-
XƏBƏRDARLIQ !
Limon şirəsi ilə müalicə olunduqda, yarana bilən kəskin böhran vəziyyatı (ifraz fünksiyaların pozulması, dəridə səpmələr, ürək bulanması, asma, öskürək, ümumi zəiflik, əzginlik hissi) orqanizmin həddindən artıq tez təmizlənməsinin təzahürüdür. Belə hallar adətən orəanizm tərəfdən toksinlərin və zəhərli maddələrin həddindən artıə miədarda xaric etməsi ilə bağlıdır. Təmizləyici sistemlər onları vaxtında xaric etməkdə çətinliklərlə üzləşir. Bu təədirdə vəziyyətdən ən yaxşı çıxış yolu müalicəni təcili tamam dayandirmaə (bütün sitruslardan imtina edərək) və orqanizminizə istirahət vermək məsləhətdir. Başqa bir yol isə aclıq tutmaqdır. əgər biz düzgün həyat tərzinə riayət etsəydik, onda çox tez görərdik ki, sitrus meyvələri orqanizmimiz üçün ən gözəl qidadır. Əgər bizim dərimiz tullantiları lazımi şəkildə xaric edirsə, o onların o miqdarını e’mal etməyə qadirdir ki, onları məhz dəri səthi ilə xaric etmək lazımdır. Əks halda, əgər dəri tullantiları normal şəkildə xaric edə bilmirsə; turşular sitruslarla aktivləşib, böyrəkləri bacardığından artıq çox işləməyə vadar edirlər. Belə halda sitrusların əvəzinə tərəvəz şirələrinəj üstünlük vermək lazımdır. Limon müalicəsinə baslamazdan əvvəl sizin xaric edən orqanlarının hansı vəziyyətdə olduğunu müəyyən etmək lazımdır. O şəxslərə ki, mədələrində normadan artıq turşuluq və orqanizmlərində turşu reaksiyasi müşahidə olunur, müalicəni tərəvəz şirələrindən baslamaq, sonra Uokerin detoksikasiya metodu ilə müalicə olunmaq , və ancaq bundan sonra limon müalicəsinə keçmək lazımdır
-
ÜRƏK –DAMAR XƏSTƏLIKLƏRI
ATEROSKLEROZ
Ateroskleroz - yağ və zülali maddə mübadiləsinin pozulması nəticəsində yaranan xəstəlikdir. Onun əsasında qan damarların isıq yerinin daralması durur. Bu vəziyyət damarların iç səthində yağaoxşar maddələrin (xiisusilə xolesterinin) yığılması zəminində əmələ gəlir. Profilaktik və müalicəvi vasitə kimi xalq təbibləri balın, sarımsağın və limon şirəsinin qanşiğını qəbul etmə-yə məsləhət görürlər. Bu qarışığın hazırlanma üsulu belədir: beş baş sarımsağı əzib sıyıq vəziyyətinə gətirirlər. Alınan mayeni 1 kq bal və 10 orta ölçülü limonun şirəsi ilə qarışdırırlar.
Qəbul üsulu: 4 cay qaşığı miqdarında gündə bir dəfə, tələsmədən ağızda soraraq.
Xırda qan damarların iç səthini bərkitmək və onların elastikliyini artirmaq üçün 1:2:0,5 nisbətində limon şirəsi, bal və günəbaxan yagından düzəldilmiş qarışığı qəbul etməyi məsləhət görülür. Bu «sağlamlıq ab-heybətini» gündə 2 xörək qaşığı miqdarında səhərlər ac qarnına qəbul edirlər. .Giində iki dəymiş qreypfrut meyvəsini yeyərək, siz özünüzün qan damarlarınızı bərkidə və qanın tərkibində olan xolesterinin səviyyəsini azalda bilərsiniz. Bu da ateroskleroza qarşı çox gözəl profilaktik tədbirdir. Hipertoniya ilə müşayiət olunan aterosklerozdan əziyyət çəkdikdə yeməkdən qabaq 250 q qreypfrut şirəsindən qəbul etməklə sağlamliğınıza böyük xidmət göstərə bilərsiniz.
İNFARKT, INSULT
Infarkt - ürək əzələsində baş vermiş qan dövriyyəsinin kəskin pozulmasıdır. Bir qayda olaraq, o tac damarların trombla tutulması ilə bağlıdır. Trombozun nəticəsində qanla təchiz olunmayan ürək əzələsində «nekroz» adlanan ölgünləşmə ocağı yaranır. Bir az sonra əzələ pərdəsi birləşdirici pərdə ilə əvəz olunur. Beləliklə ürəyin üzərində çapıqlar əmələ gəlir.
Insult beyin qan dövriyyəsinin qəflətən və kəskin şəkildə pozulmasına deyilir.
Çox zaman insult qanıın beyinə axması zəminində baş verir. Bunun səbəbi anevrizmdən partlamış arteriya ya arterial təzyiqin kəskin artması ilə bağlı qan damarlarının fəaliyyətinin pozulması ola bilər. Bu qorxulu xəstəliklərin qarşısını aImaq üçün naturopatiya həkimləri hər səhər bir xörək qaşığı çiy quşüzümündən və bir qreypfrut meyvəsini qəbul etməyi məsləhət bilirlər. Bu meyvələrin hər ikisi kalium və S vitamini ilə zəngindir, bunlar da öz növbəsində qan damarlarının istismar keyfiyyətlərinə nəzərə çarpan dərəcədə müsbət təsir edir.
HIPERTONIYA
Limonu və ya portağalı hipertoniya xəstəliyinin başlanğıc mərhələsində qəbul etmək faydalıdır. (Qeyd edək ki, onları qabığla birgə yemək lazımdır.)
1. 3 qabığlı limonu və 5 sarımsağ dişini üçlitrli ballona
doğrayın və ilıq su ilə örtün. Balondakı qarışıq yuxarı
qalxacaq və 2-3 gündən sonra aşağı düşəcək. Indi dərman maddəsi hazırdır.
Qəbul etmə üsulu: səhərlər yarım stəkan miqdarında.
2. Bir stəkan qıtığotu, bir stəkan kök şirəsi, bir stəkan
limon şirəsi və bir stəkan balı qarışdırırlar. (Üyüdülmüş qıtığotunu əvvəlcə 36 saat suda saxlamaq lazımdır).
Qəbul etmə üsulu: gündə 2-3 dəfə yeməzdən bir saat
əvvəl ya da yeməzdən 2-3 saat sonra. Müalicə müddəti - 2 ay.Qarışığı sərin yerdə və bağlı şüşə qabda saxlayırlar.
*İmkan daxilində gündə qreypfrut yeyin. Onların tərki-hində çoxlu kaliy mövcuddur, və bu da sizi hipertoniyadan və insultdan qoruyan əvəzsiz bir vasitədir,
3. 2 xörək qaşığı miqdarında doğranmış (təzə ya qurudulmuş) limon qabığının üstünə 2 stəkan su tökürlər. Sonra bağlı qabda və aşağı alovda 30 dəq. qaynadırlar. Sonra, 10 dəqiqə ərzində soyudub suyunu ayrıca qaba süzürlər.
QəbuJ etmə üsulu: yeməzdən 0, 5 saat əvvəl gündə üç; dəfə 0,5 stəkan miqdarında.
4. Limon ya portağal gabığını bal ilə birə bir nisbətində qarışdırırlar.
Qəbul etmiə üsulu: gündə yeməzdən əvvəl 3 dəfə 1 çay qaşığı.
Məsləhət: Qipertoniklərə sutka ərzində 3-4 dəfə qabığı ilə birikdə yarım limon yemək məsləhət görülür. Məsləhət: Zəif qan-damar sistemi olan qipertoniklərə səhərlər bir çay qaşığı quşüzümü yemək faydalıdır.
HIPOTONIYA
Klimakterik dövrdə qan təzyiqinin aşağı düşməsi halda bu üsuldan istifadə edirlər. Yeməkdən 2 saat sonra aşağıdakı qarışığı qəbul edirlər: 50 q qovurulmuş və üyüdülmüş qəhvə dənəsi, 0,5 kq bal və 1 limonun şirəsi. Qarışığı soyuducuda saxlamaq gərəkdir.
