Uzun illər bundan öncə bütün insanlıq duyğularının yaşadığı bir ada var imiş.
Yaxşılıq, Kədər, Bilik, Qürur...Və digər duyğular kimi Sevgi də...
Günlərin bir günü bütün duyğulara adanın batacağı bildirilmiş. Bunun üçün hər kəs gəmisini hazırlayıb adanı tərk etmiş. Sadəcə Sevgi son ana qədər gözləmək istəmiş. Ada batmazdan əvvəl Sevgi kömək istəmiş. Önündən böyük bir gəmi ilə keçən Zənginlikdən soruşmuş: “ Məni götürə bilərsən? “ Yox, edə bilmərəm. Gəmim qızıl və gümüşlərlə dolu. Sənə yer yoxdur. Sonra önündən şahanə bir gəmilə keçən Qürurdan soruşmuş: “ Məni götürə bilərsən?” Qürur: “ Səni götürə bilmərəm. Gəmim qüsursuz. Mənim mükəmməl gəmimi poza bilərsən!” Sonra yanından keçən Kədərdən soruşmuş: “ Kədər nə olar məni götür” “ Ah Sevgi! O qədər kədərliyəm ki, yalnız qalmalıyam”. Sonra yanından Sevinc keçmiş. Ancaq özündən o qədər məmnun imiş ki, Sevginin ona səsləndiyini belə eşitməmiş. Anidən bir səs: “Gəl, Sevgi səni götürüm” demiş. Bu danışan şəxs yaşlı bir duyğu imiş. Sevgi o qədər xoşbəxt olmuşdu ki, adını belə soruşmağı unutmuş. Xilas olduğu zaman hər şeyi bilən Bilikdən soruşmuş: Mənə kömək edən şəxs kim idi? Bilik “Zaman” demiş. Sevgi: “ Nəyə görə mənə kömək etdi?” Bilik: “Sadəcə Zaman Sevginin həyatda önəmli olduğunu anladığı üçün!”.
Zaman və Sevgi
Printable View
-
07-02-2009, 01:01 AMGLAMOURKAZaman və Sevgi
-
07-02-2009, 12:58 PMkombat80Re: Zaman və SevgiZənginlər sevə bilmir, Qurur sevgini ozune sigishdirmir, kədər risk elemir goturmeye, sevincli oldugundan sevgiye ehtiyaci yox imish, Sevgini goturen zaman olmush ama sevgi de onun ferqine bele varmamish ve sonradan kim oldugunu maraqlanmish. Ona gore de hec kim goturmeyib :(Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
07-02-2009, 04:14 PMSindyRe: Zaman və Sevgi
bes sevgi yaxsiliqdan niye yardim istemeyibki ? :D
-
07-05-2009, 10:26 AMsus-qunRe: Zaman və Sevgioracan agli ishlemirde. :wink:Alıntı:
Sindy Nickli Üyeden Alıntı
-
07-07-2009, 05:42 PMXeyallarimRe: Zaman və Sevgi:meyus:Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
02-07-2010, 08:46 PM_SoMMeT_Re: Zaman və Sevgi
:-h?mm , movzu ucun ise tsekkur
