Xəyanətin adı köçəri bir quşa verilmiş,
Sədaqətin adı isə; bir sərçəyə
Köçəri quş bütün bahar və yay boyunca
Kiçik kəndin üstündə uçmuş sərçəylə birlikdə
Kiçik ağcaqanadları, qurdları yemişlər,
Qış yağışlarıyla şaha qalxmış, dərələrdən su içmişlər.
Gömgöy səmada rəqs etmişlər,
Çiçək açan ağaclara qonub, çobanyastığı tarlalarında gəzmişlər...
Bir-birlərinə söz vermiş quşlar;
Ayrılmayacağıq deyə.
Amma qış gəlmiş,
Köçəri quş adına yaraşanı etməyə qərarlıymış,
Sərçə isə hər zamanki kimi sadiq
Amma sevgi də çölə atılmaz bir gerçək.
Ayrılıq acı, xəyanət pismiş sərçə üçün
Yaşamaqsa əhəmiyyətli imiş köçəri üçün.
O, baharların şirin əyləncəsiymiş yalnız
Gəl demiş sərçəyə mənlə birlikdə...
Başqa bir bahara uçaq.
Sərçə isə burada gözləyək demiş yeni baharı
Amma qış mərhəmətsizdir. demiş köçəri,
Yaşaya bilmərik burada, aç qalar üşüyərik
Sərçə xeyr demiş qorunarıq pisliklərindən qışın,birlikdə
Köçəri inanmamış sərçəyə xeyr demiş gedək.
Sərçə üçün getmək necə bir xəyanətsə yaşadığı yerə
Qalmaqda eyni şəkildə xəyanətmiş sevgiliyə
Və qərar vermiş sevgini seçmiş
Uçacaqmış yeni bir bahara...
Köçəri və sərçə çıxmışlar yola,
Amma sərçə zəifmiş,
onun qanadları uzun uçuşlar üçün deyil.
Dözə bilməyəcəkmiş bu yola
Halbuki köçərinin qanadları güclüymüş
Çünki ohəmişə qaçarmış qışlardan
Həmişə gedərmiş çətinliklərindən qışın yeni baharlara
Bir fırtına yaxınlaşırmış.
Köçəri sürətli gedirmiş fırtınadan, tutulmayacaqmış
Amma sərçə yaxşıca zəif qalmış, yavaşlamağa başlamış
Köçəriyə dayanaq demiş artıq.
Bir az istirahət edək
Köçəri etiraz etmiş, fırtına demiş, ölərik.
Sərçə çox fırtına görmüş, xilas olarıq demiş.
Amma köçəri get demiş sərçəyə
bir azdan okeanlara çatacağıq
Sərçə sevgisi ilə hərəkət etmiş və
arxasından son bir səylə getmiş köçərinin
Bir azdan varmışlar okeana
Qurtuluşuymuş bu böyük dəniz
Köçəri üçün çox yaxşı bilərmiş buraları
Amma sərçə ilk dəfə görürmüş və sanki
Səmadan daha böyükmüş bu yeni mavi
Sərçə artıq dözə bilmirmiş,
Son bir sevgi səsiylə səslənmiş köçəriyə
Artıq gedə bilmirəm.... Köçəri sərçəyə baxmış,
Baxmış və davam etmiş........
Okean çox böyükmüş, sərçə isə çox kiçik
Sərçənin sevgisi də çox böyükmüş amma köçərininki çox kiçik...
Mavi sularında okeanın bir kiçik SƏDAQƏT ...
Yeni bir baharın qoynunda böyük bir XƏYANƏT...
Sərçə və Köçəri quşun hekayəsi
Printable View
-
10-01-2009, 07:58 PMje_demeureSərçə və Köçəri quşun hekayəsi
-
10-01-2009, 08:10 PMXeyallarimRe: Sərçə və Köçəri quşun hekayəsi
cox gozel cox beyendim :alqis: ellerine saliq
-
10-01-2009, 08:34 PMSindyRe: Sərçə və Köçəri quşun hekayəsi
vay,vay vay.mende hevesle oxuyarmki,sonu yaxsi bitecek :(
-
10-02-2009, 01:21 AMGLAMOURKARe: Sərçə və Köçəri quşun hekayəsi
tesekkurler ela idi. :alqis:
