Sayfa 1/2 12 SonSon
15 sonuçtan 1 ile 10 arası

KİŞİLƏRƏ NƏYİ DEMƏK OLMAZ ???

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    KİŞİLƏRƏ NƏYİ DEMƏK OLMAZ ???

    Qadının qulaqları ilə sevməsi məsəli müəyyən mənada kişilərə də aiddir. Çünki elə sözlər var ki, nəinki kişi qulaqlarını, hətta onun qəlbini də incidə bilər.
    Hədiyyə:
    Düzdür, biz qadınlar hədiyyəni çox sevirik. Lakin bəzi qızlar olur ki, hədiyyəni görən zaman dodaqlarını büzüb “Bu mənim nəyimə lazımdır?” deyir. Axı o əziyyət çəkib, mağazaları gəzib, nə alacağı barədə günlərlə götür-qoy edib. Sən isə əvəzində onu lazımsız hesab edirsən. Əgər hədiyyə sənə maraqlı gəlmədisə, sadəcə gülümsə və ona təşəkkür et. Çünki çox keçməz sənə lazımsız olan bu hədiyyələri başqa gözəlçəyə almağa başlayar. Əgər sevdiyiniz kişinin sizə fərqli hədiyyələr almasını istəyirsinizsə, üstüörtülü şəkildə bunu ona bildirin. Çünki məhz biz qadınlar kişini idarə etməyi bacarırıq.
    Onun Dostunu tərifləmə!
    Kişinin yanında onun dostunu tərifləmək olmaz. Ola bilsin ki, onun dostu həqiqətən də gözəl insandır. Lakin dost olmasına baxmayaraq o ilk növbədə kişidir və qısqanclıq obyekti ola bilər. Onu həddən artıq tərifləməniz isə sizə qarşı şübhələr yarada bilər. Ona görə dostların yaxşı və pis olmasından asılı olmayaraq daim yanınızda olan kişini tərifləyin. Hətta digərlərinin mənfi tərəflərini deməklə onu tərifləməniz lap yerinə düşər.
    Anası haqda pis danişmayın!
    Bütün kişilər bu və ya digər mənada anasına bağlı olur. Buna görə də hansı vəziyyətin alınmasından asılı olmayaraq onun anası haqda heç vaxt mənfi söz söyləməyin. Bunun sizə heç vaxt faydası olmayacaq. Ən son həddə çatsanız isə “mən bu cür hərəkət edərdim, olmaz o səhv etdi” - deyə bilərsiniz. Hətta kişi öz anası haqda xoşagəlməz nəsə desə, 5 dəqiqə sonra vəziyyət dəyişəcək və anası onun üçün ən xeyirxah, qayğıkeş insana çevriləcək. Ən əsası yadda saxlayın: istənilən kişinin həyatında ən vacib qadın onun anasıdır. Bu təbiətdən qoyulmuş qanundur. Siz də bunu qəbul etməlisiniz. Qaynananızı tənqid edərkən özünüzü ondan yuxarı pilləyə qoyursunuz. Ən azından düşünün ki, siz də ana olacaqsınız.
    İş mövzusu
    Qadağan olunmuş söz- məni işdə çox sevirlər. Qızlar əks cinsin nümayəndələri arasında nə qədər məşhur olduqları haqda danışmağı xoşlayırlar. Onların fikrincə, bununla kişini qısqanmağa məcbur edirlər. Bu işlədiyi yerə də aiddir. Bağışlanılmaz səhvlərdən biri budur. Qısqanc kişilərlə vəziyyəti daha da çətinləşdirə bilərsiniz – işdə olduğunuz zaman tez-tez zəng edə bilər, bu vəziyyət sonda evdə oturmağınızla nəticələnəcək. Sevdiyiniz kişi isə sevgilidən qaraqabaq deyingən ərə çevriləcək.
    Vəziyyəti daha yaxşı anlamaq üçün təsəvvür edin ki, həyat yoldaşınız (sevgiliniz) hər gün evə gəlib işdəki bütün qızların onunla maraqlandığını deyin. Bu zaman siz də qısqanclıqdan özünüzə yer tapa bilməyəcəksiniz.
    Əvvəlki sevgilim
    “Səninlə müqayisədə o belədir” kəlməsi qəti qadağandır. Çünki bu heç bir çərçivəyə sığmayan hərəkətdir. Kişinin daxili qürüru onu başqası ilə müqayisə etməyə icazə vermir. Sizin keçmiş sevgiliniz isə ümumiyyətlə onu özündən çıxara bilər. Hər bir kişi özünü ilk və təkrarolunmaz hesab etmək istəyir. Həyatınızda ondan əvvəl olan istənilən kişiyə o, rəqib gözü ilə baxacaq. Bu aranızdakı soyuqluğa gətirib çıxaracaq. Buna görə də eks-sevgili mövzusunu bağlayın
    Sadaladıqlarımız olduqca sadə məqamlardır. Lakin bunlara əməl etsəniz, problemləriniz də az olar.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: KİŞİLƏRƏ NƏYİ DEMƏK OLMAZ ???

    cox maraqlidir sevgilim olan kimi sen dediklerive riayet edecem soz

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318

    Re: KİŞİLƏRƏ NƏYİ DEMƏK OLMAZ ???

    mende bunlara fikir verecem sağol..amma men oqlanlardan hediyye qabul etme terefinde degilem..
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: KİŞİLƏRƏ NƏYİ DEMƏK OLMAZ ???


  5. #5
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    431

    Re: KİŞİLƏRƏ NƏYİ DEMƏK OLMAZ ???

    Bunları bilirdim...Thanks....Həə kişilər göydən düşüblər axı onlar bizə hər şey diyə bilərlər ama biz yox !!!

  6. #6
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: KİŞİLƏRƏ NƏYİ DEMƏK OLMAZ ???

    Alıntı QuickHappy Nickli Üyeden Alıntı
    Bunları bilirdim...Thanks....Həə kişilər göydən düşüblər axı onlar bizə hər şey diyə bilərlər ama biz yox !!!
    Beli Cunki bizi Cennetden qovdurdan siz qadinlarsiz. Almaynan basimizi aldatmisiz. Ona gore diliniz qisadi yanimizda danismaga !
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: KİŞİLƏRƏ NƏYİ DEMƏK OLMAZ ???

    Alıntı QuickHappy Nickli Üyeden Alıntı
    Bunları bilirdim...Thanks....Həə kişilər göydən düşüblər axı onlar bizə hər şey diyə bilərlər ama biz yox !!!
    kişilerin 1 qabırğasından qadınlar yaranıb bunuda bilin ve agah olun ay qadınlarrrrrrrrr

  8. #8
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: KİŞİLƏRƏ NƏYİ DEMƏK OLMAZ ???

    Alıntı NuriyeV Nickli Üyeden Alıntı
    Alıntı QuickHappy Nickli Üyeden Alıntı
    Bunları bilirdim...Thanks....Həə kişilər göydən düşüblər axı onlar bizə hər şey diyə bilərlər ama biz yox !!!
    kişilerin 1 qabırğasından qadınlar yaranıb bunuda bilin ve agah olun ay qadınlarrrrrrrrr
    Halal olsun Hücum !!!!!!!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: KİŞİLƏRƏ NƏYİ DEMƏK OLMAZ ???

    Alıntı kombat80 Nickli Üyeden Alıntı
    Alıntı NuriyeV Nickli Üyeden Alıntı
    Alıntı QuickHappy Nickli Üyeden Alıntı
    Bunları bilirdim...Thanks....Həə kişilər göydən düşüblər axı onlar bizə hər şey diyə bilərlər ama biz yox !!!
    kişilerin 1 qabırğasından qadınlar yaranıb bunuda bilin ve agah olun ay qadınlarrrrrrrrr
    Halal olsun Hücum !!!!!!!
    hücuma ehtiyac yox qaquli olar aciz mexluqatdılar eşşi bize yaraşmaz bize yalnız LAYİQ OLAN XANIMLARI QORUMAQ DÜŞER SEVMEK DÜŞER

  10. #10
    Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    59

    Re: KİŞİLƏRƏ NƏYİ DEMƏK OLMAZ ???

    BUNLARI BILIRDIM)
    AMMA YENEDE XATIRLATDIGIN UCUN SAGOL :
    alqis:
    Həyat gözəldi!!!
    Həyatda nə baş verirsə yaxşılığa doğru baş verir.

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.