi təsir etdiyi üçün mütəxəssislər telefonu qulağa və ya sifətə yaxın tutmamağı məsləhət görürlər.

    Telefonu sağ qulağa ən azı 15 dərəcəlik bucaq altında yaxınlaşdırmaq lazımdır. Ən yaxşısı isə qulaqlıqla danışmaq məqsədəuyğundur. Bu halda telefonun orqanizmə təsiri 90 faiz azalır.
    [
    Ya da
    [

  5. #5
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Diqqət! Kompyuter sizi tənhalaşdıra bilər

    Diqqət! Kompyuter sizi tənhalaşdıra bilər



    İnternetlə məşğul olaraq keçirdiyiniz vaxtı inkar edib, özünüzü aldadırsınız?

    Yeni tanış olduğunuz insanlara telefon nömrənizlə yanaşı, MSN adresinizi də verirsiniz? Hər hansı bir məlumatı axtararkən, saatlarla başqa elektron səhifələrində ilişib qalırsınız? Deməli, həyəcan siqnalını vermək vaxtıdır.
    Bir cəmiyyət kimi həmişə yol verdiyimiz ümumi bir səhv var: bir məsələyə əvvəlcədən yox, hər şey baş verdikdən sonra müdaxilə etmək... Yəni diş ağzımızda tamamilə çürüyüb bizi ağrıdan çıxılmaz vəziyyətə salmalıdır ki, həkimə müraciət edək.
    Kompyuterin qarşısında oturub az qala fiziki ehtiyaclarını da ödəmək üçün vaxt və ya imkan tapmayan nə qədər insan var. Hətta bir çoxları kompyuterə görə yuxusuna haram qatmaqdan belə çəkinmirlər. Belələrinin işdən və ya məktəbdən evə qayıtdıqdan sonra ilk işi internetə girmək və kompyuterin qarşısından saatlarla qalxmamaq olur.
    Çox vaxt vəziyyət o həddə çatır ki, insan gecə heç yatmadan səhəri gün işə yollanır. Daha sonra həmin şəxsin nələr yaşadığını özünüz təsəvvür edə bilərsiniz. Belələri ailə üzvləri ilə vaxt keçirə bilmədikləri, onlarla maraqlanmadıqları üçün ailədə tez-tez problemlər ortaya çıxır. Hətta baş verənlər boşanmaya qədər aparır və ailələrin dağılmasına səbəb olur.
    Bu cür vərdişi olan insanlar zaman keçdikcə sosial mühitlərindən uzaqlaşaraq öz içlərinə qapanmağa başlayırlar. Dostlarını yada salmadıqları, onlarla əlaqə saxlamadıqları üçün ətraflarındakı insanların sayı bir-bir azalır. Belə şəxslər yaratdıqları tənhalıq dünyasında tək qalırlar və özlərini depressiyanın pəncəsinə atırlar. Təbii ki, baş verənlər bunlarla tamamlanmır. Bu insanlar psixoloji problemlərlə yanaşı, bel və göz ağrıları kimi fiziki problemlərlə də qarşılaşırlar.
    [
    Ya da
    [

  6. #6
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    MP3 dinləyənlər, ehtiyatlı olun!

    Qulaqcıqla uzun müddət və yüksək səslə musiqi dinləmək qulaq üçün ciddi təhlükəyə səbəb olur. Nəticədə insanda karlıq, təzyiqin yüksəlməsi, yuxu pozğunluğu və s. kimi hallar müşahidə olunur. Qeyd edək ki, bu təhlükə cib telefonları vasitəsilə MP3 dinləyənlərdə daha çoxdur.
    [
    Ya da
    [

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Aug 2007
    Mesajlar
    1.565
    hayat zaten başlı başına bi tehlike değilmi zaten.insan mutlu olamadıktan sonra varsın telefonda zarar versin,mp3 te
    İKİNCİ BAHAR YAŞIYOR ÖMRÜM
    GEL BENİM YARİM OLUVER ŞİMDİ
    SENİ GÜL GİBİ ÖPE KOKLAYA
    GÖZÜMDEN DİLİMDEN SAKINIR SAKLAR
    BUGÜN Kİ AKLIMLA SEVERİM ŞİMDİ

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Mar 2007
    Yer
    Frankfurt /D
    Mesajlar
    200

    Mesuliyet

    Özümüze saygi duymuyorsak hic olmazsa etrafimizda yakinlarimiza yani qohumlarimiza, dostlarimiza karsi olan sorumlulugumuzu düsünelim. Can bedende emanet mish, bu emanete hiyanet ve zarar vermek bize yakismaz cunki biz hain deyliiz . Ele insanlar varki herseyleri var ama sagliklarini kaybetmisler.Ne qeder varli olsani xestehane, hekim, derman vs. alabilersiz amma SAGLAMLIK yox! Pulla saglamlik satilmaz... Haminiz saglamliga diqqet ediniz. Allah xestelik ve marazdan korusun
    Hayat üc bucuk ile dört arasindadir; Ya ücbucuk atarsin, Ya da dört dörtlük yasarsin!!
    " Inandigin gibi yasamazsan; yasadigin gibi inanmaya baslarsin ! "
    *Kurtul tesirinden sahte sözlerin,
    Cag idrakinize hasret sizlerin,
    HAQQA kafa tutan beyinsizlerin,
    Ákibeti neymis görme vaktidir !...*

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Mesajlar
    756
    Ya neden en sewdiğimiz şeyler tehlikeli ya :S
    Elif ellerine sağlık bu kadar tehlıkelı oldugunu bılmıyordum
    [

  10. #10
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Benim ölümüm teknolojiden olacak kesin. iki adım ötede bilgisayar açık vaziyette, yastığımın altında cep telefonum, kulağımda mp3 çalarla uyuyorum. bunlar sadece benimkiler bunun dışında bir yığın hayatı kolaylaştıran ölüme yaklaştıran aletin etkisine maruz kalıyorum. Allah taksiratımı affetsin.
    Artık oturup hagi kanserden öleceğimiz üzerine bahse girmeye başlayacaz
    [
    Ya da
    [

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.