TƏRƏVƏZLƏRİN ANTİXƏRÇƏNG XÜSUSİYYƏTLƏRİ



Amerika tədqiqatçıları, brüssel kələminin istifadə edilməsinin bədxassəli şiş hüceyrələrinin yaranma ehtimalını azaltdığını tapıblar.

Oriqon Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Linus Polinq İnstitutunun alimləri, gül tərəvəzləri və brüssel kələminin tərkibində sulforafan kimi güclü antixərçəng kimyəvi maddənin olduğunu bildiriblər.

Bu kimi tərəvəzlər, mədə və prostat xərçənginin müalicəsində profilaktik tədbir kimi istifadə edilə bilər.

Xərçəng əleyhinə xüsusiyyətlərə malik olan digər maddə isə antioksidant likopindir. Bu maddə daha çox pomidorlarda olur və ona parlaq qırmızı rəngi verən maddədir. Beta-korotin kimi likopin də A vitaminin sələflərindən sayılır. Ancaq likopinin antioksidant aktivliyi 2.5 dəfə daha çoxdur. Yəni likopin xərçəngin zərərli inkişafını məhv etməyə qadirdir. Buna görə də masamızda pomidorların olması vacibdir.

Bundan başqa alimlər E vitamininin də antioksidant xüsusiyyətlərinə malik olduğunu ixtira etmişlər. Bunun üçün də qreypfrut, manqo, yaşıl salat, qoz-fındıq və zeytun yağının da istifadə edilməsi faydalı sayılır.