[
Dəvəsiylə birlikdə səhrada getməkdə olan bir bədəvi güçlə yeriyən, susuzluqdan dodaqları qurumuş bir adama rast gəlmiş. Adam bədəvini görüncə su istəmiş. Bədəvi dəvəsindən enmiş ona su vermiş. Suyu içən adam birdən bədəvini itələyərək dəvəyə minib qaçmağa başlamış.
Bədəvi arxasından bağırmış:
“Eybi yox, dəvəni götür get, amma səndən bir ricam var. Bu məsələni əsla heç kimə söyləmə!”
Bu istəyi bir qədər qəribə görən oğru bir az dayanıb, səbəbini soruşmuş:
“Əgər söylərsən, demiş bədəvi,bu hər yerə yayılar və insanlar bir daha səhrada möhtaç bir adam görüncə yardım etməzlər.”
Bədəvi kimi dərdimiz dəvə deyil, pisliyin yayılmaması olsaydı,
Millət olaraq indiyədək çox şeyi həll etmiş olardıq.
Üfüqlərimizdə şəfəq təranələri titrər,
Bənövşələrimiz çoxdan göyərmiş olardı.[
Bədəvi və oğru
Printable View
-
01-28-2010, 03:01 PMGLAMOURKABədəvi və oğru
-
01-28-2010, 03:12 PMDamla1Re: Bədəvi və oğru
Cox təsüflər bizdə bele oğrular coxdu.... Bədəvi kimilerde bizim məmləkətdə azdilar cox təsüflər
Mövzu ücün cox sağ ol ::yerivar:: -
02-01-2010, 05:11 PMKralica_Re: Bədəvi və oğru
Bedevi kimi yaxshilar cox olsaydi ogrular insafa gelerdi
