Bakıda Avropa İttifaqına sədrliyin təmsilçiliyini Belçikanın Azərbaycandakı səfirliyi həyata keçirəcək
2010-cu il yanvarın 1-dən Avropa İttifaqına (Aİ) sədrlik İspaniya həyata keçib. Aİ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, İspaniyanın Bakıda səfirliyi olmadığından Aİ-yə sədrliyin təmsilçiliyini Belçikanın Azərbaycandakı səfirliyi həyata keçirəcək.
Qeyd edək ki, 6 aydan sonra Aİ-də sədrlik İspaniyadan Belçikaya keçəcək, beləliklə, Belçika səfirliyi Bakıda təmsilçiliyini 1 il davam etdirəcək.
Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında sədrlik Çexiyada olan zaman da Bakıda qurumun təmsilçiliyini Belçika səfirliyi həyata keçirib.
[
İspaniya Azərbaycanda niyə səfirlik açmır?
Printable View
-
01-08-2010, 02:30 AMzeynalov_İspaniya Azərbaycanda niyə səfirlik açmır?
