Yolunnan getməyə sələf tapılmır
Ucundan tutmağa kələf tapılmır ,
İndi ot tapılmır , ələf tapılmır ,
Qoyunlar yeyəcək canavarları .
İstilər çəkilib , sərt sazaq qalıb ,
Qurdlar perik düşüb , yalquzaq qalıb ,
Kababçün qalanan bir ocaq qalıb ,
Qoyunlar yeyəcək canavarları .
Qabanlar nəvəni , babamı yedi ,
Bu eli talayıb , obanı yedi ,
Quzular qudurb çobanı yedi ,
Qoyunlar yeyəcək canavarları .
Nə dosta ümüd var , nə dayılara ,
Qurd qanı çilənib boz qayalara ,
Qoyunlar söykənib ağ ayılara ,
Qoyunlar yeyəcək canavarları.
Tülkülər obanı , eli satıbdı ,
Quzğunlar dərəni , dağı tutubdu ,
Qoyunların dişi qana batıbdı ,
Qoyunlar yeyəcək canavarları .
Qartal bülbül kimi nəğmələr ötsə ,
Hər kolu dibində xəyanət bitsə ,
Hələ belə gedir ....... Belə də getsə
Qoyunlar yeyəcək canavarları .
Qoyunlar yeyəcək canavarları/Qurdlari/
Printable View
-
03-17-2008, 08:37 PMDeli_UREKQoyunlar yeyəcək canavarları/Qurdlari/
