[
Sən heç sevdinmi sənin olmayan birini?
Sən heç duydunmu basqa bir ürəyi öz köksündə atarkən...
Üzüldünmü, yanaqlarindan süzüldümü heç bir başqasının
gözyaşları...
Yad hıçqiriqlar gəlib düyümləndimi köksündə...
Düsündünmü gecələri... Sənin olmayan yuxular gördünmü...
Sənin olmayan birini sevdinmi?
Göy üzünə baxdınmı, ulduzlar düşdümü, günəs dogdumu hər
Gecənin sonunda ?
Oyandınmı basqa birinin səhərinə?
Heç sevdinmi sən,
Duydunmu başqa bir ürəyi öz ürəyində...
Gülümsəyişini hiss etdinmi
Sənin dodaqlarındaymış kimi yaxın... İsti...
Heç sevdinmi sənin olmayan birini?
Keçən sakit və yanlız keçən bir gecənin
Ən dərinliklərində gördüm səni
Ulduzlar sənin ətrafında toplanmışdı
Mən isə uzaqdan izləyirdim biçarə
Ulduzların yerində olmaq istərdim necə
Sənə uzaqdan deyil də yaxından baxa bilmək
Sənin üçün döyünən qəlbimi sənə duydura bilmək
İmkansız şeyler varmı bu həyatda?
Olmasa belə sən imkansızsan mənim üçün...
Əllərimi uzatdığımda onları tutmayacaq qədər,
Ağladığım zaman göz yaşlarımı silməyəcək qədər,
Xöşbəxt olduğumda gülümsədiyimi görməyəcək qədər...
Günün hər saniyəsində səni düşünürəmsə,
İmkansız bir şey üçün hələ ümüdumu itirməyirəmsə
Bəlkə də imkansız olmadığını hiss etdiyimdəndir, deyirəm
Mən bunları belə görə bilməyəcək qədər uzağam sənə
Sənin yanında olan insanlardan belə uzaq
Mən nə səninlə danışa bilirəm,
Nə səsini duya bilirəm,
Nə də sənə toxuna bilirəm...
Sən sadəcə yuxularımda bir gün gerçək olmanı gözləyən
Mənim olmanı, məni sevməni
istiliyini hərarətini gözləyən
Möhtəşəm bir röyasan...Hələki
Bəs sən necə???
Sən həç dəlicəsinə sevdinmi sənin olmayan birini....?
Sən heç sevdinmi sənin olmayan birini?
Printable View
-
01-27-2010, 02:55 AMGLAMOURKASən heç sevdinmi sənin olmayan birini?
-
01-27-2010, 02:58 AMsuzi333Re: Sən heç sevdinmi sənin olmayan birini?
:( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(
-
01-27-2010, 02:59 AMfidan494Re: Sən heç sevdinmi sənin olmayan birini?
:sorry: sevdim.
-
01-27-2010, 02:59 AMAgLaYaN_BuLuDRe: Sən heç sevdinmi sənin olmayan birini?
:love :love :love
-
01-27-2010, 03:00 AMGLAMOURKARe: Sən heç sevdinmi sənin olmayan birini?
:meyus: :meyus: mende ne vaxtsa sevmishdim.amma shukur kecdi. :mad:
-
01-27-2010, 03:06 AMdalgalarRe: Sən heç sevdinmi sənin olmayan birini?sevdim cox sevdim. amma bu cox desetli bir sey. hec bir zaman seni sevmeyen birini sevmeyin. seni seven birini sevin her zaman.Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
01-27-2010, 11:39 AMTutu20Re: Sən heç sevdinmi sənin olmayan birini?
Hic sevmedim, sevsemde nece seve bilerem menm olmuyan birini. Hec kesede meslehet gormurem :yox:
-
01-27-2010, 11:41 AMPOWER_RANGERSRe: Sən heç sevdinmi sənin olmayan birini?
sevdim :meyus:
-
01-27-2010, 12:01 PMDamla1Re: Sən heç sevdinmi sənin olmayan birini?
Sevmedim! Üreyimin qapılarını bağlamışammmmmmmmmmm!!!!!
demək istərdim... Amma... : :( -
01-27-2010, 01:50 PMje_demeureRe: Sən heç sevdinmi sənin olmayan birini?
Yox sevmedim
Her kes de derdliymis :(
Ne deyim Allah sebr versin :sorry:
