[imghttp://qadinklubu.az/upload/Image/vizual.jpg][/img]

Əgər kişidən istədiyinizi almaq istəyirtsinizsə onunla eyni dildə danışmalı olacaqsınız. Lakin heç də doğma dilinizi mükəmməl bilmə və ya ingilis dilinə yiyələnmə sizə kifayət etməyəcək.
Üç tip kişi mövcuddur: vizual (görən), eşidən və emosional. Bu fikri Treysi Kebbot - “Ailədə sevgini necə qorumalı” kitabının müəllifi deyir. Bu tiplərdən hər biri ilə ona aydın olan dildə danışmaq lazımdır. O zaman sizə qarşı olan münasibət dəyişəcək. Ən geniş yayılmış kişi tipi isə vizualdır. İlk yazımız da bu tip haqda olacaq.

Vizual kişi: xasiyyətnamə

Vizual kişilər adətən çox hərəkətli olur. O hər zaman məşğuldur. Bu tip insanlarda adətən enerji həddini aşır. Onları bəzən işgüzar adlandırırlar. O informasiyanı gözləri ilə qavrayır və daha çox şey görməyə çalışır. Əgər maraqlı nəsə görürlərsə özlərini xoşbəxt hiss edirlər. Obyektlərin görünüşünü təsvir etməyi çox xoşlayırlar.

Geyimini xırdalıqlarına qədər düşünür, çünki xarici görkəmi onun üçün çox önəmlidir. Onun əşyaları ideal şəraitdə saxlanəımalı və daim göz qabağında olmalıdır. Vizual insan yüksək təşkilatçılığı ilə seçilir. Səliqəsizlik və xaos onu qıcıqlandırır. Bəzən bu cür insanı inadkar, tərs hesab edirlər, çünki o mükəmməlliyə can atır Lakin bu cür insanlar bəzən çox üzüyola olurlar, sadəcə onların dilini tapmaq lazımdır.
Ehtiyatlı olun, emosiya və səslər!
1. Həddən artıq səs-küy, məsələn: yüksək səsli musiqi və ya arasıkəsilməz boşboğazlıq bu insanlarda depressiya yarada bilər. Hətta onları qıcıqlandırır. Dolğun məzmunlu və dinamik filmlərə üstünlük verir. Uzun sürən danışıqlar onları əsəbiləşdirir.
2. Öz həyəcan və hisslərini başqaları ilə bölüşməkdə çətinlik çəkir. O, nə hissiyatsız, nə də düşündüyünüz qədər soyuq təbiətli deyil, sadəcə özünə qapanaraq vəziyyəti idarə etməyə çalışır.
3. Hisslərini hər kəsə bəyan etməyi xoşlamır. Onun hisslərini kiminləsə bölüşdüyünüzü əsla hiss etdirməyin. Ola bilsin ki, həmin dəqiqə narazılığını bildirmıəsin, lakin incikliyini başqa formada bildirəcək.
Əgər vizual sevgilinizin sizinlə bölüşməsini istəyirsinizsə, o zaman söhbətə hadisələrin xarici təsvirindən başlayın. Məsələn: “mən görürəm ki, .....”

Onunla necə ünsiyyət qurmalı?
1. O, telefon danişiqlarını sevmir, insanı görərək söhbətləşməyə üstünlük verir.
2. Yazılı məktubaları şifahidən yaxşı qəbu edir. Əgər sevgiinizin nəyisə yadda saxlamasını istəyirsinizsə ona məktub yazın.
3. Ona məktub göndərin, ürək formasında açıqca verin, elə bir hədiyyə edin ki, daim göz qabağında olsun. Məsələn: stolüstü kalendar
4. Onun kalendarında ad günlərini qeyd edin ki, daim xatırlasın.
5. Ona elə şəkil hədiyyə edin ki, orada siz bir-birinizə sevgi dolu baxışlarla baxırsınız.
Əgər partnyorunuz daha çox “vizual” sözlərdən istifadə edirsə, siz də bu cür danışmalısınız. Bu yolla siz ona psixoloji komfort bəxş etmiş olacaqsınız.

Vizual kişinin lüğəti
Mən görürəm, bizi gələcəkdə nə gözləyir
Mənim nəzərimcə, biz başqa variantlara baxmalıyıq.
Sən görürsən nə baş verir?
Nahar əla görünür
Nə cür cavab verməli
Mən sənin nöqteyi-nəzərini anlamağa başlayıram
Mən görürəm sən nəyə işarə edirsən
Mən görürəm sənin baxışlarınla bu necə görünür
Mən görürəm ki, sən qaşqabaqlısan
İcazə ver problemi bütünlükdə görüm

Vizual kişiyə nə cür təsir etməli

Sübutların nəyə əsaslandığını dərk etdikdən sonra ona nə cür təsir etməyi də anlayacaqsınız

1. Tutaq ki, siz yeni xalça istəyirsiniz. Siz desəniz ki, otaqda rahatlıq olacaq və siz sevinəcəksiniz, o laqeyd münasibət göstərə bilər. Ona görə də mütləq otağın təsvirindən başlayın: “bilirsən bu otaqda xalça olsa, otaq necə gözəl görünər. ..” O sizə qulaq asacaq və razılaşama ehtimalı yüksələcək.

2. Və yaxud siz dəniz kənarında istirahət haqda düşünürsünüz. Dəniz havasının təmizliyi, dalğaların səsi və gözəl mənzərələr haqda söhbətləriniz onda maraq yarada bilər. Mavi səma, mavi dəniz, isti günəş və doya bilməyəcəyiniz görüntülər.

3. “Səni sevirəm” sözünü eşitdiyiniz zaman, onun xarici görünüşü ilə bağlı maraqlı kompliment söyləyin.

4. Sizə qarşı sevgisini hədiyyə etdyi güllərlə nümaiyş etditməyi tələb etməyin. Sadəcə deyin ki, gül gördüyünüz zaman fikrinizdə onun obrazı canlanır.
İstənilən halda vizual kişini müəyyən hərəkətə sövq etmək üçün ilk olaraq onun görə biləcəyi nəticəni təsvir edin.