Məni, Sən eylədin ifşa - Biri vardır, Biri yox..!
Nağıla bənzəyir Dünya - Biri vardır, Biri yox..!
Getməyivin səbəbin bilməyirəm indiyədək,
Sevgin sonsuz idi guya - Biri vardır, biri Yox..!
Desədə incə səsiylə mənə " Əlvida Şamil..!"
Demədim mən ona əsla - Biri vardır, Biri yox..!
Çox çalışdım O qızın bircə geri dönməsinə,
Sevgimiz olmadı bərpa - Biri vardır, Biri yox..
Çox götür-qoy elədim, Məhəbbətin məğzini mən,
Tapmadım bir dənə məna - Biri vardır, Biri yox..!
" Sevdimdə, Unutdumda, Yenə Sevirəm.." demisən,
Ürəyin genişdir..." Əla " - Biri vardır, Biri yox..!
Sev məni, Dəniz ilə Dalğa kimi..Görmüsənmi,
Dalğasız bir dənə Dərya, Biri vardır, Biri yox..?!
Nə zaman durduracaq Tanrı, onun hicranını,
[
Etsəmdə min kərə dua - Biri vardır, Biri yox..!
Bircə mən bilsə idim nədi bizi ayrı salan,
Olmadı Yar mənə rəva - Biri vardır, Biri yox..!
Dedim : " Ey Yar, mən sənin dönməyivi gözlüyürəm ! "
Qoyaraq cümləmə, Nida : " Biri vardır, Biri yox..!
Şəmi Pərvanəni, Pərvanə şəmi xoşbəx edər,
Kömək olsun mənə Xuda - Biri vardır, Biri yox..!
Mənə loğman adıyla çöllərə düşmən nə gərək ?
Taparam səninlə şəfa, Biri vardır, Biri yox..!
Nəinki insafı o, hətta şəfa gizlədərək,
Bəxş edir cövr ilə cəfa - Biri vardır, Biri yox..!
Bu nə varlıqdıki İnsanə ölümdən də betər ?
Cəsədi kül edər hətta - Biri vardır, Biri yox..
[
Ey Xuda, ver əcəli, ayrılıq bundan da betər,
Qeyb olub dərdimə dəva - Biri vardır, Biri yox..!
Desəmdə can üstündə : " Cəsədimizi bir qəbrə qoyun ",
Orda da olmadı sevda - Biri vardır, Biri yox..!
Bu dastanı yazmışam daş üstünə tarix üçün,
Cızmışam sonunda imza " Biri vardır, Biri yox..! "
Desələr sevgimi bir cümlə ilə nəql eləyim,
Deyərəm bir dənə misra " Biri vardır, Biri yox..! "
Bir cümlə söylə dedim, ərmağan olsun Emilə,
Dedi : " Hər ikisi, ya da, Biri vardır, Biri yox..! "
Biri var idi bir yox idi...
Printable View
-
01-05-2010, 04:49 PMsuzi333Biri var idi bir yox idi...
-
01-05-2010, 05:12 PMDamla1Re: Biri var idi bir yox idi...
:D :alqis: Göresen varlarmi coxdu yoxsa yoxlar?? bilmedim yeni anlamadim da :utandim:
Aferin cox sağ ol :alqis: -
01-06-2010, 04:35 AMGLAMOURKARe: Biri var idi bir yox idi...
Kömək olsun mənə Xuda - Biri vardır, Biri yox..!
Mənə loğman adıyla çöllərə düşmən nə gərək ?
Taparam səninlə şəfa, Biri vardır, Biri yox..!
Nəinki insafı o, hətta şəfa gizlədərək,
Bəxş edir cövr ilə cəfa - Biri vardır, Biri yox..!
Bu nə varlıqdıki İnsanə ölümdən də betər ?
Cəsədi kül edər hətta - Biri vardır, Biri yox.. ::yerivar::
