Sual: Sirr saxlamanın əhəmiyyəti nədir?
CAVAB Sirr, gizli qalması və hər kəsə deyilməməsi lazım olan şeydir. Başqaları eşidincə, ya xəcalətli olarıq və ya o işi bacara bilmərik. Bu baxımdan sirr saxlamaq, müvəffəqiyyətin əhəmiyyətli səbəblərindən biridir. Sirr sayıla biləcək işlər gizli tutulmalıdır.
Bir çox dövlət adamı, müvəffəqiyyətlərinin ən mühüm səbəbinin sirr saxlamaq olduğunu bildirmişlər.
Padşahlar daim elə bir yol tutmuşlar və elə həyat sürmüşlər ki, sirlərini heç kim, hətta xanımları da bilməzdi. Fateh Sultan Məmməd Xanın, "Edəcəyəim işləri, saqqalımın bir tükü belə bilsə, onu qopardıram" dediyi məşhurdur.
Sirrini söyləyən əksərən peşman olar. İnsan, söyləmədiyi sözün hakimi, söylədiyi sözün məhkumudur. Hər kəs asan sirr saxlaya bilməz.
Hikmət əhli deyir ki:
Sirr, insanın əsiridir. Açıqlayınca, insan ona əsir olar.
Sirrini heç kimə ifadəyə! Ağıllıya söyləsən, səni zəlil görər. Axmağa söyləsən, başqalarına söyləyərək sənə xəyanət edər.
Sirrini söyləsən, sənin öz könülünə sığmadı deməkdir. Başqasının könülünə sığmasını necə gözləyərsən? Öz sirrinə sənin könülün dar gəlirsə, başqasının könülü geniş gəlir deyə heç gözləmə. Otur özünü ayıbla!
Ağıllı kimsə, sirr küpüdür.
Sirrini izah etməyini istəyənə, sirrini ifadəyə, sirrini ifşa edər.
Axmağın ürəyi ağızında, ağıllının dili ürəyindədir. [Yəni axmaq sirr saxlaya bilməz, ağıllı sirri ifşa etməz.]
Bir adama deyilən sirr, sirrlikdən çıxar.
Açma sirrini dostuna, [dostunun da dostu vardır] o da söyləyər dostuna.
Pislərə gəlincə, dostluq sona çatınca,
Yaxşılığını gizləyər, pisliyini söyləyər.
Sirri gizləyə bilən insan, çox az olduğu üçün, sirrimizi başqalarına söyləməmiz uyğun olmaz. Başqalarının bizə söylədiyi gizli şeylərini də, sanki unutmalıyıq, heç kimə söyləməməliyik! Cənabı Haqqın bir adı da Səttardır. Ayıbları, çirkin işləri gizləyər. İnsanların ayıblarını gizləyən qulunu da sevər. Hədisi şərifdə buyuruldu ki:
Yoldaşının ayıbını gizləyən, bir ölünü diriltmiş kimi savab qazanar. Allahı təala belə kimsənin dünya və axirətdə ayıblarını örtər.
Bir sözünün eşidilməsi, o kimsəyə zərər verəcəksə, o kimsə "Bunu kimsəyə ifadəyə" dəməsə belə, o sözü gizləməlidir! Hədisi şəriflərdə buyuruldu ki:
Bir kimsə, ətrafına baxaraq bir söz söyləsə, o söz dinləyənə əmanətdir.
İki adamdan birinin, digərinin eşidilməsindən xoşlanmadığı, aralarında danışdıqları bir şeyi, başqasına söyləməsi halal olmaz.
İnsanların ən pisi, bir-birinin sirrini başqasına söyləyən ər-arvaddır.
Sirr saxlamaq
Printable View
-
07-15-2009, 06:17 PMGLAMOURKASirr saxlamaq
-
07-15-2009, 06:25 PMalenaRe: Sirr saxlamaq
Sirrimi soylediyim,sirlerini saxladigim iki yaxin sirdasim var,ve onlarin mene xeyanet ede bileceklerini hec dusunmemisem :cool:
-
07-15-2009, 06:30 PMkombat80Re: Sirr saxlamaq
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!( əl-Hucurət, 12)
-
07-16-2009, 02:14 AMsus-qunRe: Sirr saxlamaq
Sirr elə sirdir,fərq etməz.Cinsə bölmək də düzgün deyil,ya belə bir statik göstərici də yoxdur.Əgər kimsə sənə inanıb,etibar edib,ürəyini açıbsa,sirri saxlamaq lazımdır.Demək ki,ərk edib.
::yerivar:: -
07-16-2009, 04:44 PMsladkayaRe: Sirr saxlamaq
iki kişinin bildigi sır degildir...:D
-
07-16-2009, 04:46 PM_SeDRiK_Re: Sirr saxlamaq
1 sirri 3 nefer saxlaya biler eger onlardan 2 si olubse :cool:
-
07-16-2009, 04:49 PMsladkayaRe: Sirr saxlamaq
sen sırrını semimi oldugun arkadashına dersin..oda basqa semimi oldugu dostuna bele gider..:D men sırlarımı tekçe fidashkama deyerem:D
-
07-19-2009, 06:10 AMkombat80Re: Sirr saxlamaq
:sorry:
-
07-19-2009, 06:12 AMGLAMOURKARe: Sirr saxlamaqne olub? :DAlıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
07-19-2009, 06:13 AMkombat80Re: Sirr saxlamaq
Hekim deyib söz saxlama :D
