Bir zaman tülkü, qurd, həm aslan –
Hər üçü bağladı belə peyman
Ki bu gündən ələ nə düşsə şikar
Üç yerə qismət eyləsin onlar.
Hamı “əhsən” dedi bu dadlı sözə.
Ov üçün çıxdılar bir otlu düzə.
Dərə ağzında tapdı üç ortaq;
Bir qoyun, bir keçi, quzu, oğlaq.
Dedi aslan: - Gəlin ovu bölüşək,
Bu qoyun ki, mənə çatar bişəkk,
Quzu olsun gərək mənim payım
Çünki sizlərdə yox mənim tayım
Bu keçi də gərək mənə yetişə,
Olmasın bir kəsin sözü bu işə
Oğlağa kim uzatsa əl, bunu bil:
Eylərəm mən onun əlini şil.
Abdulla Şaiq - Aslan, qurd və tülkü şe'ri
Abdulla Şaiq - Aslan, qurd və tülkü şe'ri
Printable View
-
12-11-2009, 02:52 PMBakuAbdulla Şaiq - Aslan, qurd və tülkü şe'ri
-
12-18-2009, 03:38 AMGLAMOURKARe: Abdulla Şaiq - Aslan, qurd və tülkü şe'rilap usaqligimi xatirladim. :meyus:Alıntı:
Baku Nickli Üyeden Alıntı
-
12-18-2009, 10:13 AMDamla1Re: Abdulla Şaiq - Aslan, qurd və tülkü şe'ri
Tülkü və qurd
Oldu bir yolda tülkü qurda düçar,
Hara, - sordu, - gedirsən, ey sərdar?
Dedi qurd: - Ey iki gözüm, ciyərim,
Gedirəm hər yerə düşə güzərim.
Zülmdən qurtarıb olam rahət;
Yaxdı, yandırdı canımı zillət,
Hər zaman ki, məni görür insan,
Öldürür, rəhm etməyir bir an.
Dedi tülkü: - De bir mənə işini,
Aparırsanmı o tamah dişini?
-Harda olsam gərək olur bu dişim.
Söylə; dişsiz mənim aşarmı işim?
Dedi tülkü: - Əbəsdir bu söhbət,
Ey gözüm, çəkmə boş yerə zəhmət.
Nə qədər ki, səninlədir bu dişin,
Keçəcək hər məkanda böylə işin.
:D :D -
12-18-2009, 12:08 PMDeli_UREKRe: Abdulla Şaiq - Aslan, qurd və tülkü şe'ri
Eh Heyif Baxcaya getdiyim gunler usaqlarla Kalidorda yigisib Kruq yaradardiq Bu sehiri Meyxana kimi deyerdim.. gelmez o gunler birde yaxsi oganlar idi Allah canlarin sag elesin. :D
