Tenhaligi insan ozu ozune yaradir. Allah insani yaradir. Etrafinda canlis-cansiz milyonlar var. Sadece heyatda her seyden zovq almagi bacarmalisan.
1. İlk əvvəl tənha olduğunuzu, təklikdən əziyyət cəkdiyinizi etiraf edin. Düşdüyünüz vəziyyətdən baş cıxarmağı, hadisələri öz adı ilə cağırmağı bacarın. Maska taxıb, gizlənməyin. Hər gün öz-özünüzə deyin: «Hə, mən tənhayam. Amma bunu düzəldə bilərəm. Daha tənha olmayacağam».
2. Hec kimi günahlandırmayın: nə özünüzü, nə valideynlərinizi, nə həyat yoldaşınızı, nə keçmiş sevgililərinizi, nə də qohum-qonşunu. Kimisə günahlandırmaq insanda neqativ hissləri çoxaldır və ona yeni işlərə başlamaqda mane olur.
3. İnsanlar arasında çox olun, teatr, kino, sərgi və konsertlərə gedin. Axşam saatlarında adam cox olan yerlərdə gəzişin. Dəvət olunduğunuz və hətta imkan daxilində dəvət almadığınız yerlərə də gedin.
4. Köhnə dostlarınızı və iş yoldaşlarınızı axtarıb, əlaqə yaradın.
5. Hansısa dərnəyə, idman növünə, ingilis dili kurslarına yazılın.
6. Bir dəftər ayırın və orada həftəlik planınızı işləri yazın: hara gedə bilərsiz, neçə nəfərlə ünsiyyət qura bilərsiz, kimləri qonaq cağıra bilərsiniz və s.
7. «Mən insanları tanıyıram» adlı siyahı tutun. Burada isə bu vaxta qədər tanıdığınız, amma xoşunuza gəlməyən insanlar haqda yeni fikirlər yazın. 3-4 nəfəri seçib, müşahidə aparın və onların müsbət cəhətlərini tapmağa çalışın.
8. Daha bir siyahını isə özünüz ücün tutun: burada sizi tənhalığa sürükləyən səbəbləri, xarakterinizdə çatışmayan məqamları qeyd edin. Onlardan xilas olmaq ücün planlar qurun.
9. Axşamlar telefonla danışıb, ürəyinizdəkiləri bölüşə biləcəyiniz bir insan tapın. İnternetdən istifadə etməyi öyrənin.
10. Səhhətiniz imkan verirsə şirniyyat, xüsusən də şokolad yeyin.
11. Hər gün lətifə kitabı oxuyun və ya komedik filmə baxın. Kimsə hardasa səni gözləyir. Əgər O sənə tərəf gəlmirsə, sən ona tərəf get!
Tenhaligi insan ozu ozune yaradir. Allah insani yaradir. Etrafinda canlis-cansiz milyonlar var. Sadece heyatda her seyden zovq almagi bacarmalisan.
Sebuhi M. Yasifoglu/SMY_Production
Yer imleri