Vaxtının çoxunu televizor və kompüter qarşısında keçirən uşaqlarda bel və onurğa problemləri daha çox olur

Kompüterdən mütəmadi olaraq istifadə etmək uşaqlarda ciddi bel problemlərinə səbəb olur. Almaniyanın “Saarland Universiteti”nin keçirdiyi araşdırmaya görə, vaxtının çoxunu televizor və kompüter qarşısında keçirən uşaqlarda bel və onurğa problemləri daha çox olur. 6-17 yaş arası min 600 uşaq arasında keçirilən araşdırma nəticəsində məlum olub ki, uşaqların 40 faizi dik otura bilmir. Bir həftə davam edən araşdırmada uşaqların bütün diqqəti ilə televizora və kompüterə istiqamətlənərək oturmalarına fikir vermədikləri meydana çıxıb. Araşdırmanı keçirən mütəxəssislər valideynləri bu təhlükəyə qarşı diqqətli olmağa çağırıb.