İki bacım var
Şən, üzügülər.
Biri Xanımdır,
Biri Gülümsər.
Mənim atamdan
Sualım budur:
-Bəs mənim adım
Niyə Arzudur?
Atam deyir ki,
-Boy at, ay Arzu,
Bütün arzuna
Sən çat, ay Arzu!
Onda atan da
Bəxtiyar olar.
-Mənim indi də
Arzularım var.
Abdulla Şaiq Arzunun arzuları şe'ri
Abdulla Şaiq - Arzunun arzuları şe'ri
Printable View
-
12-11-2009, 02:51 PMBakuAbdulla Şaiq - Arzunun arzuları şe'ri