STENOKARDIYA
Qan damarların spazmları nəticəsində yaranan ürək çatışmazlığının kəskin tutmalarna stenokardiya deyilir. Bu spazm halları ürək əzələsinin normal faaliyyəti üçün tələb olunan miqdarda oksigen təchizatını azaldır, və xəstə ürək nahiyəsində daima zəif ağrılar hiss edir. Bu xəstəliyə düçar olan adamın vəziyyətini belə vasitə ilə yüngülləşdirmək olar. 2 ədəd limondan və iki aloye yarpağından sıxılmış şirəni 500 q miqdarında bal ilə qarışdırırlar. Alınan qarışığı soyuducuda bır həftə ərzində ağzı kip bağlanmış qabda saxlayırlar. Qəbul üsulu: gündə üç dəfə, yeməkdən 1 saat qabaq bir xörək qaşığı miqdarında.
Beyinin və ürəyin qan damarlarında olan spazmaları aradan götürmək üçün aşağıdakı qanşığı nıəsləhət edirlər.
Bir baş sarımsağı təmizləyib və əzib şüşə bankaya qoyurlar. Sonra üzərinə bir stəkan günəbaxan yağından töküb bir gecə soyuducuuda saxlayırlar. O biri gün bir limonun şirəsi ilə dolu çay qaşığını xörək qaşıgına töküb həmən qaşığa bir çay qaşığı sarımsağ yağını əlavə edirlər və yavaş-yavaş qarışdırırlar.Qəbul üsulu: gündə üç dəfə yeməkdən 30 dəq. qabaq. Müalicə kursunun müddətİ alınmış nəticədən asılı olaraq 1 aydan iki aya qədərdir.
ÜRƏK ÜSTÜNDƏ ƏMƏLIYYATDAN SONRA
Dünya şöhrətli ürək cərrahı NikoLay Amosov əməliyyatdan sonra ürəyi bərkidən belə qarışığı qəbul etməyə məsləhət göriir. Kişmişdən 1 stəkan, qozdan 1 stəkan, baldan 1 stəkan miqdarında götürüb bir təzə dərilmiş limonun şirəsi ilə qarışdırırlar. Bu qarışığ ürək spazmaları aradan götürür və qan damarlarını genəltmək üçün gözəl vasitədir
-
MƏDƏ -BAĞIRSAQ XƏSTƏLIKLƏRI
BABASIL (HEMORROY)
Babasil xəstəliyinin müalicəsinde ifraz aktından sonra təmizlik tədbirlərinin aparılması çox vacibdir. Əvvəlcə dal keçidin tam dərinliyinə qədər suda yaşlanmış pambıq tamponu ilə təmizləyin. Sonra E vitamini əlavə edilmiş limon şirəsinə təzə tampon batırın və dal keçidin ağrıyan yerlərinə sürtün. Bu əməliyyat bir qədər yandırıcı effektlə miişayiət olunur. Bu da hemorroyun sıxılması ilə bağlıdır.
Sonra yerə oturub yanlarınızın üstündə yeriməyə başlayın, ya da yerə oturub ayağların daban hissəsindən tutub bu yandan o yana yavaş-yavaş yırğalanın. Bu məşq rektal deşiyin yüngül massajına bərabərdir.
Ayrı bir üsul vaxtınıza qənaət edər. Nəqliyyatda hərəkət etdiyiniz zaman nəfəsinizi yığıb saxlayın. Sonra gödəninizi (anusu) bərk sıxıb, 5-ə qədər sayın və bir az hava alıb, boşalın. Bu məşqi bir neçə dəfə təkrar edin.
Bunu gün ərzində bir neçə dəfə təkrar etdikdə, xəstəliyin kəskinləşməsini həmən gün aradan götürmək mümkündür.
Mütəmadi şəkıldə istifadə olunduğda isə bu üsul hemarroyun tamam kəsilməsinə gətirə bilər.
QƏBƏLIK(“ZAPOR”)
Qəbəliyin qarşısını almaq və bağırsaqların daha yaxşı işləməsi üçün səhər ac qarnına və axşam yatmazdan əvvəl 1-2 portağal yeyin.
İşlətmə dərmanı. 2 dilim limon ya portağal, yaxşı yuyulmuş 7 qara gavalı və 4 quru qaysı (ərik) bir dərin boşqabın içinə qoyub, ilıq su ilə ustünü örtürlər. Sonra 1 gün ərzində güniin altında saxlayırlar. 15-30 gün (nəticədən asılı olaraq) bu yeməyi mütəmadi olaraq yenidən hazırlayıb, qəbul edirlər. Ən yaxşı işlətme və bağırsaqları yağlama effektinə nail olmaq üçün bu qarışığı axşam yeyəndə daha heç birşey yeməmək məsləhətdir.
Bu yeməkdən səhər yeməyi kimi də istifadə etmək olar. Yoqların xroniki qəbəliyə qarşı məsləhəti belədir. 60 q
NORMAN UOKERIN DETOKSIKASIYA METODU (ORGANIZMIN ZƏHƏRLI MADDƏLƏRDƏN TƏMIZLƏNMƏSI)
Amerika həkimi Norman Uokerin fərziyyəsinə görə, xəstəliklərin əksəriyyəti və vaxtından əvvəl qocalma prosesləri qeyri-düzgün qidalanma ilə və qəbuledilməz qida qarışıqların istifadəsi ilə bağlıdır. Bu da qalın bağırsağın çirklənməsi və onun normal formasının dəyişməsi ilə nəticələnir.
Orqanizmin təmizlənməsinin bir neçə təsirli üsulu var. Onların arasında ən yaxşı və universal üsul aclıq sayılır. Lakin bu üsulun tətbiq edilməsi həddindən artıq əzablı olduğuna görə Uoker birbaşqa üslub təklif edir.
Orqanizmin sağlamlığının birinci şərti onun tam təmizliyidir. Onun daxilində yiğılmış zərərli maddələr və tullantılar sağalma prosesinə qarşı maneə yaradır. Budur ki, müalicənin birinci mərhələsi bu maddələrin xaric edilməsindən ibarətdir. İnsanın ifrazat orqanları bunlardır: ağ ciyər, təri xaric edən dəri məsamələri, böyrəklər və bağırsaqlar.
Tərləmə tər vəziləri vasitəsi ilə orqanizmdən zərərli toksinlərin (zəhərli maddələrin) xaric edilməsi prosesidir. Böyrəklər həzm və maddələr mübadiləsi məhsullarını xaric edir. Bağırsaq sistemi nəinki qida tullantılarını, həm də insanın fiziki və əqli fəaliyyəti nəticəsində törənən işlənmiş hüceyrə və toxumaları xaric edir. Onların xaric olunması halda zülalın ayrılması baş verir və bu toksimeyiyaya (qanın zəhərlənməsi) ya da asidoza (yüksək turşuluğa) gətirir.
Orqanizmin təmizlənməsi üsullarından biri aşağıdakıdır:
Diqqət! Appendisiti ya da ona meyli olan şəxslərə bu üsulun tədbiqi qəti qadağandır! Bu halda 1-2 həftə gündə 2-3 dəfə imalədən istifadə etmək məsləhət görülür.
Səhərlər ac qarnına 1 stəkan qlauber duzundan (1 stəkan suya 1 xörək qaşığı) içirlər. Su ilıq ya soyuq ola bilər. Bu tədbirin məqsədi bağırsaqları boşaltmaq, və» ondan əlavə, orqanizmin içində olan toksinləri və tullantıları bağırsaq vasitəsi ilə xaric etməkdir.
Bu məhlulun təsiri toksik limfaya və başqa tullantılara iri maqnitin xtrda mismarlara gösterən təsirinə bənzəyir. Beleliklə, tullantılar bağırsağda toplanır və orqanizmdən təkrarlı təmizləməknən bağırsaq vasitəsi ilə xaric edilir. Xaric edilən çirklərin ümumi miqdarı 3-4 litr təşkil edə bilər. Bu əməliyyat orqanizmin susuzlaşma
sına gətirir, və buna görə maye çatmamazlığını ödəmək
zərüriyyəti yaranır.
Bunu belə edirlər. 2 1 suyu (orqanizm tərəfdən daha tez
həzm etmək üçün) 21 təze sıxılmış sitrusların şirəsi ilə
qarışdırırlar və qəbul edirlər. Bu qarışıq qələvi reaksiyaya gətirir.
Sitrus qarışığı belə hazırlanır: 4 iri ya 6 orta qreypfrutun şirəsi, 2 iri ya 3 orta limonun şirəsi, qalam - portağal şirəsi (o miqdarda ki, nəticədə 2 litr sitrus qarışığı əldə ohunsun).
Bu məhlulu qlauber duzun qəbulundan 30 dəqiqə sonra qəbul etməye başlayırlar və mayenin son damcısına qədər 20-30 dəqiqə ərzində içirlər. Təmizləmə vaxtı bütün gün ərzində yemək qəti qadağandır. Lakin əgər aclıq hissinə qarşı dözüm yoxdursa, bir-iki portağal ya qreypfrut yeyirlər ya da onlann şirəsindən içirlər.
Yatmazdan əvvəl l-2,limonun şirəsi ilə qarışmış 21 ilıq su ilə dolu imalədən istifadə edin. Bu imalənin məqsədi qalın və nazik bağırsağ qınşların içində qala bilən tullantıları xaric etməkdir.
Bu detoksikasjya.,adlanan zəhərsizləşdirmə tədbirini 3 gün dalbadal etmək lazımdır. Beləliklə, orqanizmdən 12 l toksik limfa xaric ediləcək. O da həmən həcmdə qələviləşdirən maye ilə əvəz edilir. Bu orqanizmin qələviləşdirilməsinə gətirir. Dördüncü və ondan sonra gələn günlərdə təzə tərəvəz və meyvelərdən hazırlanmış şirələri içirlər. Keçirilmiş tədbiri zaman ya ondan sonra bədəndə fiziki zəiflik hissi yarana bilər. Bunun heç bir narahatlığ üçün əsas yoxdur və ancaq təbiətin orqanizmin enerjisini onun təmizləmlməsinə yönəltməsi ilə bağlıdır. Çox keçmədən siz özünüzü gözləmədiyiniz qədər gumrah və səfərbərli hiss edecəksiniz. Bu da orqanizminizin tam təmizlənmiş hala gəlməsinin ən aşkar göstəricisidir.
BAĞIRSAQ QURDU
Sitrusların (limonun, portağalın və s.) qabığı ağ ət hissəsi ilə birlikdə qələviləşdirici reaksiyaya malikdir.Buna görə o bütün' mikroorqanizmlərin və gelmintlərin
həyati fealliyətinə kəskin və məhvedici təsir göstərir.
1 üsuL Səhər yeməyindən bir saat əvvəl sitrus qabığını (qurumuş ya təzə halında) yaxşı-yaxşı çeynəyin və
udun.
2 üsul. Limonun 2-3 toxumunu toz şəklinə düşənə qə-
dər üyüdün və üstündən ilıq su için.
Qəbul üslubu: yeməkdən 0,5 saat əvvəl, gündə 2-3 də-
fə.
Bıj qurdları məhv etmək üçün hər səhər 1 limonun
üyüdülmüş toxumlarını I çay qaşığı bal ilə qəbul edin
-
ÖD DAŞI XƏSTƏLIYI
Bir stəkan limon və çuğundur şirələrin yarbayar qarışığı öd yoltarını axaclarını təmizləyir. Bu limon turşuları və ödü insan orqanizmindən xaric etmək qabiliyyəti ilə bağlıdır.
Başqa resept: eyni miqdarda balı, zeytun yağını və limon şirəsini qanşdırıb, yatmazdan əvvəl içirlər. Öd axaclarında daşlar mövcud olan halda isə, yeməkdən 30 dəqiqə qabaq yarım qaşıq zeytun yağından başlayıb və yavaş-yavaş yarım stəkana qədər çatdıraraq qəbul edirİər. Bəzi xalqlarda sayılır ki, zeytun yağını və limon şirəsinin qatışığı öddə yaranmış durğunluğunu ləğv etməkdən başqa, daşları və qumu bədəndən xaric edir.
Eyni miqdarda götürulmüş limonun və qara turpun şirəsini və zeytun yağını qarışdırırlar. Bu qarışığı 1-2 ay ərzində səhərlər yeməkdən əvvəl 1 xörək qaşığı miqdarında içirlər.
Rus xalq təbibi Kurennoy tərəfindən işlənmiş öd daşını əridən üsullarından biri də aşağıdakıdır. Ayrı-ayrı içilmiş 200 q zeytun yağı və 200 q limon şirəsi öd kisəsində olan bütün daşları ləğv edir. Buna nail olmaq üçün əvvəlcə müalicənizin gününü (həftənin hansısa bir gününü) təyin edin. Çalışın ki, bu gün duru olmayan ya uzun vaxt həzm edilən yemək yeməyəsiniz. Süddən başqa, hər bir duru maddəni içmək olar. Gündüz saat 12-dən axşam saat 7-də qədər hər bir ağır yemək qadağandır. Yaxşı olar ki, müalicəvi tədbirdən qabaq 1 saat, və onun ərzində 2-3 saat böyrəyinizi qrelka ilə qızdırasınız. Saat 1-də müalicəyə başlamaq olar. Ardıcılıqla və tənəffüs et~ mədən 4 xörək qaşığı zeytun yağı və üstündən 1 xörək qaşığı limon şirəsindən içib, 15 dəqiqədən sonra bu əməliyyatı təkrar edin. Qablardakı qalan mayeləri həmin tərzdə qəbul etməyə davam edin. Axırda isə, zeytun yağı qurtaranda, limon şirəsinin qalığını bir qəbula için. Limon şirəsi yağın üsfünü örtür və miiaİicə vaxtı bəzən baş verən ürək bulanmasının qarşısını alır. Qeyd 1Müalicədən əvvəl qarşınızda saat qoymağı unutmayın, çünki burada hər dəqiqə vacib rol oynayır.
Qeyd 2. Əgər bütün yağ son daıucısına qədər içilibsə, bu müalicə üsulun çoxillik tətbiqin tarixində heç vaxt
müşahidə olunmayıb ki, müalicədən bir neçə gün sonra
öd daşları ağrı verərək xaric edilsin.
Qeyd 3. Əgər öd kisəsi ancaq iltihablanıb və içində daş
yoxdur, onun müalicəsi eyni qalır.
-
BÖYRƏK XƏSTƏLIKLƏRI
Limon şirəsi ilə müalicə xəstəyə tez və aşkar təsir göstərir. Xüsüsilə, bu, pəhrizlə müşayiət olunan hallarda özünü birüzə verir.
Artıq bir neçə gündən sonra böyrəklərin fəaliyyəti güclənir, sidik tündləşir, onun xüsusi çəkisi gözə çarpan dərəcədə artır, və onun daha uzunmüddətli durması zaman sidikdə kərpic rəngli və əsasən sidikturşu duzlardan ibarət olan çöküntülər müşahidə olunmağa başlayır.
Bütün bunlar müalicənin müsbət istiqamətdə hərəkət etdiyini göstərir. Əvvəlcə çökiintülərin miqdarı çox böyük olur və ancaq müalicə kursunun sonunda kifayət qədər azalır. Sidikdə fosfatların artması maddələr mübadiləsi prosesinin güclənməsini göstərir. Müalicənin sonrakı zamanlarında bu çöküntülər də azalır, vaxtaşırı qaib olıır, və axırda tam itir. Sidik kəhraba rəngli və hətta 1 saat ərzində tamamilə şəffaf qalır. Bu da bədənin daxilində artıq sidik turşusunun olmadığını sübut edir. Limonla müalicənin bir əsas və olduqca vacib kömək edici vasitəsi kimi mütəmadi və yärğunluq dərəcəsinə çatmamaq şərti ilə açıq havada piyada gəzintiİər lazımlıdır. Bu halda maddələr mübadiləsi güclənir və sürətlənir.Çünki əzələlərin yığılması bədənin butün toxumalarına masaj kimi təsir göstərir və onları daha intensiv fəaliyyətə vadar edir.Və beləliklə , limon şirəsinin tərkibində olan və sidik turşusunu zərərsizləşdirən kimyavi maddələrin orqanizm tərəfindən daha effektiv həzminə gətirir.
Limon vasitəsi ilə keçirilən müalicə tanınmış amerikalı alimi Xeyqin nəzəriyyəsinin düzgün olduğunu təsdiq edir. Bu nəzəriyyəyə görə, xroniki xəstəliklərin əksəriyyəti bədənin ayrı-ayrı hissələrində həddindən artıq cəmlənmiş və xəstəlik törədən maddələr mübadiləsini məhsullarıdır. Limonla müalicə də bu məhsulların hərəkətə gətirməsi deməkdir. Cəmlənmiş və limon şirəsi ilə əridilmiş sidik turşusu yenidən qana qayıdır və böy rəklər tərəfdən xaric edilir.
Limon müalicəsinin ən faydalı önəmliklərindən birisi də odur ki, o, orqanizmin sidik turşusu ilə zəhərlənən hallarda tez-tez yanaşı təsadüf edən həm ürək çatmamazlığı, həm ürəyin özü mexaniki olaraq müalicə olunurş Sidik turşusundan təmizlənəndə qan və qan təzyiqi azalır, nəbz tezləşir və bu xəstəliklərdən azad olan insan normal və, sözsüz ki, daha xoşbəxt həyat tərzinə qayıtmağa müvəffəq olur.
-
QARACIYƏR XƏSTƏLIKLƏRI
QARACIYƏR XƏSTƏLIKLƏRININ PROFILAKTIKASI
Əvvəlcədən qeyd etmək lazımdır ki, həzm cihazı
(mədə-bağırsaq sistemi) tam təmizlənməmiş, qarın boş-
luğun başqa orqanların təmizlənməsi qeyri-mümkündür.
Odur ki, bu işə başlamadan, əvvəlcə yuxarıda gətirilimiş
Uöker metodu ilə orqanizmi təmizlənmə metodu ilə
diqqətlə tanış olub, tətbiq etmək, və ancaq sonra qaraciyərin və başqa qarın orqanların müalicəsinə keçmək lazımdır.
Qaraciyər xəstəliklərin profilaktikası
Qaraciyər xəstəliklərin qabağını almaq üçün aşağıdakı vasitələrdən istifadə edirlər. Ət maşınından keçirilmiş 2 limonu (qabıqla birlikdə), 50 q sulfat turşululu maqnezium-oksidi və 50 q qlyukozam "Borjomi" mineral suyu ilə qarışdırıb hər gün yeməkdən əvvəl 1 xörək qaşığı miqdarında qəbul edirlər.
Başqa bir üsul. Yanm-litrlik bankaya 2 xörək qaşığı kərə yağı tökürlər. Sonra içinə hərəsindən bir qaşıq miqdarında dəymiş və dəyməmiş limonların şirəsindən və bir əzilmiş sarımsaq dişini atıb, üstünü 250ml isti su ilə alırlar və yaxşı-yaxşı qarışdırırlar. Qəbul üsulu: səhər ac qarnına 0,5 stəkan.
QARACIYƏRIN TƏMIZLƏNMƏSI
Bu proseduru keçirməkdən ötrü sizə 200 q zeytun yağı və 200 ml şirəsi, və alma ya alma şirəsi lazım olacaq. Sonra belə ardıcılıqla aşağıdakı tədbirləri keçirirsiniz.
1-ci gün. Səhər tezdən təmizləyici imalə keçirirsiniz. Bütün gün ərzində özünüzü yeməkdən saxlayıb, istədiyiniz qədər ancaq alma şiresini içisiniz.
2-ci gün. Həmən tədbiri təkrar edirsiniz.
3-cu gün eyni tərzdə davam edirsiniz, lakin təzə alma şirəsini ancaq saat 13-ə qədər içmək olar, çünki insanın 24-saatlaq bioritminə müvafiq olaraq, bu vaxt qaraciyər ən hərəkətsiz fazasını keçir.
Yatağa uzanıb, qaraciyərin yerləşdiyi yerə qrelkanı qoyub hər 15 dəqiqədən bir aşağıdakı qayda ilə yağı və limon şirəsini içirsiniz: 3 xörək qaşığı zeytun yağı, və onu içən kimi, dalınca və eyni miqdarda limon şirəsini içirsiniz. İki saatdan sonra qrelkanı götürün. Adətən şlakların xaric edilməsi sutkada 3 dəfə baş verir. Axırıncı , yəni, üçüncü ifrazatdan sonra bir saat, ya bir saat-yarım keçmiş imalə edə bilərsiniz, sonra ya istədiyiniz meyvə,şırəsi içə, ya da suda bişirilmiş sıyıq ya meyvə yeyə bilərsiniz. Yeməkdən sonra isə bir də imalə etmək lazımdır*
Yuxarıda göstərilmiş prosedurları yerinə yetirdikdən sonra bir həftə ərzində ət məhsullarından tamamiİə imtina edilməlidir. Bağırsaqlar hələ zəhərli şlakları ifraz etməkdə davam edirlər, və çıxan ifirazat açıq rəngli olacaq.
Birinci il ərzində qaraciyərin təmizlənməsini dörd aydan bir, sonra isə ildə bir dəfə keçirmək lazımdır.
XOLESISTIT
1 kq 200 q əncir və 0,5 kq limon (çərdəkləri götüriib) ət maşınından keçirdirlər. Sonra 0,5 kq qlyukoza və 6 xörək qaşığı bal ilə qarışdırırlar. Qəbul üsulu: gündə yeməkdən qabaq 4 xörək qaşığı. Bu resept həm öd kisəsi xəstəliyinə qarşı işlənə bilər.
SARILIQ
1 üsul. Bağayarpağından 1-ci həlimi hazırlayırlar. 200 q
limon şirəsini və 200 q balı bağlı qazanda aşağı alovda
30-40 dəqiqə bişirib, 2-ci həlimi hazırlayırlar. Gündə üç
dəfə yeməkdən 30 dəqiqə qabaq 1 kasa bağayarpağı hə
limindən içib, sonra bir xörək qaşığı miqdarında 2-ci
həlimi qəbul edirlər. Həlimləri soyuducuda saxlamaq lazımdır.
2 üsül. 4 limon şirəsini 4 baş əzilmiş ortahəcmli sa-
rımsağ dişinin suyu ilə qaxışdırırlar, və 1 çay qaşıq miq-
darında yeməkdən 2 saat sonra qəbul edirlər.
Bu həlimi də həmçinin soyuducuda saxlamaq lazımdır.
3 üsuL Qazana 24 ədəd dörd hissəyə kəsilmiş ənciri, 6
ədəd 8 hissəyə kəsilmiş limonu, 1 xörək qaşığı nazik-
nazik doğranmiş ravənd kökünü və yarım çay qaşığı
qovrulmuş zəy atmar. Bu qalağın üstünü örtmək şərti
ilə, çaxır sirkəsi süzüb, 2 gün həlim kimi saxlayırlar.
Qəbul qaydası: gündə 3 dəfə yeməkdən 20 dəqiqə qabaq, 2 tikə encir ve bir kəsik limon yeyirlər. Müalicə-
nin müddəti 24 gündür. 2 həftədən sonra onu təkrar etmək lazımdır.
-
ACLIQ VƏ SAĞLAMLIQ
Komponentlərin fizioloji rolu
Məşhur arqentinalı həkim və alim Serxio Qonsales deyir: "Qəti inanıram ki, insan üçün 120 il yaşamaq heç də bir ağlasığmaz iş deyil və orqanizmin cavanlaşması real bir məqsəddir. Götür-qoy edilmiş və idarə olunan aclıq real vəzifədir."
Alimin fikrinə görə, qocalmanın əsas səbəbi şlakların təsirindən əmələ gəlir və onları bədəndən xaric etmək canlı maşının profılaktikası kimi çıxış edir. O hər ayın 1, 2 və 3 günləri, üç aydan bir - 1 həftə ərzində, ildə isə 2 dəfə aclıq etməyi lazım bilir.
