İslam təqviminin müqəddəs aylarından olan Rəcəb sabah başlayır.
Rəcəb ayı ilə üç aylar deyilən bir mərhələ də başlayır ki, Ramazan ayının başa çatması ilə tamamlanır. Bu üç aylar hələ Peyğəmbərimizin (s.ə.s.) daha çox ibadət mövsümü kimi tanınıb. Bəzi möminlər sadəcə Ramazan ayında deyil, bu üç ay boyunca oruc tutarlar. Peyğəmbərimiz Həzrəti Məhəmməd isə “İbadətin az da olsa, davamlı olanı gözəldir” buyurmuşdur və bir çox möminlər onun bu buyruğunu əsas götürərək, müəyyən günlərdə, ayın əvvəlində, ortasında və sonunda oruc tutur və yaxud da Rəsulullahın sünnətinə uyğun olaraq, həftənin birinci və dördüncü günlərini oruclu keçirirlər.
Rəcəb və Şaban ayları bizi Ramazana hazırlayır. Dünyamız yeni bir atmosferə, ibadət ovqatına girir. Dünyamıza xeyirli-uğurlu olsun!
-alıntı - zaman-
Sabah Üç Aylar Başlayır
Printable View
-
07-03-2008, 07:20 PMElifSabah Üç Aylar Başlayır
-
07-04-2008, 04:51 PMChaosCastle
Salam aleykum
Elif ALLAH razi olsun....
-
07-04-2008, 06:01 PMElifAleyküm salamAlıntı:
ChaosCastle Nickli Üyeden Alıntı
Sağol qardaş senden de
