Torpağı kim aldısa, torpağa da o qaytarır
Allah-Təala Həzrəti Adəmi yaratmaq istəyəndə Cəbrayılı göndərdi ki, torpaq gətirsin.
Torpaq Həzrəti Cəbrayılın gəlişinin səbəbini biləndə: “Rəbbimə qarşı qüsurlu hala gəlməkdən Rəbbimə sığınıram”, - dedi. Həzrəti Cəbrayıl sığınanın sığınma haqqını tanıdı və torpaq almadan geri döndü. Allah-Təala soruşanda torpağın dediklərini söylədi.
Allah-Təala Həzrəti Mikayılı göndərdi. Torpaq eyni şeyi də Həzrəti Mikayıldan dilədi. O da almadı, geri döndü.
Bu dəfə Allah-Təala Əzrayılı göndərdi. Torpaq bu dəfə də “Rəbbimə qarşı qüsurlu hala gəlməkdən Rəbbimə sığınıram” dedi. Əzrayıl isə: “Mən də Rəbbimin əmrini yerinə yetirməməkdən Rəbbimə sığınıram” dedi və torpaqdan alıb apardı.
Allah-Təala (c.c.) Əzrayıla: “Torpaq mənə qarşı qüsurlu hala gəlməkdən Mənə sığınmadımı?”, - soruşdu.
Həzrəti Əzrayıl belə cavab verdi: “Sığındı, ancaq mən də Sənin əmrini yerinə yetirməməkdən Sənə sığındım və o torpaqdan aldım”.
Allah-Təala belə buyurdu: “Mən də torpaqdan ayırdığını torpağa qaytarmaq vəzifəsini sənə verdim”.
Zaman.az
Torpağı kim aldısa, torpağa da o qaytarır
Printable View
-
09-22-2007, 11:31 PMAzerbaycanliTorpağı kim aldısa, torpağa da o qaytarır
-
09-23-2007, 09:49 PMElif
Biz de "Rəbbimə qarşı qüsurlu hala gəlməkdən Rəbbimə sığınıram" diyebilecek miyiz?
