Ağladığımı kimsəyə söyləmə!
Onlar məni güclü bilir
Onlar məni ən çətin anlarımda,ən zor günümdə belə ayaqda bilir
Mən əslində gülərək keçirdiyim hər günün axşamı evdə ağlarkən
Onlar mənim içimin sızladığını,ürəyimin yandığını heç bilmir
Ağladığımı kimsəyə söyləmə!
Onlar məni çox böyük bilir
Onlar məni acıqlandımmı dünyanı dağıdacaq qədər böyük güc sahibiyəmmiş kimi bilir
Mən əslində onun gözünə belə baxmağa ürək etməzkən
Onlar məni biri uğruna üzülməyəcək qədər güclü bilir
Ağladığımı kimsəyə söyləmə!
Onlar məni ağlamaz deyə bilir
Onlar məni üzüldümmü yerləşdiyim şəhəri qara buludlar alar deyə bilir
Mən əslində otağımda göz yaşı axıdarkən
Onlar məni heç bir şey sarsıtmaz deyə bilir
Ağladığımı kimsəyə söyləmə!
Onlar bunu heç bilmir
Onlarçün mən ən sağlam körpüdən belə daha six bağlıyam bu həyata
Mən əslində həyatla ölüm arasındakı incə cizgidə bir o yana bir bu yana addımlarkən
Onlar hələ də həyatın mənimçün sadəcə bir oyun olduğunu bilmir...
əsla və əsla kimsəyə mənim göz yaşlarımın olduğunu söyləmə.çünki bu güclü vücudun altinda çox zəyif birinin oldugunu kimsə bilmir.
yazı mene aiddir!
Ağladığımı kimsəyə söyləmə !
Printable View
-
09-11-2009, 09:24 AMNuriyeVAğladığımı kimsəyə söyləmə !
-
09-11-2009, 03:56 PMje_demeureRe: Ağladığımı kimsəyə söyləmə !Alıntı:
Onlar məni biri uğruna üzülməyəcək qədər güclü bilir
Ağladığımı kimsəyə söyləmə!
:cry: tesekkurler -
09-19-2009, 12:34 AMXeyallarimRe: Ağladığımı kimsəyə söyləmə !
senin yazilarindan camaatin gozunun yasi qurudu ye ,bu dunyada insan her seyi bacarmalidir ele aqlamaqi da ,
-
09-19-2009, 12:36 AMBobbyRe: Ağladığımı kimsəyə söyləmə !ama bax öldürdüler nuriyeviAlıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
09-19-2009, 12:48 AMXeyallarimRe: Ağladığımı kimsəyə söyləmə !Niriyev 7 canlidir onu hec kes oldure bilmez birdeki baxir da kim ucun olursen kim ucunse yoxAlıntı:
Bobby Nickli Üyeden Alıntı
-
09-19-2009, 03:06 PMalenaRe: Ağladığımı kimsəyə söyləmə !
Esla ve esla agladigimi kimseye soyleme,cunki bu guclu vucudun altinda cox zeif birinin oldugunu kimse bilmir ::yerivar:: Yazdiqlarin eladi,e ne deyim,diqqet celb eliye bilibsen :alqis:
