Kişi həmişə qadından çəkinməlidir, əgər qadın sevirsə: o istənilən qurbana hazır olur, geridə qalan heç nəyin qadın gözlərində dəyəri olmur Kişi qadından həmişə çəkinməlidir, qadın nifrət etdiyi zaman, kişi qadın ruhunda yalnız qəddar obraz yaratmış olur- çünki qadınlar sevgidə çox qürurludur.
6 sonuçtan 1 ile 6 arası
-
07-26-2009, 01:54 PM #1
Ağıllı kişi qadınını qorxu və təzyiqlə yox, hörmətlə qazanar
Qadın ərinin istədiyi yeməyi bişirərkən dalğınlıqla yandırmışdı. Qorxusundan nə edəcəyini bilmirdi. Çünki yoldaşı gəlmək üzərə idi və hazırlayacaq bir şeyi də yox idi.
Qonşusunun "Bir yemək yandırmaq üçün bu qədər qorxularmı?" sözlərinə "Siz onu tanımırsınız. Bu evdə hər şey dediyi kimi olmalıdır, əks təqdirdə dünyanı dağıdar" deyirdi.
Bir az sonra əri gəldiyində qonşu qışqırıq səslərini eşitməmək üçün qapıları bağlayaraq ən iç otaqlara qaçmışdı.
Bax belə!..
Bəzi kişilər evlilikdə yoldaşına təzyiq göstərib gözünü qorxudur. Bunu da bir tərbiyə olaraq görür.
"Qadın millətini başı boş buraxmaq olmaz. İpini əlində tutmasan gün gələr səni dinləməz" deyə düşünür.
Sanki qadını, "dayan" dediyi yerdə dayanacaq, "qaç" dediyi yerdə qaçacaq bir yarış atı kimi görür.
Halbuki evlilikdə kişi pul maşını, qadın da yarış atı deyil. Evlilik bölüşmə və köməkləşmədir. Daha doğrusu bir mənada dostluqdur. Belə düşünən yoldaşların həyatında təzyiq və qorxunun yeri olmaz. Çünki onları bir-birinə bağlayan şey, sevgi, hörmət və güvən üçbucağıdır.
Evlilik ipinə sevgi, hörmət və güvən düyünü atmayanların evlilikləri tez pozular.
Ümumiyyətlə qadın, evlilikdə başını yaslayacaq yumşaq bir çiyin istəyər. Əgər kişi komandir ədasıyla yoldaşına əmrlər verər, qoyduğu qaydalara əməl etmədikdə cəzalandırsa, qadın zamanla özünü dəyərsiz görməyə başlayar. Özünə olan etibarını itirər. Təzyiq altında qaldığından içinə qapanaraq depressiyaya düşər. Halbuki, xoşbəxt bir evlilikdə qadın düşüncələrini çəkinmədən yoldaşına izah edə bilməli, yoldaşı "Bu mövzuda sən nə düşünürsən, sənin fikirin nədir?" deməlidir.
Evlilik bir dostluqdursa başı dərdə düşən və ya səhv bir şey edən qadının, "Mən bu səhvi etdim" deyə ilk qaçacağı adam yoldaşı olmalıdır. Özünün sevildiyini, qiymətli və etibarda olduğunu hiss etməlidir.
Çünki ən güclü qadın belə güvənə biləcəyi, özünə dəstək olacaq, qoruyacaq, dünyanın fırtınalarından sığınacaq dayaz bir liman axtarır.
Bəziləri qadını ora-bura saçılmış çiçək, kişini isə onu taclandıracaq bir vaza olaraq xarakterizə edir.
Elə isə vaza, çiçəkləri içinə həbs etməyib, gözəlliyini ortaya qoymalıdır.
Bu bir gerçəkdir ki, düşmən tərəfindən zəbt edilmiş ölkə, qorxunun pəncəsində qıvrılar. Hər evi bir ölkə qəbul etsək o ölkədə azad yaşayan qadın xoşbəxtdir. Xoşbəxt qadınsa ölkəsinin bağrında yaşayanları xoşbəxt edər. Qorxu və təzyiq torpaqdan başını çıxaran filizin üstünə düşən qaya kimi qadının maddi və mənəvi varlığını əzər.Evlilikdə qorxu və təzyiq deyil hörmət hakim olmalıdır. Qadın ərindən qorxmaq yerinə hörmətlə davranmalıdır.
Ağıllı kişi, xanımını təzyiq və qorxuyla deyil, hörmətlə özünə bağlayar. Qorxudan nifrət, sevgidənsə hörmət yarandığından xanımının ayaqlarına qandallar vurmaz. Ürəyini qorxu atəşində yandırmaz. Gözlərini azad günlərin həsrətiylə uzaqlara baxdırmaz.
Bilər ki, qorxu dağlarının vəhşiliyində həbs olunmayıb, sevgi vadisinin azad havasını tənəffüs edən qadın, xoşbəxtliklə coşduqca yoldaşını da coşdurar.
Siddete Yox deyirem
Bu mövzuda fikirlərinizi oxumaq mənə çox maraqlıdır.[
-
07-26-2009, 04:17 PM #2
Re: Ağıllı kişi qadınını qorxu və təzyiqlə yox, hörmətlə qazanar
-
07-26-2009, 05:02 PM #3Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: Ağıllı kişi qadınını qorxu və təzyiqlə yox, hörmətlə qazanar
Hormet olmayan yerde ne aile var ne xoshbextlik!
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-26-2009, 09:17 PM #4Senior Member
- Üyelik tarihi
- Jan 2008
- Yer
- türkiye/trabzon
- Mesajlar
- 1.318
Re: Ağıllı kişi qadınını qorxu və təzyiqlə yox, hörmətlə qazanar
Bu mesajı bildirSitat ilə cavab yaz Ağıllı kişi qadınını qorxu və təzyiqlə yox, hörmətlə qazanar
EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!

-
07-27-2009, 11:15 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Ağıllı kişi qadınını qorxu və təzyiqlə yox, hörmətlə qazanar
kombat80 Nickli Üyeden Alıntı
-
07-28-2009, 09:57 AM #6Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Ağıllı kişi qadınını qorxu və təzyiqlə yox, hörmətlə qazanar
BELİ,ÖNCE SAYGI,SONRA SEVGİ,SONRA DA AİLE



LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri