Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Əllər gözəllik nişanəsidir

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Əllər gözəllik nişanəsidir

    Saç, üz və gözlər kimi, əllər də gözəllik nişanəsidir və onlar da qulluq tələb edir. Keyfiyyətsiz təmizlik vasitələri (məsələn, yuyucu tozlar, sabunlar və s.), həmçinin günəşin mənfi şüaları əllərə də təsirsiz ötüşmür.

    Lakin bitki yağları əllərdə yaranan bu çatışmazlığı aradan qaldırır. Portağal, buğda və çobanyastığı kimi bitkilər dərinin təzələnməsində, təravətli olmasında əsas rol oynayır. Yaşlanmanı ləngitmək, ləkələrlə vidalaşmaq və beləliklə də, əllərə zəriflik və təravət vermək üçün bitki yağlarından və kremlərdən istifadə etmək olar. Bu yağlar həm də dırnaqları möhkəmləndirir. Kremi əllərə həftədə üç dəfə və gecələr sürtmək məsləhətdir. Çünki dəridəki hüceyrələr həmin saatlarda yenilənir. Kremi əlinizə sürtün və pambıq əlcək geyib yatın. Əllərinizi kremləyərkən mütləq ovun. Dırnağın altına da krem çəkməyi unutmayın.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.