4 sonuçtan 1 ile 4 arası

Məqsədimiz yoxsa tutduğumuz yol?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Məqsədimiz yoxsa tutduğumuz yol?

    Hansı daha vacibdir qarşımıza qoyduğumuz məqsəd yoxsa tutduğumuz yol?
    Qarşıya qoyulmuş məqsədin vacibliyini inkar etmək?! Qarşıya qoyulmuş məqsədimizin nə qədər vacib və çətin olmasına varmasaq düzgün hərəkət etməyimiz və fəaliyyətimiz mümkün deyildir. Çünki hətta bizim məqsədimiz olmasa belə biz daim fəaliyyətdə olsaq hər hansi bir nəticəni əldə etmiş olacağıq. Bir sıra səbəblər vardır ki, məhz bu səbəblər üzündən insanların qarşıya qoyduqları bir sıra məqsədləri boşa çıxmış olur.
    1. Qarşıya qoyulmuş məqsədin gələcəkdə yerinə yetirilmə müddəti.
    İnsanlar hər zaman nəyə güvənirlər? Zaman-hər zaman söykəndiyimiz və üz tutduğumuz. Bugün-sabah ifadələrini tez-tez işlədirlər beləliklə də zəiflik göstərmiş olurlar. Lazım və tələb olunan vaxt bunu edə bilmiriksə o zaman gələcəkdə etməyimiz bizə istədiyimiz nəticəni verə bilər? Sonda üzləşəyimiz hal isə özümüzü aldatma, vaxt itkinliyi və bizə lazım olmayan nəticə olur.
    2. Qarşımıza qoyduğumuz məqsəd o qədər ambisiyalıdır ki, bizim onu reallaşdırmağımız sual işarəsi altındadır. İlk başlamadan əvvəl bizim imkanlarımızı nəzərə almırıq, bunu edə biləcəyimizə daim inamımız yoxdur, bu zaman məqsədimizə də çatmamış oluruq.
    3. Qarşımıza qoyuduğumuz məqsədi həddən-çox düşünürük. İnsanlarda həmişə qeyri-əminlik və qorxu hissi mövcüddur. Bu inkar edilməzdir. Bu qeyri-əminliyin nəticəsidir ki, biz də bir sıra səhvlərə yol vermiş oluruq.
    Daha çox fikirləşməliyik : “Nə” nəinki “Necə”!
    Öz yolunla get: Qoy insanlar desin ki, belə olmalıdır...
    İnsan öz məqsədlərinin ölüçüsünə uyğun olaraq daha da böyümüş olur..
    Məqsəd: Zamanında getdiyimiz yoldur.
    Məqsədə çatmağımız üçün-hər şeydən əvvəl hərəkət etməyimiz lazımdır.
    Yalnız məqsədimizə çatdığımız zaman-düzgün yolu seçdiyimizə inanmış oluruq.

    Indi siz deyin hansı daha vacibdir qaşımıza qoyduğumuz məqsəd yoxsa getdiyimiz yol?
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Məqsədimiz yoxsa tutduğumuz yol?

    insan ancaq getdiyi yolda meqsedine cata biler ,

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Məqsədimiz yoxsa tutduğumuz yol?

    İnsan öz məqsədlərinin ölüçüsünə uyğun olaraq daha da böyümüş olur..
    Məqsəd: Zamanında getdiyimiz yoldur.
    Məqsədə çatmağımız üçün-hər şeydən əvvəl hərəkət etməyimiz lazımdır.
    Yalnız məqsədimizə çatdığımız zaman-düzgün yolu seçdiyimizə inanmış oluruq.
    \

    tamamilə razıyam sizinlə. 4 cümləni başa düşə bilsəz,hər şey əldə etmək olar.
    məqsədsiz insan canli meyiddir.
    1cümlə. insanlar məqsədləri ilə böyüyür. qabağınıza qısamüddətli məqsəd qoyun, ona çatandan sonra məqsədiniz əvvəlkindən böyük olacaq.bu məqsədlərə çatmaq üçün daha çox çalışaraq böyüyəcəksən(elmi-praktiki).
    2.cümlə. Məqsəd-arzularımızın kağız üzərində əksidir. insan arzulamağa lap uşaqlıqdan başlayır, ancaq onu tezliklə xırda çətinliklərdə unudur. ona görə arzularınızı yazın. yazın ki vaxtında həyata keçirə biləsiniz.
    3.cümlə. bu məqsədlərin hesabın tutmalıyıq. yəni ki biz nə qədər çalışmalıyıq ki məqsədlərimizə çata bilək. *Eynştendən soruşurlar: niyə belə dahisən? sadə cavab verib ki, sizdən çox işləyirəm. hesablasaq görərik ki doğrudan da biz həmin arzuların həyata keçməsi üçün çox az iş görürük. sadə riyaziyyat: hesablayın 30 gündə neə saat oyaq olursuz və hamin saatların nə qədərin öz məqsədləriniz üçün sərf eləyirsiniz?
    4cümlə. Məqsədlər ümumi mənada eyni olurlar ona gedən yollar müxtəlifdir. təsdiq olunub ki UZUNMÜDDƏTLİ məqsədləri olan insanlar uğura çata bilirlər.

    bu mövzu barədə çox danışmaq olar. bu mənim bəzi mənbələrə əsaslanmış şəxsi fikrim idi. əgər sizlərin də əlavə və dəyişikləriniz olsa yazın . məmnun olaram
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Məqsədimiz yoxsa tutduğumuz yol?

    Birinci insan qarshisina meqsed qoyur ki,men bunu edecem.Birde insanda urekden istek olmalidir.Gerek prinsipial olasan ki,gorduyun ishi basha catdirasan.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.