Doktor Qonsales məsləhət edir ki, bu aclığı edəndə suda yayılmış xüsusi antistres preparatından başqa heç nə qəbııl edilməsin. Alimin sözlərinə görə, bu metodla onun xəstələri aterosklerozdan, hipertoniyadan və bəzi mədə-bağırsağ xəstəliklərindən özlərini qurtarmışdılar. Aclıq metodikası ilə tanış olmayan şəxslərə o, üç 3 gündən çox aclıq etmək məsləhət görmür. Antistres preparatın resepti belədir. İnsanın hər bir kiloqram çəkisinə 0,01 yeyinti limon turşusu, 0.01 ml nanə həlimi, 2 q bal və 3ml su götürüb ayırırlar.
Misal üçün, əgər çəkiniz 80 kiloqramdırsa, və siz üç günlük aclıq tutursunuz, onda 0,4 q limon turşusu, 0,4 ml nanə həlimi, 80 q balı və 80 q suyu qarışdırıb və məhlulu uç yerə bölüb, gündə 1 dəfə qəbul edirsiniz.
Komponentlərin fizioloji rolu
Bütün turşulardan ancaq limon turşusu yeganə turşudu ki, orqanizmdə kalsiylə birləşir. Limonturşulu kalsiy əvəzedilməz və həyat qədər əhəmiyyətli qələvi xüsusiyyətlərə malik olan duzdur. Onun ərimə zamanı sümük depolarında cəmlənmiş fosfor və kalsiy azad olunurlar. Adi qidalanma təqdirdə isə fosforun və kalsinin 60% qədər orqanizmdən tranzit yolu ilə xaric olunur .Limon turşusunu daha bir vacib xassəsi var. O həmin nəticəyə gətirməyə qadirdi ki, hansına qidanın həzm prosesi gətirib çıxardır. ATF-lə (adenozinotrifosfor turşusu ilə) birləşərək, məcazi mənada, limon turşusu «yanır» və beləliklə enerjini azad edir. Gördüyünüz kimi, limon turşusunu orqanizmə daxil edərək, biz onun işini yungülləşdiririk və beləliklə qidalanmanın ef fektivliyi gözə çarpan halda artır. yungülləşdiririk və beləliklə qidalanmanın ef fektivliyi gözə çarpan halda artır.Bu o deməkdir ki, əgər siz bal və limon məhlulunu içirsiniz, daha heç bir aclıqdan söz gedə bilməz. Siz əla qida alırsınız və əlavə olaraq özünüzü qidanın həzm prosesindən azad edirsiniz. Bundan başqa, nəzərdən qaçırtmayaq ki, bal bizi fruktoza və bioloji cəhətdən fəal maddələrlə təmin edir.
-
DIABET
Şirə ilə müalicəyə dair hədsiz sayda məlumata malik olan amerikalı həkim Oygen Xoyn o qənayətə gəlib ki, üzüm, soğan, limon, portağal, kərəviz, gicitkən, kahı kimi bitkilər qanın şəkər miqdarını azaldan və sabitləşdirən xüsusi maddələr daşıyırlar.
Diabetin kəskinləşmə zamanı 2-3 gün ərzində tutulan aclıq qanda olan şəkərin miqdarını gözə çarpan şəkildə azaldır. Belə naticəyə qanda normal 14%-dan artıq olan şəkər miqdarını sidiklə bir yerdə xaric edilməklə nail oiunur. Diabet xəstəliyinə düçar olunmuş insanlara şəkər qadağandır. Onlara bədr və Ayın on birinci günü zaman tamam ya qismən (şam yemeyindən imtina edərək) aclıq etməyi məsləhət görürlər. Diabet xəstələrə ən təsirli dərman kimi aşağıdakıları göstərmək olar: qoz, nar şirəsi, üyüdülmüş palıd qozaları, lobya qınları, may ayında yığılmış ot bitkiləri. Ciy palıd qozalarını zəhərli olduğuna görə mütləq qəbuldan qabaq qızartmaq lazımdır.
Limon ağacın təzə dərilmiş yarpaqları, meyvəsinin qabığından hazırlanmış həlim və ümumiyyətlə limon şirəsi və təzə limonlar da şəker xəstəliyə öz faydalı təsirİ ilə məlumdurlar. Həlimi belə hazırlayırlar: Limon qabığının 2 xörək qaşığı miqdarında 2 stakan suda bağlı qabda 30 dəq. qaynadırlar. Sonra odu söndürürlər və 10 dəqiqə ərzində saxlayıb süzürlər.
Qəbul üsulu: Yeməkdən əvvəl gündə 3 dəfə 0,5 stakan limon turşusunun əvəzinə limonlardan da istifadə etmək olar. Sıxılmış orta Iimon şirəsinin tərkibində 10% limon turşusu var. Yəni, 6 giin ərzində və hər 1 kq çəkinizə sizə 0,1 ml limon şirəsi lazım olacaq. Bal isə öz özlüyündə yaxşı müalicəvi qidadır
-
QADIN XƏSTƏLIKLƏRI
İsti vanna qadının birinci düşmənidir. Çünki o qinekoloji xəstəliklərin əmələ gəlməsinə gətirə bilər.
Büzdumün (onurğanın axırıncı fəqərəsinin) zərbə ilə zədələnməsi ya əyilməsi qadınlarda miomaya gətirir. Bu səbəbdən klimkterik dövrü daha tez başlayır. Doğum ağır keçir və xərçəng xəstəliyin yaranması ehtimalı çoxalır. " Qanın mütəmadi xaric edilməsi qadını Yan1 enerjisindən azad edir və In2 enerjisini orqanizmin daxilində qoruyub saxlayır. Yan enerjisindən azad otmaq üçün aybaşından qabaq günlərdə orqanizmi İn enerjisi ilə yüklədən amillərdən qorumaq lazımdır. Beləliklə, hər bir İn enerjisini tərkibində daşıyan ərzaq və maddə (buzlu su , soyuq yeməklər), və saçın yumağı aybaşının gecikməsinə səbəb ola bilər.
Aybaşı zaman və ondan qabaq bərk ağrılar və spazmalar hiss edənlər qadınlar başınağacı saplağından hazırlanmış çaydan içməlidirlər. Daha yaxşı olar ki, buna aybaşını xaric etməsindən bir həftə qabaq başlasınlar. Qırmızı moruğun çayı da həmən təsirə malikdir. Böyük Abu-əl-Sin hamilə qadınlarda toksikozu limon vasitəsi ilə müalicə edirdi. Şərqdən gələn uşaqlığın düşməsi və amenoreyanın müalicə üsulu da məlumdur. 5 çiy yumurta qabığını əzib, 2-3 qabığla birgə xirda-xırda doğranmış ortahəcmli limonlarla qarışdırıb, bir gün qabda saxlayırlar. Sonra yarım litr araq əlavə edirlər. 3-6 ay ərzində gündə 3 dəfə yeməkdən 20 dəqiqə sonra 50 ml qəbul edirlər. Bu resept mədənin də düşməsinə aiddir. Akuşer praktikasında, limonu həmçinin hamililiklə bağlı damarların varikoz şişməsinin və ürək bulanmasının qarşısını almaq üçün də istifadə edirlər.
--------------------------------------------------------------------------------
1 Şərq fəlsəfəsində dünya prosesləri idarə iki ön əsasdan biri, kişi ya aktiv ön əsas
2Qadın ya passiv ön əsas
-
GÖRMƏ , EŞITMƏ , YADDAŞ
Aşağıdakı üsulu tətbiq etdikdə, görmə, eşitmə və yaddaş qabiliyyətini yaxşılaşdırmaq mümkündür.
Bir ay ərzində limonun (qabığla birlikdə) 1/4 hissəsini və ac qarnına 1 qaşıq zeytun yağı qəbul edirlər. İkinci ay gündə bir lobya dənəsi boyda tikə biyan kökü (apteklərdə onu ' lakriçmy koren" adı altında satırlar), 1 çay qaşığı dəniz kələmi tozu, 5 q şam ağacın qatranını ya gündə iki dəfə 1 xörək qaşığı aloye şirəsindən qəbul edirlər.
