Stress və gərginlikdən qaynaqlanan sinir xəstəliklərinin müalicəsində pişikotu kökü, aslanquyruğu, yulaf, çobanyastığı, cökə, nanə əsl şəfa mənbəyidir.
2-3 ədəd acı badam toxumunu yeməklə orqanizmdəki parazitlərin tökülməsinə nail ola bilərsiniz. Lakin çox yedikdə zəhərlənməyə səbəb ola bilər. Parazitləri məhv etmək üçün beşbarmaqotu da gözəl vasitədir. Bunun üçün 4 stəkan suya 50 qram həmin otdan töküb, 10 dəqiqə qaynadın. Gündə 3 dəfə 1 stəkan için.
Qəbizliyi aradan qaldırmaq üçün 20 qram qoz qabığını 4 stəkan suda qaynadın və bu sudan səhər, günorta və axşam 1 qaşıq için.
Ağrını kəsmək üçün kiçik bir ləyənə lazımi qədər xardal tozu və isti su tökün. Ayaqlarınızı bu su ilə vanna edin. Bundan başqa, 100 qram xardal tozunu 50 qrama qədər su ilə qarışdırıb, bədəninizin ağrıyan nahiyəsinə sürtə bilərsiniz. Bunu bir neçə gün təkrar etsəniz, ağrılarınız keçib gedər.
Lavanda çiçəyi ilə hazırladığınız vanna bədəninizə həm gümrahlıq, həm də dərinizə parlaqlıq və təravət gətirəcək. 60-70 qram lavanda çiçəyini 2-3 litr suya əlavə edib, qaynama dərəcəsinədək qızdırın. 10-15 dəqiqə dəmlənməsini gözlədikdən sonra suyunu süzün və vanna edəcəyiniz suya əlavə edin.
Yer imleri