Pişik Günel şərəf və ləyaqətinin müdafiəsini tələb edir
Müğənni yenə məhkəməyə üz tutdu
Şou-biznesdə Pişik Günel kimi tanınan Günel Ələkbərova yenidən məhkəməyə üz tutub. Lent.az-ın məlumatına görə, müğənni Nəsimi rayon Məhkəməsinin hakimi İkram Şirinovun çıxardığı qərarla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
G.Ələkbərova “İdeal” jurnalında çap olunan “Pişik Günelin Dubay sərgüzəştləri” başlıqlı yazıda öz şərəf və ləyaqətinin alçaldığını iddia edərək məhkəməyə müraciət edib. Məqalədə müğənninin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində əxlaqsızlıqla məşğul olması barədə məlumatlar dərc olunub. G.Ələkbərova jurnalın məsul şəxsləri barəsində cinayət işinin açılmasını, dəymiş mənəvi zərərə görə 100 000 manat təzminatın ödənilməsini və jurnalın fəaliyyətinin dayandırılmasını istəyib.
Birinci instansiya məhkəməsi Günelin iddiasını təmin etmədiyindən o apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun icraatında olan işə fevralın 12-də baxılacaq.
Pərvin ABBASOV
Pişik Günel şərəf və ləyaqətinin müdafiəsini tələb edir
Printable View
-
11-23-2009, 03:44 AMAzerbaycanliPişik Günel şərəf və ləyaqətinin müdafiəsini tələb edir
-
11-23-2009, 10:42 AMDamla1Re: Pişik Günel şərəf və ləyaqətinin müdafiəsini tələb edir
" dəymiş mənəvi zərərə görə 100 000 manat təzminatın ödənilməsini "---
deyesen esil sebeb puldu :wink: :wink:
