Dior - Miss Dior Cherie
[
Yaradıcı, cəsur,qəşəng. Gənc qızlar, ruhunu gənc tutmaq istəyən bütün qadınlar üçün. Çiyələk yarpaqları, yaşıl naringi, karamelli popcorn, çiyələk marmeladı, təzə paçuli,müşkdən ibarət olan Miss Dior Cherie ilə rəqs etməyə, həyatın dadını çıxarmağa, gülməyə, gəzməyə, ürəkləri fəth etməyə və minimumda dünyanı sarsıtmağa hazırlanın.
Dior - Miss Dior Cherie LEAU
[
Portağal cövhəri, gardenya ahəngi və ağ müşk notalarından ibarət olan qoxu təzə, ışıl ışıl,cazibədar gənc və ya özünü gənc hiss edən xoşbəxt və həyat dolu qadınların ətiri.
Dior - Jadore
[
Bir qadının həyatındakı ən əhəmiyyətli günlərində, ona həmişə bir buket çiçək yoldaşlıq edər. Jadore, Dior`un qadınlara təqdim etdiyi böyük bir çiçək buketidir : parıltılı, şən, cəsur və ehtiraslı. Hindistanda yetişən bir cins manolyanın egzotik qoxusundan, Fransız bənövşəsinə qədər bir çox çiçək qoxusundan yaradılmış bir buket.
Dior - Poison
[
Təhrikedici, sirrli, cəsur qadınlara xitab edən ətir çiçək, böyürtkən və qatran qoxularının qarışığı. Poison`un yaradıldığı 80ci illərdən bu yana onun satış rəqəminə çata bilən ətir olmadı… Dior , içində "Dior" sözü keçməyən ilk ətirini bazara təqdim etdiyində , ətir adlarında o günə qədər istifadə edilən romantik və ya nömrəli adlandırmaların xaricindəki : "poison" yəni "zəhər" böyük əks-səda oyandırdı.
İlk təqdimatları "ətir ürəyin zehridir" cümləsiylə təqdim edilən ətir, şiddət və təhrikediciliyi mövzu olaraq seçmişdi.
Dior - Poison Pure
[
Təcrübəli, başdan çıxardıcı və qarşı qoyulmaz, çiçəksi ətir saf, amma sirrli və səmimi bir hiss yaradar. Jasmin, şirin portağal, bergamot, sicilya naringisinə,orta notalarında yoldaşlıq edən stansiyadana və portağal çiçəyinin qoxuları,dib notalarda qayıq ağacı və əmbərlə birləşir.
Dior - Midnight Poison
[
Diorun yeni ətiri Midnight Poison - bütün sehri göstərmək üçün…
Dior ehtiraslı bir qəhrəman, cadulu və çətin tutulan cazibəli bir dişi halına çevrilən və bizləri fantaziya dünyasına çəkən nağıl qəhrəmanı Sinrellanı seçdi. Saat gecə yarısını vurduğunda nağılınız başlayacaq ...
Dior - Hypnotic Poison
[
Zanbaq, jasmin və Jacaranta ağacının qarışığı.
Hipnoz edici, sehrli, başdan çıxarıcı …
Poisonun təhrikedici gücü, partlayış edici yeni növ bir qoxu yaradılaraq tam olaraq kəşf edilmişdir. Bir qadın üçün həddindən artıq dəyişik bir qoxu. Qeyri-adi enerjili və sıx bir ətir .
Dior'dan Xanımlar üçün ətirlər
Printable View
-
01-03-2010, 08:06 PMje_demeureDior'dan Xanımlar üçün ətirlər
-
01-04-2010, 02:19 AMGLAMOURKARe: Dior'dan Xanımlar üçün ətirlər
Tesekkurler "Ange ou Demon ,Jadore"sevdiyim,istifade etdiyim duxulardir. ::yerivar::
-
01-04-2010, 11:31 AMsus-qunRe: Dior'dan Xanımlar üçün ətirlər
Cox sagolun.Kristian Dior dogurdanda cox zovqlu brenddir.
-
01-04-2010, 02:25 PMje_demeureRe: Dior'dan Xanımlar üçün ətirlərAnge ou Demon cox gozeldi...Xususile de Le Secret :wink: Menim de en cox sevdiyim etir bir o du bir de Escada :)Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
Beyenmenize sevindim...Alıntı:
sus-qun Nickli Üyeden Alıntı
-
01-04-2010, 03:08 PMDamla1Re: Dior'dan Xanımlar üçün ətirlər
hamisini sevirem cox teşekürler :alqis:
-
01-04-2010, 04:09 PMKralica_Re: Dior'dan Xanımlar üçün ətirlər
Dior - Miss Dior Cherie LEAU bu etirden istifade etmishem meslehtlidir
-
01-04-2010, 09:16 PMje_demeureRe: Dior'dan Xanımlar üçün ətirlərGozel etirdiler ama cox shirindiler :) heddinden artiqAlıntı:
Kralica_ Nickli Üyeden Alıntı
