“Azərbaycan Avropa Birliyi üçün çox mühüm tərəfdaşdır”
[Dünən Brüsseldə ölkəmizin başçısı İlham Əliyev və Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy arasında təkbətək görüş keçirilib. Görüşdən sonra onlar birgə bəyanatla çıxış edib və jurnalistlər üçün mətbuat konfransı keçiriblər.“Biz ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə rəhbərlərinin “G8” sammitində verdikləri bəyanatı yüksək qiymətləndiririk və Dağlıq Qarabağ münaqişəsinin həllini diqqət mərkəzində saxladıqları üçün onlara təşəkkür edirik”. Bu sözləri Prezident İlham Əliyev Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy ilə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan tərəfi münaqişənin həll yolunu tapmaq üçün lazımi addımların atılmasının zəruriliyi ilə bağlı fikirləri tam dəstəkləyir.
[
“Azərbaycan Avropa Birliyi üçün çox mühüm tərəfdaşdır”
Printable View
-
06-22-2013, 08:27 AMBaku“Azərbaycan Avropa Birliyi üçün çox mühüm tərəfdaşdır”
