Gülyanaq Məmmədovanın qızı oldu
Müğənni övladını Türkiyədə dünyaya gətirib
Ötən il ailə həyatı quran Gülyanaq Məmmədova bir neçə aydır ki, sənətinə ara vermişdi. Hamiləliyi ilə əlaqədar analıq məzuniyyətinə çıxan müğənni, nəhayət, ən böyük arzusuna çatıb. Belə ki, onun qızı doğulub. Gülyanaq ilk övladını Türkiyədəki doğum evlərindən birində dünyaya gətirib. Sənətçi də, qızı da özünü yaxşı hiss edirlər.
Xatırladaq ki, Gülyanaq Məmmədovanın həyat yoldaşı əslən azərbaycanlı olsa da, Türkiyədə bizneslə məşğuldur. Elə onun valideynləri də qonşu ölkədə yaşayır. Odur ki, müğənninin ilk övladını Türkiyədə dünyaya gətirmək istəyi bununla bağlıdır.
Mənbə: Gündəlik Azərbaycan
Gülyanaq Məmmədovanın qızı oldu
Printable View
-
05-12-2007, 04:06 PMAzerbaycanliGülyanaq Məmmədovanın qızı oldu
-
05-12-2007, 04:33 PMSindy
atali anali boyusun sag ellri butun genc ailelerin basina :)
-
05-13-2007, 02:32 AMManolita
Allah gozu dolu versin valideynlerine. Atali anali boyusun. Allah arzu edenlere ovlad payini cox gormesin. Amin...