-
DİŞLƏR
Dişləri təmizləyəndə, diş tozuna ya pastasına bir az xörək sodası və 1-2 damcı limon şirəsi əlavə olunubsa, onların sarıltısını asanlıqla götürmək olar. Əgər dişləri mü təmadi olaraq limon qabığı ilə sürtürlər, dişlər ağ, onların kökü isə bərk olacaq. Suda əridilmiş bir damcı limon şirəsi ilə ağızı yaxalayaraq kariyesə düçar olmuş dişlərə müalicəvi təsir göstərmək olar. Məlumdur ki, bəzi hallarda bu vasitə ilə uzun muddət çəkən mütəmadi diş ağrıları kəsilirdi. Diş xestəliklərin müalicə təcrübəsi göstərir ki, dişlər səhər və axşam limon şirəsi ilə təmizlənsə, bu damağların və dişlərin hər bir xəstəlikdə qorumağına xidmət edir. Ağızdan gələn pis iyi aradan götürmək və iştahanı artırmaq üçün gündə bir çay qaşığı sürtülmüş quru limon qabığının şəkərlə ya bal ilə qəbul edirlər
-
İMMUNITET
İynənin göz tərəfı ilə xəstənin dərisində xətt keçirin. Əgər dəri kapilyarların qısadılması əlaməti olan zərif qırmızı cızığın yerinə ağ cızıq əmələ gəlib itir, bu kapilyarların mənfı reaksiyasının aşkar-aydm işarəsidir..
Bu da insanın həyati qüvvələrinin son dərəcədə tükənməsindən xəbər verir; və ona təcili və uzunmüddətli istirahət etmək məsləhətdir.
İmmun sistemin düşkünlüyü çox zaman psixoqen amillərlə bağlıdır. Infeksiya xəstəliklərinə düçar olduqda insan orqanizminin sümük toxumasında olan kalsium azalır. Bu kalsium çatmamazlığı özünü siimük ağrıları ilə birüzə verir. Belə hallarda orqanizmə təcili yardım gərəkdir. Qələvi reaksiyadan əmələ gəlmiş maddələrdən istifadə etmək məsləhət edilir.
HEPATIT
Hepatit xəstəliyini və həmçinin ciyər sirrozunu və xolesistiti müalicə edən tanınmış üsullarından birisi belədir. 2 qabığı soyulmuş və iki qabığlı limonu ət maşınından keçirdirlər. Alınan maddəni 1 kq bal və 200 ml zeytun yağı ilə qarışdırırlar.
Qəbul etmə üsulu: yeməkdən 30-40 dəqiqə qabaq 1 xörək qaşığı, gündə üç dəfə.
Maddeni soyuducuda və bağlı qabda saxlamaq lazır dır.
BAŞ AĞRISI
Təzə limonunun qabığını ağ hissəsindən təmizləyin və nəm hissəsi ilə gickahınıza basın və bir qədər belə vəziyyətdə saxlayın. Az keçməmiş limon qabığın altmda olan dəri və qaşınma və isinmə hissi verəcək, baş ağnsı isə kəsiləcək
QONOREYA
Qadınlarda qonoreyanın kəskin və xronik formasında limon şirəsini çiləmək vasitəsi ilə keçirirlər. Eyni zamanda limon şirəsini aclıqla müşayiət edərək içmək də məsləhətdir
GÖBƏLƏK
Naringi şirəsini təkrar-təkrar sürtməklə göbələk xəstəliyinə düçar olmuş dərini sağaldır.Limon şirəsində yaşlanmış tampon ya kompress sürtmə yolu ilə göbələk xəstəliyinə düçar olmuş dərini və xalların müalicəsi üçün tətbiq olunur.
NƏFƏS ORQANLARININ XƏSTƏLIKLƏRI
BRONXIT
Bronxların silikli qişasında əmələ gələn iltihablanma prosesinə bronxit deyilir. Bu xəstəlik adətən öskürək ilə müşayiət olunur.
Xəstəlik başlananda, Öskürək quru və hürücüdür. Xəstəliyin sonunda isə yaşlı və balğamlı olur. Bronxit 2 cürə olur - xroniki və kəskin. Xroniki bronxit bir neçə səbəb üzündən əmələ gələ bilər. Məsələn, o ətraf mühitin pis ekoloji vəziyyəti ilə bağlı ola bilər. tstehsalatda bronxlara daimi zəhərli qazların təsirindən ya da tutün çəkmeyin üzündən də bu bronxitlə xəstələnmək olar. '
İnfeksiya ilə bağlı və orqanizmin həddindən artıq soyutmasından əmələ gələn bronxitə kəskin bronxit deyirlər. Xalq təbabətinə məlum və bu xəstəliyin hər iki formasını müalicə edən bəzi vasitələri bunlardır.
1. İki baş sarımsaq və 5 limonu sürtgəcdə sürtürlər
üstünü 1 l qaynadılmış su ilə atırlar. Sonra 5 gün ərzində
bağlı qabda sərin və işıqsız yerdə saxlayıb, süzürlər
sıxırlar.
Qəbul üsulu: yeməkdən 20 dəq. qabaq, 1 xörək qaşığı miqdarında, gündə 2 dəfə
2. Qabığı ilə birlikdə 5 limonu sürtgəcdə sürtüb sıyıq hala salırlar və 4 baş sarımsağdan düzəldilmiş sıyıqla qarışdırırlar. Qarışığı 1 l qaynadılmış və ilıq suda yayırlar beş gün ərzində sərin və işıqsız yerdə bağlı qabda mütəmadi olaraq sirkələyərək saxlayırlar. Sonra həlimi süzürlər. Bu vasıtə yaxşı çəkmə qabiliyyətinə malikdir
Qəbul üsulu: gündə yeməkdən 20 dəq. qabaq 1 xörək
qaşığı miqdarında 3 dəfə.
ASTMA
Bronxial astmadan əzab çəkənlərə belə müalicəvi vasitə məsləhət görülür. 3 limonun şirəsini 100 q sürtülmüş qıtığ otunun kökü ilə qanşdırırlar. Bu dərmanı qəbul edəndən sonra yarım saat nə yemək, nə içmək olar
Qəbul üsulu: gündə 2 dəfə (səhər və günortadan sonra 1 çay qaşığı miqdannda.
QRIP
Qripin profilaktikası üçün aşağıdakı qarışığdan istifadə edirlər: 2 limonu və 2 sarımsaq dişini sürtgəcdə sürtürlər. Alınan maddəni qarışdırıb 1l qaynanmış və soyudulmuş suda yayırlar. Alınmış məhlulu qaranlıq yerdə otaq temperaturunda 3 gün saxlayıb, süzürlər.
Qəbul üslubu: ac qarnına gündə 1 xorək qaşığı. Məhlulu soyuducuda saxlamağı unutmayın.
Qriplə xəstələnəndə öz vəziyyətinizi aşağıdakı üsulla yüngülləşdirə bilərsiniz. Bunun üçün qaynayan suya limoıı şirəsi, bir az duz, evkalipt yarpaqları ya evkalipt yağı atırlar. Stəkana töküb, qarışığı çənənizin səviyyəsindən bir az aşağı tutaraq və burun deşikləri növbə ilə tutub-dəyişərək dərin nəfəs alın. Əgər burun deşiyi bağ-lıdır, ona uyğun olan böyrünüzə uzanın. Çox keçmədən deşik açılacaq.
Yatmazdan əvvəl isə bir çay qaşığı bal və limon şirəsindən için.
-
VƏZILƏR
TÜPÜRCƏK VƏZILƏRININ XƏSTƏLIKLƏRI
1 çay qaşığı limon şirəsindən 1 stəkan qaynanmış sərin suya atıb qarışdırırlar. Qarışığı ağıza alıb və isinənə qədər saxlayırlar. Sonra tüpürüb, ağızı boşaldırlar. Bu tədbiri gündə 4-5 dəfə təkrar edirlər. İki-üç gündən sonra vəzilər işləməyə başlayacaqlar. Çox adamların ikilənmiş çənəsi olur. Bu da mədə-bağırsağ yolunun xəstə və çirklənmiş hala düşməsinin işarəsidir. Çünki leykositlər orqanizmin təmizləmə işlərində maneə ilə qarşılaşır və zərərli maddələri vaxtında xaric etməkdə ləngiyirlər. Bu həmən səbəbdir ki, çənənin altında olan iki vəzinin gözə çarpan şəkildə böyüməsinə gətirir.
DƏRİNİN TƏRLƏMƏSİ
Limon şirəsi, xüsusilə ayağların barmağarası dərinin üfunətli tərləməsini də aradan götürür. Bu məqsədlə yatmazdan əvvəl ayağ barmağlarını ilıq su ilə bir-bir yuyub, limon kəsikləri ilə sürtürlər və quruyana qədər gözləyirlər. Gündüz isə barmaqların arasında nazik tibbi pambıq parçalan gəzdirirlər. Bir həftə ərzində müsbət nəticənin şahidi olacağsız.
SAÇ XƏSTƏLIKLƏRI
Saçların düşməsi adətən dəridə yaşayan bakteriyaların fəaliyyəti ilə bağlıdır. Limon şirəsinin bu xəstəliyə qarşı təsiri gözə çarpır. Baş kəpəyini xaric etmək və saçların tökülməsini aradan götürmək üçün baş dərisini limonun kəsikləri ilə sürtmək lazımdır. Baş qaşınrnasını isə kəsmək üçün bunu bir neçə dəfə etmək kifayətdir.
Daha bir üsul. Gündə birdəfə 1 litr ihq suya 2 çay qaşığı limon şjrəsi qatıb saçları bir neçə dəfə yuyurlar.
LIMON VƏ KOSMETIKA
ƏLLƏR
İlin soyuq vaxtlarında tez-tez əl dərisinin çatlanması baş verir. Burada yenə də limonun müalicəvi keyfiyyətləri köməyə gəlir. O, dərini yumşaldır, dırnaqlara isə xüsusi bir parıltı verir. Aşkar olunub ki, əgər kimsə limon şirəsindən daxili müalicəvi vasitə kimi istifadə edib və onun müalicəyə qədər dərisində ya üzündə çil var idi, müalicənin sonunda həmin çillər yox olurdu.
Həmçinin, çilləri yox etmək üçün limon şirəsini xarici vasitə kimi də işlətmək mümkündür. Keçmiş zamanlardan məlumdur ki, limon cəfərin kökündən düzəldilmiş qatı həlimə əlavə olunmuş limon şirəsi dərini ağartmağa qabildir. Qabarların və ziyillərin limonla müalicəsi eynidir. Yamazdan əvvəl, bir limon dilimini qabarın ya ziyilin üstünə qoyurlar və bir temiz əskiylə Örtüb, rezin sapıyla yerində bərkidirlər. Səhərə qədər o, o qədər yumşalacaq ki, qabarı ya ziyili heç bir əziyyət çəkmədən yox etmək olar.
DIRNAQLAR
Zəif və tez qırılan dırnaqları möhkəmləşdirmək üsul belədir. Nəlbəkiyə ya başqa bir kiçik qaba bir az isidilmiş bitki yağından tökürlər. Ona 3 damcı limon şirəsindən əlavə edib qarışdırırlar. Sonra dırnaqları içinə salırlar və 5 dəqiqə saxlayıb, çıxardırlar və salfet kağızı ilə silirlər. Bunu edib bir neçə saat ərzində əlləri vurmaqdan çəkinmək lazımdır.
-
QADINLARA BƏZİ MƏSLƏHƏTLƏR
Yüz illər boyu hər eldə-obada hamilə qadının doğuşuna kömək edən və bir sıra qadın xəstəliklərinin müalicə edilməsilə məşğul olan xalq təbabətinin bir çox sirlərini bilən «mamaça qadın»lar fəaliyyət göstərmişlərlər. Dəfələrlə sınaqdan çıxarılmış və necə deyərlər həyat vəsiqəsi almış müalicə üsullarının əksəriyyəti bu gün də öz əhəmiyyətini itirməmişdir. Bunu faydalı hesab edərək bir çox qadın xəstəliklərinin təbii vasitələrlə müalicə üsullarını nəzərinizə çatdırırıq.
***
İki xörək qaşığı miqdarında evkalipt yarpağını qurudub xırda-xırda doğrayın, sonra emallı qazana töküb üzərinə 1 stəkan qaynar su əlavə edərək su hamamında 15 dəqiqə qızdırın. Otaq şəraitində 45 dəqiqə saxlayın. İki qat tənzifdən süzün. Qadın cinsi orqanında soyuqdəymə və iltihab varsa bu dəmləmə ilə cinsi orqanı yumaq, yaxud tampon qoymaqla xəstəliyi yox etmək olar.
***
Yumurtalığın iltihabı zamanı xəstə mümkün qədər çiy və bişmiş halda çoxlu -boranı (balqabaq) yeməli dir. Boranını xırdalayıb, döyüb, sıxıb şirəsini çıxarmaq və bacardıqca çox içmək xüsusilə faydalıdır. Əgər iltihab nəticəsində küclü qanaxma varsa onda quşəppəyi bitkisindən istifadə edilməlidir. Bir qaşıq xırda doğranmış quşəppəyini bir sləkan qaynar suda dəmləyib isti halda birdən içmək lazımdır. Müalicə dövründə cinsi əlaqəyə girmək olmaz.
***
Bəzi səbəblərdən qadının uşaqlığında qaşınma əmələ gəlir. Bu xəstəliyi aradan qaldırmaq üçün belə bir qarışıq hazırlamaq tövsiyyə olunur. Nanənin yar paqlarından, narın qabığından və döyülmüş mərci dən eyni miqdarda götürün, emallı qaba tökün, üzərinə meyvə şərabı əlavə edin və vam odda bişirin, sonra tənzifdən keçirin. Alınan qarışıqda pambıq və ya təmiz tənzifi yaxşıca isladın və cinsi orqana tampon qoyun
-
Qaşınma zamanı belə bir müalicə xeyirlidir. Eyni miqdarda limon və naringi tumunu götürün, onu qı zmar dəmir parçasının üstünə tökün. Tumlar yananda həmin dəmir parçasının üstünə çömbəlin, cinsi orqanı həmin tüstüyə verin. Bir neçə dəfə belə edin qaşınma dəf olunacaqdır.
***
Bəzi qadınların uşaqlığından yumurta ağına bənzər ağ maye gəlir. Bu müxtəlif səbəblərdən əmalə gələ bilər, Bu halı aradan qaldırmaq üçün qadınlar 1 xö rək qaşığı zəyi 1 stəkan suda həll edib, şırınqa ilə özlərini yumalıdırlar. Bundan əlavə boymadərən çi çəyi və çöl çiçəyinin kökünü (xırdalanmış halda) bə rabər miqdarda götürüb qarışdırmalı, I xörək qaşığını I stəkan qaynar suda dəmləməli və gündə 3 stəkan içməlidirlər.
***
Daha bir üsul, şam ağacının iynələrindən alınan həlimlə vanna qəbul etməkdir, Şam ağacının iynələ rini döyüb, ondan yarım kq. götürüb 2 litr suda yarım saat qaynadırlar, qazanı ağzı bağlı halda 15 dəqiqə saxlayıb sonra tənzif torbadan süzürlər. Həlimi isti su ilə doldurulmuş vannaya töküb qarışdırır xılt olan tənzif torbanı isə vannaya atırlar. Bundan sonra 15—20 dəqiqə vanna qəbul edirlər.
***
Palıd ağacının xırda köklərini qaynar suda dəmə qoyub sonra süzüb və alınan həlimlə gündə 2 dəfə cinsi orqanı yumaq da xeyirlidir. Müalicə müddətində əlaqə dayandırılmalıdır.
***
Çətin doğuşdan sonra bəzi hallarda qadınların ayaq damarları partlayır. Gücə düşmə nəticəsində damarların partlaması onlara əziyyət verir. Bu halı aradan qaldırmaq üçün çaytikanı şirəsindən istifadə edilməlidir. Çaytikanı meyvələrini təmiz yuyub ət ma-şınından keçirməli, tənzifin arasına yığıb, sıxıb şirəsi çıxarılmalıdır. Həmin şirə damarlar partlayan nahiyəyə sürtülməli və tənziflə sarınmalıdır.
Uşaqlıq qanaxmaları ara vermirsə qırxbuğumdan istifadə etmək məsləhətdir. Onun qurudulmuş yerüstü hissəsindən 20 qr. götürüb bir stəkan qaynar suda 15 dəqiqə dəmləyib süzün, gün ərzində bir neçə dəfə yarım stəkan miqdarında için.
***
Quşəppəyi də bu cəhətdən xeyirlidir. Onun tərkibində «K» vitamini vardır. Buna görə də o qankəsici təsirə malikdir. Xalq təbabətində quşəppəyinin qurudulmuş yerüstü hissəsindən həlim hazırlanır qan kəsici kimi tətbiq edilir.
***
Bağayarpağı da uşaqlıq qanaxmalarında mühüm rol oynayır. Bunun üçün böyük bağayarpağının yerüstü hissəsindən (təzə halda) 20 qr. götürüb bir stəkan qaynar suda dəmləyib içmək və həmin dəmləmədən uşaqlığa yeritmək lazımdır.
Böyük bağayarpağı həmçinin xroniki qanaxmalarda xeyirlidir. Onu çay kimi dəmləyib gündə bir neçə dəfə içmək faydalıdır. Bu çəhətdən böyük bağayarpağı həlimini ( bərabər miqdarda) sirkə ilə, qarışdırmaq içmək də məsləhət görülür.
***
Bəzi hallarda aybaşı zamanı qan çox axır. Mamaçalar bu vəziyyəti aradan qaldırmaq üçün düyünü qovurub üyütməyi və turş ayranla içməyi qadınlara tövsiyyə edirlər.
***
Güclü aybaşı zamanı bir qədər cəfəri kökünü doğrayıb cövhərini çəkib 2 stəkan isti halda bir-birinin ardınca (su içən kimi) içmək lazımdır.
Ləng gedən aybaşını normallaşdırmaq üçün xardal (bir vannaya 100 qr. quru xardal töküb qarışdırmalı) vannası qəbul etmək məsləhət görülür.
***
Aybaşından sonra qanaxma halları da baş verə bilər. Bu zaman mamaçalar belə bir müalicəni sınaqdan çıxarıblar. Bir parça dəmiri qızarana qədər qızdırıb qabın içinə bir qədər süd tökərək qızarmış dəmiri südün içinə salmışlar (yəni dağlamışlar). Dovşandodağı bitkisinin quru çiçəklərindən dəmləmə hazırlayaraq həmin dəmləmə ilə darlanmış südün 100 qr. Içməyi məsləhət bilmişlər.
***
Bu cəhətdən eyni miqdarda limon və naringi şirə-sini vam odda qatılaşanadək qaynadıb, gündə bir neçə dəfə içmək də yaxşı nəticə verir.
***
Eyni miqdarda sumax, heyva dilimləri və tumu çı~ xarılmış ərəb xurmasının qarışığından həlim də aybaşından sonrakı qanaxmaya xeyirlidir. Gün ərzin-də 4—5 dəfə içmək lazımdır
Əziyyət verən düzgün keçməyən aybaşı zamanı rus turkəçarəçiləri belə mualicədən istifadə edirlər. Bir xörək qaşığı qatırquyruğunu çaynikdə dəmləməli. Güclü qanaxma zamanı ondan hər 2 saatdan bir xörək qaşığı ilə içməli, əgər qanaxma nisbətən azalsa, onda həmin dəmləmədən gündə 3 dəfə, hər dəfədə bir xörək qaşığı qəbul etmək lazımdır.
***
Bəzi qızlar bakirəliyini itirəndə güclü ağrılara və halsızlığa məruz qalırlar. Mamaçalar belə halda iri ləyənə yaxud kiçik vannaya zeytun yağı ilə şərabın qarışığını töküb, ağrıdan əzab çəkənə kömək edirlər.
***
Qadınların bəziləri müvəqqəti olaraq uşağa qalmaq istəmir. Əgər o 3 -qr. zəfəran yesə 6-7 ay hamiləlikdən xilas olar.
***
Muxtəlif səbəblər üzündən bəzi qadınlar bətnindəki uşağı saldırmaq istəyir. Buna nail olmaq üçün qadın 2,5 qr. Çörək otu qəbul etməlidir. Bununla da o çox asanlıqla hamiləlikdən (istər uşaq diri olsun, istərsə də ölü) xilas olar
Uşağın salınmasında təsirli vasitələrdən biri buxurməryəm ( novruz gülü ) bitkisidir.Bu çiçəyin şirəsini çəkib iri bir parçaya hopdurub qadının qarnına bağlayırlar. Bununla bərabər bir parça pambığı həmin şirədə isladıb qadının cinsiyyət orqanına salırlar.
***
Çin darçınını boyaq otu ilə qarışdırıb (bərabər miqdarda) şirəsini çəkirlər, Həmin şirə ilə tampon hazırlayıb qadının cinsi orqanına qoyurlar. Bu da hamilə qadının uşaq salmasına səbəb olur.
***
Acı yovşandan həlim hazırlasan həmin həlimi hamilə qadının cinsi orqanına töksən uşaq salar.
***
Bir qədər gənəgerçək yağını ardıc qozaları ilə
(döyülmüş halda) qarışdırıb alınan məlhəmi qadının cinsi orqanına yeritsən bətnindəki uşaq düşər.
***
Vaxtından əvvəl uşaq salmanın qarşısını almaq üçün hamilə qadın bir müddət hər gün bir dəfə sarımsaq qatıqla kərə yağda qovrulmuş pencər sıxması yeməlidir
Zəngin təcrübəyə malik olan mamaçalar müəyyən əla-mətlərlə ananın bətnindəki uşağın oğlan və ya qızlığını müəyyən edirlərmiş. Məsələn, hamilə qadının qarnının şişkinliyi yanlara yayılırsa deməli uşaq qızdır, əkər şişkinlik irəli (qabağa) doğru meyillidirsə oğlandır.
***
Əgər qadın hamilə olanda cinsi əlaqəyə girməyə çox meyl göstərirsə bu o deməkdir ki, bətnindəki qız uşağıdır, az meyllidirsə onda oğlan uşağıdır.
***
Mamaçalar hamilə qadının döşündən bir az süd sağıb onu boşqabın içindəki suya tökürlərmiş. Əgər süd qabın dibinə çökərsə deməli qıza hamilədir. ,Yox əgər süd suyun üstündə qalsa bətnindəki oğlandır.
***
Hamilə qadın qarnının ağarlığını sağ tərəfdə hiss edərsə bu o deməkdir ki, oğlan doğacaq. Çünki oğlan uşağı əsasən sağ tərəfdə yerləşməyə meyllidir.
***
Oğlana hamilə olan ananın sol döşünə nisbətən əvvəlcə sağ döşü böyüməyə, şişməyə başlayır.
***
Bətnində rüşeym olan qadınların qız və ya oğlan doğacaqlarını nəbz vurğuları ilə də müəyyən etmək olar. Əgər hamilə qadının nəbzi sağ tərəfdə (sola nisbətən) tez-tez vurursa deməli oğlan doğacaqdır.
***
Əgər hamilə qadının ayaqlarında tez-tez şiş əmələ gəlirsə bu onun əlamətidir ki, bətnindəki qızdır.
***
Qadın hamiləlik vaxtını düzgün bilirsə o bətnindəkinin oğlanlığı və ya qızlığını özü müəyyənləşdirə bilər . Çünki oğlan ana bətnində 3 aydan sonra, qız isə 4 aydan sonra tərpənməyə başlayır.
***
Əgər hamilə qadın bir şey götürmək istəyəndə sağ əlini uzadırsa yaxud bir qədər ayaq üstə dayanandan sonra hərəkət etməyə başlayanda əvvəlcə sağ ayağını atarsa bu əlamətlər ona dəlalət eləyir ki , ananın oğlu olacaqdır.
***
Hamilə qadınlar cirəni bişirib şəkərlə yesələr üzləri yaxşılaşar.
***
Xalq təbibləri buyururlar ki, dazı otundan çəkilən yağ doğuşdan sonra qadınların döşündə əmələ gələn vəz şişlərini aradan qaldırmaq gücünə malikdir.
-
Sağlamlıq haqqında çox gözel meslehetler paylaşıbsınız. Çox sağolun! Sağlamlıq hamımız üçün çox önemlidi.
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.