”Bitki tərəvəzlərinin şirəsinin müalicəvi əhəmiyyəti” M . V. Uoker. 1991.
( bu kitab rus dilindən azərbaycan dilinə Bayramova Ülviyyə İsa qızı tərəfindən tərcümə edilmişdir.)
SÜD
Ana südündən başqa bişirilməmiş çiy keçi südünü yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var.Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır.Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür,ancaq əgər zəruridirsə onda çiy bişirilməmiş təzə keçi südü də vermək olar.
Bir dəfə mən bir fakta nəzər saldım.
Mənim dostumun iki aylıq qızı bir yaşına kimi ana südü ilə qidalanıb və bu vaxta kimi o sağlam olub. Sonra ona pasterizə olunmuş keçi südü verdilər və o başladı tez-tez xəstələnməyə: iki gündən sonra qızın burnu axmağa başladı, uşaqda narahatçılıq və əsəbilik başlandı.Atası iki keçi aldı və keçiləri sağdı. Keçinin südünü çiy bişirilməmiş uşağa verdi və uşaqda olan bütün xəstəliklər yox oldu. İndiyədək o uşaq bişirilməmiş keçi südü və kök şirəsi içir.Çiy keçi südü ən təmiz , faydalı ərzaqlardan biridir.İnək südü haqqında onu demək olmaz, çünki o çoxlu selik əmələ gətirir. Təəsüf ki , bəşəriyyət hər zaman lazımi , faydalı ərzaqları qəbul etmir , çünki bu iqtisadiyyatla bağlıdır.Ən yaxşı üsul odur ki, torpaq sahəsi almaq, özün öz istədiyin meyvələri və tərəvəzləri üzvi kübrələrlə becərəsən , bir neçə arı pətəyi ( təknəsi) , 2-3 keçi alasan və sağlam , xoşbəxt və uzun ömürlü yaşayasan.Bu arzunu həyata keçirmək çox asandır əgər insanda həfəs olsa. İndi isə qayıdaq südün keyfiyyətinə. Yuxarıda deyilənlərə
Görə keçi ən təmiz ev heyvanıdır. Onun ifraz edən orqanları ideallığa daha çox yaxındır. Ona görə də keçi südü inək südündən daha çox yaxşıdır.İçki qəbul edən və siqaret çəkən ananın südündən çox üstündür.Keçi heç vaxt vərəm, bruselyoz və başqa xəstəliklərlə xəstələnmir, hansılar ki, bütün inəklərə xasdır. Keçi südünün keyfiyyəti inək südündən çox keyfiyyətlidir.Başqa qidalardan fərqli olaraq keçi südü həmcinsdir.Çox miqdarda niatin və tiamindən ibarətdir. Körpələrdə ishal olan zaman keçi südünün çox böyük faydası var.Bu onunla izah olunur ki, onun tərkibində çoxlu tiamin var. Keçi südünün tərkibində olan tiamin ”B” qruppasından olan vitaminlərdən biridir.Bütün hamının həyatında doğulandan ölənədək baş verən əsas proseslərdə o çox böyük fəaliyyət göstərir.Diqqət , heç bir zaman keçi südünü 47 dərəcə temperaturdan artıq isitməyin .Həddindən artıq qızdırılmış pasterizə olunmuş və yaxud qaynadılmış süd uşağa vermək əvəzinə kanalizasiyaya axıdılmalıdır. Əgər keçilərə belə süd versək onlar 6 aydan artıq yaşamazlar.
Yer imleri