Küsmərəm
Mən şirin ləhcəli bir bülbüləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm!
Məni öz canından artıq istəyən
Ellərdən küsərəm, səndən küsmərəm!
Gözlərin misaldır axan çaylardan,
Kirpiyin oxlardan, qaşın yaylardan.
Qarşımıza gələn uzun aylardan,
İllərdən küsərəm, səndən küsmərəm!
El içində bizə derlər Sayadlı,
Tərlan ovçusuyam, ruhum qanadlı.
İlham pərisinin açdığı dadlı
Dillərdən küsərəm, səndən küsmərəm!
Mikayıl Müşviq
Mikayıl Müşviq seirleri
Printable View
-
08-19-2009, 12:15 PMmontin490Mikayıl Müşviq seirleri
-
08-20-2009, 01:32 PMmontin490Re: Mikayıl Müşviq seirleri
GECƏ DÜŞÜNCƏSİ
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
Gecə sakit... düşüncəm sakit deyildir fəqət,
Gözlərimin önündə canlandı bir həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
İlk dəfədir kainat-
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda, solda döyüşmüş,
Sonra yoluna düşmüş.
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
Yarı qönçə, yarı gül.
Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.
Xoşladığm bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən,
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
Mikayıl Müşviq -
08-20-2009, 01:37 PMsuzi333Re: Mikayıl Müşviq seirleri
Yene o bağ olaydı, yene yığışaraq siz
O bağa köçeydiniz.
Biz de muradımızca felekden kam alaydıq,
Size qonşu olaydıq.
Yene o bag olaydi senitez-tez göreydim,
Qeleme söz vereydim.
Her gün bir yeni neğme, her gün bir yeni ilham,
Yazaydım seher-axşam.
Arzuya bax sevgilim, tellerinden incemi ?
Söyle üreyincemi ?
Yene o bağ olaydı, yene size geleydik,
Danışaydıq, güleydik.
Ürkek baxışlarınla, ruhumu dindireydin,
Meni sevindireydin.
Gizli söhbet açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çekinerek çox zaman söhbeti deyişeydin,
Menimle eyisheydin.
Yene bir vuraydı, qelbimiz gizli-gizli,
Sen ey esmer benizli.
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qelbe ki, boşdur!
Her üfüqde bir heves, her bucaqda bir umud,
İnsanlar daha me’sud.
Duyğular daha ince, fikirler daha derin,
Ürekler daha serin.
İnsanların vüqarı, telebi daha yüksek,
Yolumuzdan daş, kesek,
Temizlenmiş bir az da. Ellerin keyfi sazdır,
Bu yaz bir bashqa yazdir
Yene o bağ olaydı sevdalar ölkesinde,
O söyüd kölgesinde.
İnci qumlar üstünde yene verib baş-başa,
Yayı vuraydıq başa.
Günlerimiz keçeydi qızğın ferehler kimi,
Dolu qedehler kimi.
Yarpaqlar arasından uzadaraq elini,
Oxşayaraq telini.
Yene o bağ olaydı, yene yığışaraq siz,
O bağa köçeydiniz.
Biz de muradımızca felekden kam alaydıq,
Size qonşu olaydıq.
Yene o bağ olaydı, seni tez-tez göreydim.
Qeleme söz vereydim.
Her gün bir yeni neğme, her gün bir yeni ilham,
Yazaydım seher-axşam.
Arzuya bax, sevgilim, tellerinden incemi?
Söyle, üreyincemi? -
08-20-2009, 01:48 PMmontin490Re: Mikayıl Müşviq seirleriAlıntı:
suzi333 Nickli Üyeden Alıntı
-
08-20-2009, 01:51 PMsuzi333Re: Mikayıl Müşviq seirleri
Men de bildiyim için yazdım zaten :sorry: ama üzüleceyini bilmirdim :(
-
08-20-2009, 01:53 PMmontin490Re: Mikayıl Müşviq seirlericanin sagolsunAlıntı:
suzi333 Nickli Üyeden Alıntı
-
08-21-2009, 01:52 AMmontin490Re: Mikayıl Müşviq seirleri
Gecə düçüncəsi
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
Gecə sakit... düşüncəm sakit deyildir fəqət,
Gözlərimin önündə canlandı bir həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
İlk dəfədir kainat-
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda, solda döyüşmüş,
Sonra yoluna düşmüş.
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
Yarı qönçə, yarı gül.
Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.
Xoşladığm bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən,
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
M. Müşfiq -
08-23-2009, 10:34 PMXeyallarimRe: Mikayıl Müşviq seirleriCox sevirem bu seiri ::yerivar:: Xumar Qedimovada super ifa edib :DAlıntı:
montin490 Nickli Üyeden Alıntı
-
08-24-2009, 10:04 AMsuzi333Re: Mikayıl Müşviq seirleri
Oxu
Oxu, sevdiciyim, öz həvəsinlə!
İlham qanadlanır sənin səsinlə.
Nəğməndə oynasın sellərin səsi,
Dan yerindən əsən yellərin səsi.
Gülləri qoxlayan bir ruzgar kimi,
Qumları oxşayan dalğalar kimi
Titrəyən, çağlayan nəğmən olaydım,
Ürəyindən qopan səs mən olaydım,
Oxu! Qüvvət gəlsin şe`rə, sənətə,
Könlümün quşunu gətir heyrətə!
Nə qədər bənzəyir, vardım fərqinə,
Ömrümün ahəngi sənin şərqinə.
Ürək kövrəkləşir sən oxuyanda,
Sən də dinləsəydin mən oxuyanda!
Oxu, sevdiciyim, öz həvəsinlə!
İlham qanadlanır sənin səsinlə! -
08-24-2009, 08:38 PMmontin490Re: Mikayıl Müşviq seirleri
teşekkürlər
