Qaranlıq üstümə gəlir. İndi başa düşürəm. Kəfən yalnız dirilər üçün ağdı.
Dar məzarda qiyamətə kimi qalacam deyəsən. Bunu hansısa kitabdan oxumuşdum. İndi heç nə yadıma gəlmir. Bütün həyatımı fikirləşirəm. Görəsən günahlarım çox olub?! Necə də mənasız həyat yaşamışam.
Doğuldum – Ciyərlərimə havanın dolması üçün ağladım.
1 yaşımda- mənə süd vermələri üçün ağladım.
4 yaşımda- ən çox məni sevmələri üçün ağladım.
6 yaşımda- məni məktəbə qoydular. ətrafımdakıları tanımadığım üçün ağladım.
10 yaşımda- ilk “2”mi almışdım. Hamının içində ağladım.
16 yaşımda- ilk sevgimi tapdım. Mənə xəyanət etdiyi üçün ağladım.
18 yaşımda- universitetə girə bilmədim. Utandığım üçün ağladım.
21 yaşımda- evləndim. Anamdan ayrılacağım üçün ağladım.
31 yaşımda- mənə iftira atdılar. Yaxınlarım inandığı üçün ağladım.
38 yaşımda- valideynlərim avtomobil qəzasında vəfat etdi.” Niyə mən?” deyib günlərcə ağladım.
45 yaşımda- yeganə övladım evdən qaçdı. Çəkdiyim əziyyətlərə görə ağladım.
55 yaşımda- həyat yoldaşım xərçəngdən vəfat etdi. İlk dəfə özümü tək hiss etdiyim üçün ağladım.
63 yaşımda- qocalar evində özümü asdım.Mənə görə ağlayacaq heç kəsin olmadığına görə ağladım....
Doğuldum...Yaşadım...Öldüm...
Printable View
-
07-08-2009, 10:22 AMsus-qunDoğuldum...Yaşadım...Öldüm...
-
07-08-2009, 12:09 PMXeyallarimRe: Doğuldum...Yaşadım...Öldüm...
Dehset , qorxunc bir yasam terzi ,amma her birimiz bundan kececeyik
-
07-08-2009, 01:05 PMkombat80Re: Doğuldum...Yaşadım...Öldüm...
Allah hec kime gostermesin !
-
07-08-2009, 01:06 PMsuzi333Re: Doğuldum...Yaşadım...Öldüm...
her canlı bir gün mutlaka ölümü tadacak...
-
07-08-2009, 04:05 PMSindyRe: Doğuldum...Yaşadım...Öldüm...
hayat insana bir defe verilir ve bizde calismaliyikki onu gozel ve istediyimiz sekilde yasayaq.hayatden zovg almagi bacarin.mucadele edin hayatla. hayat size cetin gulurse,siz hayata gulun. ve haminiza ancaq sevincden aglamagi arzuulayiram.
-
07-08-2009, 04:36 PMalenaRe: Doğuldum...Yaşadım...Öldüm...Butun saydiqlarinizi mende sizin ucun arzu edirem, insallah heyatda her bir sey arzuladigimiz kimi olar :salam:Alıntı:
Sindy Nickli Üyeden Alıntı
-
07-08-2009, 05:42 PMSindyRe: Doğuldum...Yaşadım...Öldüm...
cox teskkur edirem ezizim,cumlemize :cool:
