Müğənni ağır xəstəlikdən 67 yaşında dünyasını dəyişib
Müslüm Maqomayev vəfat edib.Məşhur müğənni uzun çəkən ağır xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Maqomayevin ağır xəstə olduğu çoxdan məlum idi. Bəzi mənbələr müğənninin xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirirdilər. Bu ilin iyununda isə Maqomayev gözlənilmədən Moskvadakı Bakulev adına ürək-damar cərrahiyyəsi Mərkəzinə aparılmışdı. Müğənni o zaman pərəstişkarlarını məyus olmamağa çağıraraq səhhətinin qaydasında olduğunu bildirmişdi.
M. Maqomayevlə vida mərasimi bu gün saat 11.00-dan 15.00-dək M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Böyük sənətkar saat 16.00-da I Fəxri Xiyabanda torpağa tapşırılacaq
Allah rəhmət eləsin!
Müslüm Maqomayev vəfat edib
Printable View
-
10-29-2008, 12:13 PMvusal_21Müslüm Maqomayev vəfat edib
-
10-29-2008, 09:48 PMfidan494
Çox sağol Vüsal21, icazənlə, mən də bir az əlavə etmək istərdim
Bu gün mərhum müğənni Müslüm Maqomayev son mənzilə yola salınıb. Dəfn mərasimində dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Azərbaycanın dövlət, hökumət, mədəniyyət və incəsənət xadimləri, sadə insanlar, eləcə də xarici ölkə səfirliklərinin və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Doğma Vətənini bütün dünyaya tanıtdıran Müslüm Maqomayev 67 yaşında kəskin ürək çatışmazlığından vəfat edib.
Azərbaycanın canlı əfsanəsini itirmişik... Allah rəhmət eləsin!
[
[
[
[
[
[
[
[ -
10-29-2008, 09:50 PMfidan494
Müslüm Məhəmməd oğlu Maqomayev 17 avqust 1942 ci ildə Bakıda doğulmuşdur. Azərbaycanın görkəmli opera və estrada müğənnisidir (bariton).
Məşhur Azərbaycan bəstəkarı Əbdülmüslüm Məhəmməd oğlu Maqomayevin nəvəsidir. 1963-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını, Şəfiqə Məmmədovanın sinfini bitirmişdir. Təhsilini davam etdirmək məqsədilə İtaliyaya göndərilmişdir.
M.Maqomayev 1969-cu ildə Sopotta və Kann şəhərlərində keçirilən beynəlxalq mahnı müsabiqələrində Azərbaycanı təmsil edərək, 1-ci yerə və qızıl val mükafatına layiq görülmüşdür.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilmişdir. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər vermişdir.
[
[
[
[
[
[
[
[ -
10-29-2008, 10:14 PMfidan494
[
[
[
[
[ -
10-29-2008, 10:15 PMfidan494
Moskvada Müslüm Maqomayevlə vida mərasimi
[
[
[
[
