Qocalıq prosesini tamamilə saxlamaq mümkürı deyil. Ancaq bu prosesi müxtəlif yollarla müəyyən müddət saxlamaq mümkündür.
Sağlam həyat tərzi sürmək, alkoqoldan və siqaretdən imtina etmək, dəniz kənarında yaşamaq, torpaqda işləmək (bağçılıqla, bostançılıqia məşğul olmaq) cavan qalmağın yollanndan biridir. Çox zaman insanlar işə və istirahətə düzgün vaxt ayırmırlar. İş və istirahət vaxtı qətiyyətli şəkildə müəyyən edilməlidir. Fiziki hərəkətlər edilməli, cinsi sağlamlıq qorunmalıdır. Vacib amillərdən biri də normal yuxunun olmasıdır. Normaya görə, gecə saat 10-dan gec olmayaraq yatmaq lazımdır. İnsan yaşlandıqca müxtəlif şərtlər altında yaşamalıdır. Belə ki, həyat tərzinə xiisusi diqqət vermək lazımdır. Hər şeyi qəbul etmək arzuolunmazdır. Bəzi hallarda insanlar düşünür ki, sərhədsiz istirahət etmək faydalıdır. Ancaq bu, belə deyil. Bəzi hallarda uzunmüddətli İstirahətlər orqanizmdə bir çox xəstəliklərin meydana çıxmasına səbəb olur. Yaşlandıqca qida rasionunda dəyişikliklər etmək lazımdır. Daha çox bitki yağlarında südlü qidalardan istifadə etmək, ət və iç yağlanm qida rasionundan çıxarmaq lazımdır. Həftədə bir dəfə imalə etmək məsləhət görülür. O cümlədən nanə və çobanyastıcı çaylanndan istifadə faydalıdır. Ayaqları sağlam saxlamaq üçün xanınıalara məsləhət görülür ki, hündürdaban ayaqqabıdan, gözəl olan neylon və ipək corablanndan istifadə etməsinlər. Sağlam və rahat olmaq üçün pambıq corablardan istifadə etmək məsləhət görülür. Əgər siz yorğunsunuzsa, ayaqları 10 dəqiqə dəniz duzu ilə vanna edərək ayaqların altına bir neçə bahş qoyaraq uzanmaq orqanizmin və ayaqların yorğunluğunu götürür. Əgər ayaqlarda ağrı varsa, bir stəkan zeytun yağına 1 çay qaşığı duz əlavə edərək məhlul halına gətirilir və ağrı olan sahəlor bu məhlulla silinir. Sizə təqdim ctdiyimİz resept cavanlaşma üçün en ideal vasitədir. Bu metod orqanizmi yağlardan azad edir, məlum pozuntuların qarşısmı alır, maddələr mübadiləsini yaxşılaşdınr. İnfarkt, stenokardiya, skleroz, iflic, şişlərin əmələ gəlməsinin, başda küyün qarşısını alır, görməni yaxşılaşdırır və beİəliklə, orqanizmi cavaniaşdırır. 350 qram sarımsaq təmizlənərək saxsı qabda əzilir, sonra 200 qram spirt əlavə olunaraq qarışdınlır. Məhlul saxsı qabda ağzı möhkəm bağlanılaraq qaranlıq yerdə on gün saxlanılır. Sonra tənzifden iki-üç dəfə ardıcıl süzülür. Hər gün 50 qram soyuq südə dəyişən miqdarda qatışdırılaraq qəbul edilir.