4 sonuçtan 1 ile 4 arası

QƏzƏb vƏ ƏsƏb

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    QƏzƏb vƏ ƏsƏb

    QƏZƏB VƏ ƏSƏB



    Tez əsəbləşmək, özünə hakim ola bilməmək, qışqırıb bağırmaq, özünə ya da başqalarına
    zərər vermək insanın ağılla deyil, hissləri ilə hərəkət etdiyinin göstəricisidir.

    Duyğusallıq qadınlarda daha çox kədər, pessimizm, ağlama, şikayətlənmə şəklində, kişilərdə də daha çox qəzəb, əsəbləşmək şəklində özünü biruzə verir. Məsələn duyğusal bir kişi, dayanacaqda özünə ayrılmış yerdə başqasının maşınını görüb əsəbləşər, avtomobilini təpikləyər. Ya da yolda gedərkən birinin səhvən çiyninə toxunması asanlıqla əsəbləşməsinə səbəb olar. Ya da evdən çıxarkən açarı evdə unudan uşağına, telefonda gözlədən katibəyə, tıxacda digər maşınlara əsəbiləşib ağızına gələni söyləyə bilər. Məntiqli insanın asanlıqla təhlil edə biləcəyi problemlər qarşısında duyğusal insan şişirdilmiş və gərəksiz reaksiyalar verərək özünə zərər verər.

    Kişilərdə hirs və əsəb şəklində biruzə verən duyğusallıq "dəliqanlılıq" adı verilən ruh halını meydana gətirir. Bu tip insan hər an hər cür təcavüzkar davranışı göstərə biləcək şəxsiyyətə malikdir. Bir anlıq qəzəb nəticəsində qarşısındakını yaralaya bilər, xəstəxanalıq edə bilər, ya da öldürə bilər. Bəzən qarşısındakı insan heç tanımadığı şəxs də ola bilər. Qəzet səhifələri bu tip insanların törətdikləri hadisələr və etdikləri cinayətlərlə doludur. Şən başlayan axşamın sonunda birdən əsəbiləşib dostlarını, yaxınlarını döyə bilər, küçədə gedərkən "tərs baxdığı" üçün tanımadıqları insanı bıçaqlaya bilərlər. Bir anlıq öz nəfsin istəklərinə tabe olmaları, ömürlərinin qalan hissəsini həbsxanada keçirmələrinə yol aça bilər. Ən vacibi isə, Allah Qatında haqsız yerə bir insanı öldürmək kimi böyük günah etmiş olarlar.

    Əsəb, dəhşətli nəticələr doğura bilən, hər an partlamağa hazır potensial təhlükədir. Bu tip insan özünə qarşı edilən səhv hərəkət nəticəsində hirslənib başına müxtəlif dərdlər aça bilər.

    Qəzet səhifələrini vərəqlədikdə ani hirs və əsəb nəticəsində insanların törətdikləri cinayətlərlə qarşılaşarsınız. Şən başlayan axşamın sonunda birdən əsəbiləşib dostunu, yaxınlarını döyənlər, küçədə gedərkən "tərs baxdığı" üçün tanımadıqları insanı bıçaqlayanlar, birjada itirdiyi pullara görə ailəsini öldürənlər, əsəbləşib yoldaşını öldürənlər ...

    Bu insanların bir anlıq hisslərinə tabe olmaları, həyatlarının qalan hissəsini həbsxanada keçirmələrinə, ən vacibi isə insanları öldürmək kimi böyük günah etmələrinə səbəb olur. Bütün bunlar, şeytanın insanları ağıldan uzaqlaşdırıb nəfsin istək və ehtirasları ilə hərəkət etməyə istiqamətləndirməsi, ani hisslərə qapılması ilə reallaşmaqdadır.

    Xüsusilə xaricdə baş verən, bəzi azarkeşlərin etdikləri vəhşiliklər duyğusallığın yol aça biləcəyi ağılsızlığa bariz nümunədir. Bıçaqla, çubuqla tanımadıqları insanlara hücum edən bu şəxslər, şeytanın ağıl və şüurlarını korlaşdırdığı, cəmiyyətə təlqin etdiyi bəlaya çevrilmişdir. Halbuki Allah insanlara şeytandan çəkinməyi, zorakılıq deyil, sülh və təhlükəsizlik axtarışı əmr etmişdir:

    Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! (Bəqərə Surəsi, 208)
    Burada duyğusallıqla ağıllı davranış arasındakı fərqi ayırmaq vacibdir. Zülmə və pisliyə qarşı olan nifrət insanı ədalət, sülh və yaxşılıq mövzusunda daha həssas olmağa, zülmü və pisliyi aradan qaldırmağa, zalımlara mane olmağa, günahsız və acizlərin haqqlarını qorumağa yönəldir. Allahın insanlara verdiyi bu ədalət hissi ağıl və iradə ilə istiqamətləndirilib nəzarət edilməsə çox pis fəsadlara gətirib çıxara bilər. Ağıl və iradədən məhrum insanlar hisslərini cilovlaya bilməz, doğru yoldan ayrılaraq şeytanın istədiyi istiqamətə yönələrlər. Allah, bir başqa ayəsində insanları şeytana qarşı belə xəbərdar etmişdir:

    Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir! (Nur Surəsi, 21)
    (məqalə harun yahya)

  2. #2
    Member
    Üyelik tarihi
    Oct 2011
    Mesajlar
    74

    Re: QƏzƏb vƏ ƏsƏb


  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: QƏzƏb vƏ ƏsƏb

    ele insanlar va ki qezeblenib eseblewir , eleleri de var ki eseblewir ve qezeblenir.allah her ikisinden qorusun

    twewkur movzun ucun yerinde olan ve ibratamiz movzu

  4. #4
    Senior Member Mystery_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    393

    Re: QƏzƏb vƏ ƏsƏb

    Qezeb insani teseffur olunmayan hereketlere el atmaga getrib chixardan bir duygudu/eseb insanin orqanizmine ziyyan olmagla beraber sehv addimlara getrib chixarda biler

    Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
    Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
    Bağışla amma heç vaxt UNUTMA!!!
    Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.