[
Silmə gözlərini,bir damla yaşam,
Yandırma gəlbimi,onsuz yanmışam...
Bir daha adımı çekmə sevgilim,
Axı mən sənin üçün unudulmuşam...
[
Sənli bu dünyada,sənsiz qalmışam...
Bir gül tək saralıb,vaxtsız solmuşam.
Son dəfə cavab ver tək sualıma,
Bəs niye belə tez unudulmuşam?
[
Çıxmazdın yadımdan bircə an belə,
Sən idin gəlbimin toyu,düyünü.
Ömrümün ən gözəl anı sanırdım
Səninlə üz-üzə gəldiyim günü.
[
Uzaqdan kimisə sənə bənzədər,
Çatanda görərdim,gedən özgədir.
Gözümü danlardım səhərə gədər,
Niyə özgəsini sənə bənzədər.
[
Bilsəydim nə zaman keçirsən hardan,
Bəlkə azalardı əzabım,dərdim.
Əlacım olsaydı bütün yollardan,
Eyni vaxt içində ötüb-keçərdim.
[
Ayıra bilsəydim səndən kölgəni,
Barı təsəllini ondan alardım,
Bir dəfə ötəri süzsəydin məni,
Əlimdə olani yerə salardım.
Unudulmuşam...
Printable View
-
01-06-2010, 12:31 AMzeynalov_Unudulmuşam...
-
01-06-2010, 12:36 AMje_demeureRe: Unudulmuşam...
:meyus: Tesekkurler
-
01-06-2010, 12:44 AMAgLaYaN_BuLuDRe: Unudulmuşam...
:alqis:
-
01-06-2010, 12:52 AMzeynalov_Re: Unudulmuşam...
Minnetdaram çox sağolun :meyus:
