Əlindəkilərin bir gün sovrulub gedəcəyini ağlından çıxarma. Heç vaxt itməyəcək şeyləri qazanmağa çalış ki, azuqən bol, yolun aydınlıq, dostun etibarlı olsun.
Bütün qadınları əvvəla ana olaraq görməliyik.
Qəlbləri diriltmədən cəmiyyəti diriltmək mümkün deyil. Çünki cəmiyyətlər qəlblərdən meydana gəlir.
Qalın-qalın kitabları əzbərləməkdənsə, sevməyi öyrən.
İnsanların xoşbəxtlik dedikləri məfhum kəşf edilməyən gözəllik kimidir. Ona nail olmaq üçün əvvəlcə onu kəşf etmək lazımdır.
“Ölçülər zamana görə dəyişir” iddiası doğru deyil. Əslində davranışlarımız dəyişməlidir. Davranışlarımızı isə zamanın ölçülərinə görə deyil, Haqqa görə dəyişsək, dəyərli olur.
Malını çox sevsən, əsl sevilməli olanı unudarsan. Mənfəətin üçün çalışsan, tez yorularsan. Nəfsinin istəklərinə boyun əysən, şəxsiyyətini itirərsən. Məsuliyyətsiz olsan, itərsən.
Neməti əldə etməyi düşündüyün kimi, neməti verəni də düşün.
Sevgi sərt təbiətlərin yumşaldıcısıdır.
Çoxluğun rəyini ölçü qəbul etmək çoxluğun yanlışlarını da qəbul etmək deməkdir. Əsas odur ki, Haqqa uyğun həqiqətləri qəbul edəsən
Nəsihət
Printable View
-
05-16-2008, 02:41 AMElifNəsihət
-
05-16-2008, 12:42 PMvusal_21
COX SAGOL BACİMM ELLERİNE SALİQ NESİHETLER COX XOSUMA GELDİ :canim: :alqis:
-
05-18-2008, 01:04 AMSecde
Əllərinə sağlıq Elif!
təşəkkürlər!
Nəsihətlər gözəl olur təbii. Amma onları oxuyubda əməl etmək daha qiymətli və gözəldir.
Bunları oxuyub öyrənib, dilimizdə əzbər deyil, qəlbimizdə əməlimizdə vicdanımızda daşımalıyıq.
