Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Körpənin sağlam inkişafı üçün yuxu rejimi vacibdir

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Körpənin sağlam inkişafı üçün yuxu rejimi vacibdir

    Ailənin gələcək davamçısı sayılan məsum, kövrək körpənin qayğısını çəkmək, onu fiziki-mənəvi baxımdan sağlam, gözəl böyütmək hər bir valideynin arzusu, borcudur. Körpəni doğru-düzgün qidalanmasına, geyiminə diqqət yetirməklə yanaşı, onun yuxusuna da fikir vermək lazımdır.

    Körpə baxımının, bəlkə də, ən çətin tərəflərindən biri onun yuxusunu nizamlamaq, daha doğrusu, rejimə salmaqdır. Körpənin inkişafı üçün harada, hansı tərəfə yatması, yuxu müddətinin nə qədər olması çox əhəmiyyətlidir. Körpəni doğru yuxu vərdişlərinə erkən vaxtlardan alışdırmaq vacibdir. Çünki onlar günün çox hissəsini yuxuda keçirirlər.

    İlk aylarda körpənin yatağını yaxınınıza qoya, sonra isə öz otağına apara bilərsiniz.

    Körpənin yataq dəsti yatağa uyğun ölçüdə, sərt və asan təmizlənən olmalıdır. Yatarkən körpənin nəfəs almasına mane olan yorğan, yastıq, yataq örtüsü varsa, yataqda saxlamayın. Körpəni kürəyi üstə yatırdın. Otağın temperaturu 18-20 dərəcə olsa, kifayətdir. Adyalı onun üzərinə çiyninə qədər elə çəkmək lazımdır ki, üzünü örtməsin.

    Körpə südəmərdirsə, qidalanan zaman yuxuya getsə, astaca götürüb yuxulu halda yatağına uzadın, üstünü örtüb, dərin yuxuya getməsini gözləyin.

    Onu da deyək ki, yeni doğulan körpə günün 17 saatını yuxuda keçirir (gündüz 8, gecə 9 saata qədər). İkiaylıq körpədə bu 3-4 saat gündüz, 12 saat gecə olmaqla, 15-16 saat olur.
    Zaman

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.