Böyük bir hava limanının gözləmə zalında gənc bir xanım uçağına minmək üçün gözləyirdi. Təyyarənin hərəkətinə saatlar qaldığı üçün xanım vaxtını keçirmək üçün bir kitab və bir balaca paket kurabiyə aldı. Dincəlmək və kitabını oxumaq
Kurabiyə olan masanın yanındakı qoltuğa bir adam oturdu, jurnalını açıb oxumağa başladı.
Gənc qadın ilk kurabəyisini götürdü. Adam da bir dənə götürdü. Xanım özünü çox narahat hiss etdi və :
- Mərifətsizin biri! Heç icazə almağı belə lazım bilmədi! Əlimdə imkan olsa idi bu hərəkətinə görə onu yumruqlayardım! - deyə fikirləşdi.
Xanım bir kurabiyə götürürdü, adam da birini götürürdü. Dəli olmaq dərəcəsində idi xanım. Amma hadisə çıxarmaq istəmirdi.
Nəhayət son kurabiyə qalınca xanım:
- Bu tərbiyəsiz adam görəsən indi nə edəcək? – deyə düşündü. Adam sonuncu kurabiyəni götürdü, onu ikiyə böldü və bir parçanı xanıma verdi.
Aaaa! Bu qədər də olmaz artıq!!! Çox əsəbiləşmişdi xanım! Xanım əsəb içində kitabını və digər şeylərini alıb fırtına kimi giriş salonuna, oradan da uçağın içinə yönəldi.
Uçaqdakı qoltuğuna əyləşdi. Eynəyini götürmək üçün çantasını açdı. Nə görsə yaxşıdı? Kurabiyə paketi açılmamış halda, orada idi. Çox utandı. Çox böyük bir səhv etdiyini anladı. Kurabiyə paketini heç açmadan çantasına qoyduğunu unutmuşdu. Amma adam öz kurabiyələrini heç əsəbiləşmədən və xəsislik etmədən xanımla bölüşmüşdü.
Qadın isə kurabiyələrinin bölüşdürüldüyünü düşünərək çox əsəbiləşmişdi.
Və indi bu vəziyyətini düzəldəcək şansı yox idi. Üzr istəmək üçün də artıq çox gec idi.
Geriyə qaytara bilməyəcəyimiz 4 hal var…
Daş atıldıqdan sonra…
Söz ağızdan çıxdıqdan sonra…
Fürsət qaçdıqdan sonra…
Zaman keçdikdən sonra…
Geriyə dönüşü olmayan hallarda elə edin ki geriyə dönüb baxanda heyifslənməyəsiniz...
Sonrakı peşmançılıq fayda vermir...
Printable View
-
07-02-2009, 11:44 AMsuzi333Sonrakı peşmançılıq fayda vermir...
-
07-02-2009, 02:17 PMGLAMOURKARe: Sonrakı peşmançılıq fayda vermir...
Elə bir insan yoxdur ki, peşmançılıq hissini keçirtməsin. Bu yalnız sevgi münasibətində deyil gündəlik həyatımızda hətta hər gün baş verə biləcək bir hissdir. İnsan var ki, hər hansısa bir mağazadan adi alış-veriş edir və evə gələn kimi aldığı libasa görə peşmançılıq çəkir. Təbii ki, belə peşmançılıqlar olsa çoxda qorxunc deyil. Amma əyər bu həyatınızla bağlı yəni həyatınız boyu çəkəcəyiniz bir peşmançılıqdırsa onda insan çox heyif ki, vaxtı və ya zamanı geri qaytaqmaq iqtidarında deyil. Bir kimsənin qəlbinə dəymək həm günahdır həm də, yol verilməz bir hərəkətdir. İnsanlar hərdən dava edər, küsər, bir-birlərinin qəlbinə dəyər. Ağıllı insan hər işində yüz ölçüb bir biçdiyi kimi bu hallarda da sehv atdım atmamalıdır. Sonradan çəkəcəyiniz peşmançılıq çox əziyyət verici və narahat edici bir hissdir təmiz qəlbli insanlar üçün.
Çox vaxt insan qarşısındakı insanın qəlbini qırır ya bilə-bilə ya da ki, bilmədən və sonra peşman olur, amma artıq ya gec olur ya da ki, bağışlanır.her kese arzulayardim ki,hec vaxt heyatinizda ister boyuk,ister de kicik peshmanciliq hissini yashamayasiniz. -
07-02-2009, 02:19 PMDamla1Re: Sonrakı peşmançılıq fayda vermir...
cox doğru canim.Lap üeüyimden dedin. Gecikdim mende.cox teessüüüüüüfffffff :cry: :cry:
-
07-02-2009, 05:06 PMsuzi333Re: Sonrakı peşmançılıq fayda vermir...DAMLACIM,ÜZÜLME,LÜTFEN :sorry:Alıntı:
Damla1 Nickli Üyeden Alıntı
-
07-03-2009, 09:04 AMDamla1Re: Sonrakı peşmançılıq fayda vermir...Baxma o qatarin dalınca baxma!!!!!Alıntı:
suzi333 Nickli Üyeden Alıntı
Gözlərini yorunca baxma!!!!
Baxmaaaaaaaaa :cry: :cry:
Həyat davam edir .nece olsada :P2 -
07-03-2009, 10:42 AMsuzi333Re: Sonrakı peşmançılıq fayda vermir...SEN DE BİR KARAR VER,GÜLÜRSEN,YOXSA AĞLAYIRSAN? :DAlıntı:
Damla1 Nickli Üyeden Alıntı
-
07-03-2009, 11:08 AMsladkayaRe: Sonrakı peşmançılıq fayda vermir...İNSALLAH..ama menim fikrimce dünyada bu hissi yashamayan yoxdur...Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
07-03-2009, 07:29 PMsus-qunRe: Sonrakı peşmançılıq fayda vermir...
DOGURDAN DA SONRAKI PESHMANCILIQ FAYDA VERMEZ ... KONUL SINDIRMAQDAN ASAN NE VAR KI ? QELB QIRILDISA YAPIWDIRMAQ MUMKUN OLMUR , HETTA YAPIWDIRSAN BELE CATLAR GORUNECEK ..
-
07-11-2009, 11:01 PMkombat80Re: Sonrakı peşmançılıq fayda vermir...
Allahin Tovbe qapisi her zaman aciqdir. İnsan hec neyi geri getire bilmediyinden sonraki pesmanciliqin fayda vermediyini dusunur. Ama eger qelbinde etdiyi sehv ucun pesmanciliq cekirse ve o sehvi Allah rizasi ucun birde tekrarlamayacaqsa sonraki pesmanciliqinin faydasi Allah dergahindadir.
